• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Avrasiyanın yeni güc mərkəzi: Azərbaycan Mərkəzi Asiya qarşısında yeni üfüqlər açır

Siyasət

22-11-2025, 17:08
Avrasiyanın yeni güc mərkəzi: Azərbaycan Mərkəzi Asiya qarşısında yeni üfüqlər açır

Azərbaycanın son beş ildə Cənubi Qafqazda yaratdığı yeni reallıqların təsir dairəsi artıq regionun sərhədlərini də aşaraq, daha uzaq coğrafiyalarda hadisələrin inkişaf axarına yön verməkdədir.

Bunun ən real nümunəsini Mərkəzi Asiya kontekstində görmək mümkündür.

Liderxeber.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Avrasiyanın yeni güc mərkəzi: Azərbaycan Mərkəzi Asiya qarşısında yeni üfüqlər açır

Birmənalı həqiqətdir ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər Mərkəzi Asiya təmsilçilərinin də ölkəmizlə münasibətlərində daha sıx inteqrasiyaya əsaslanan yeni səhifənin açılmasına səbəb oldu. Ancaq bu prosesin tarixi, mədəni, iqtisadi və siyasi təməllərə söykənən dərin kökləri də mövcuddur. Azərbaycan Cənubi Qafqazda yerləşsə də, ölkəmizin siyasi, iqtisadi və etnokulturoloji göstəriciləri Mərkəzi Asiya ilə eyni inteqrasiya məkanında yer almağımızı şərtləndirir. Bunu sürətləndirən daha bir amil isə müasir dövrdə kəskinləşən qlobal rəqabət, nəqliyyat-logistika şəbəkələrinin yenidən formalaşması və enerji təhlükəsizliyinin daha da aktuallaşmasıdır. Məhz bütün bunlar Azərbaycan və Mərkəzi Asiya ölkələrinin vahid region kimi çıxış etməsini zərurətə çevirir, təbii hala gətirir.

Diplomatiyamızın daha bir uğur hekayəsi

Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin tək coğrafi yox, həm də strateji baxımdan vahid region məntiqi ilə hərəkət etməsi münasibətlərin hüquqi arxitekturasını da yenidən şəkilləndirir. Elə bundan irəli gələrək, Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycan bu formata tamhüquqlu üzv qəbul edildi. Bu, Avrasiyanın istər geosiyasi, istərsə də geoiqtisadi mənzərəsində mühüm yenilik, çoxsaylı dəyişikliklərin başlanğıc nöqtəsi hesab edilir.

Avrasiyanın yeni güc mərkəzi: Azərbaycan Mərkəzi Asiya qarşısında yeni üfüqlər açır

Mərkəzi Asiya + Azərbaycan formatı yeni əməkdaşlıq platforması kimi artıq beynəlxalq aləmdə böyük diqqət və marağa səbəb olub. Prezident İlham Əliyevin VII Məşvərət Görüşündəki çıxışında qeyd etdiyi kimi, ölkəmiz Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur. Dünya üçün müstəsna əhəmiyyətə malik yeni bir regionun formalaşmasının əsas memarlarından biri qismində Azərbaycanın çıxış etməsi ölkəmizin xarici siyasətində növbəti möhtəşəm nailiyyət, diplomatiya tariximizə qızıl hərflərlə yazılan yeni uğur hekayəsidir.

Avrasiyanın yeni güc mərkəzi: Azərbaycan Mərkəzi Asiya qarşısında yeni üfüqlər açır

Azərbaycan Mərkəzi Asiya qarşısında yeni üfüqlər açır

Artıq Mərkəzi Asiyanın "beşlik" formatı dəyişərək yeni formaya düşüb, Azərbaycanla vahid geosiyasi orqanizm halına gəlib. Bu kontekstdə Qırğız Respublikasının Prezidenti Sadır Japarov diqqəti ona yönəldir ki, Azərbaycanın iştirakı ilə "beşlik" formatının genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında, xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq üfüqləri açacaq.

Avrasiyanın yeni güc mərkəzi: Azərbaycan Mərkəzi Asiya qarşısında yeni üfüqlər açır

Yeni format həqiqətən də region ölkələrinin uzunmüddətli strateji maraqlarına xidmət edən genişmiqyaslı əməkdaşlıq modelidir. Bu platforma həm tarixi-mədəni bağlara, həm də qlobal geosiyasi reallıqlara söykənərək, Orta Dəhlizin inkişafından tutmuş enerji təhlükəsizliyinə, iqtisadi əməkdaşlığa və regional sabitliyin təmin edilməsinə qədər çoxşaxəli imkanlar yaradır.

Xəzər dənizi boyunca ənənəvi sərhədlər silinir

Mərkəzi Asiya + Azərbaycan qarşılıqlı maraqların vahid strateji məkanda birləşməsi, koordinasiyalı fəaliyyətin həyata keçrilməsi deməkdir. Bu format özündə təkcə dövlət başçılarının bir araya gəlməsini ehtiva etmir. Qarşıdakı dövr ərzində Azərbaycan Mərkəzi Asiyada digər səviyyələrdə, o cümlədən hökumət başçıları, müxtəlif dövlət qurumları, ictimai birliklər çərçivəsində keçirilən müxtəlif görüşlərin iştirakçıları sırasında yer alacaq. Bütün bunlar həm də o anlama gəlir ki, ölkələrimiz arasında artıq Xəzər dənizi boyunca ənənəvi sərhədlər silinir.

Avrasiyanın yeni güc mərkəzi: Azərbaycan Mərkəzi Asiya qarşısında yeni üfüqlər açır

Eyni zamanda onu da nəzərə almaq vacibdir ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri Xəzər dənizi vasitəsilə həm bir-birilə, həm də Avropa və Asiya bazarları ilə birləşirlər. Xəzər üzərindən keçən Orta Dəhliz regionun geoiqtisadi inteqrasiyasında xüsusi rol oynayacaq. Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına ən qısa, etibarlı və siyasi risk baxımından sabit çıxış nöqtəsi məhz Azərbaycan üzərindən mümkündür. Bu, Azərbaycanı regionda logistik qovşaq, Mərkəzi Asiyanı isə böyük iqtisadi potensiala malik strateji tərəfdaş kimi vahid şəbəkəyə bağlayır. Ölkələrimizin inteqrasiyasını həm də bu faktor şərtləndirir.

Tərəfdaşlıq münasibətlərində yeni dinamika

Enerji sahəsində əməkdaşlıq da regionun bütövləşməsini şərtləndirir. Xəzər hövzəsində yerləşən Azərbaycan, Qazaxıstan və Türkmənistan zəngin neft-qaz ehtiyatlarına malikdir. Azərbaycan vasitəsilə Avropaya uzanan Cənub Qaz Dəhlizi Mərkəzi Asiya qazının da potensial tranzit istiqaməti kimi nəzərdən keçirilir. Bakı-Tiflis-Ceyhan xətti ilə Mərkəzi Asiya nefti artıq Azərbaycan üzərindən dünyaya nəql edilir və müvafiq həcmlərin artması üçün fəal iş aparılır. Eyni zamanda Bakı-Tiflis-Qars dəmir yolu xəttinin Mərkəzi Asiyanın idxal-ixrac əməliyyatında rolu davamlı şəkildə artır. Yaxın perspektivdə açılacaq Zəngəzur dəhlizinin əsas benefisiarlarından biri yenə Mərkəzi Asiya təmsilçiləri olacaq. Həmçinin "yaşıl enerji" sahəsində də Azərbaycan və Mərkəzi Asiya arasında əlaqələr genişlənməkdədir. Bu, bütövlükdə regionun alternativ enerji mərkəzinə çevrilməsi üçün real imkanlar açır.

Avrasiyanın yeni güc mərkəzi: Azərbaycan Mərkəzi Asiya qarşısında yeni üfüqlər açır

Təhlükəsizlik, müdafiə, qabaqcıl texnologiyalar və digər istiqamətlərdə əməkdaşlıq strateji tərəfdaşlıq münasibətlərinə yeni dinamika gətirir. Beləliklə, Avrasiyanın "ürəyi" hesab edilən Mərkəzi Asiya və Azərbaycan 100 milyondan çox əhaliyə və hələ də istifadə edilməyən geniş resurslara malik olan vahid məkan kimi dünyada mühüm güc mərkəzlərindən birinə çevrilir.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

16-09-2024, 14:12

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Ölkə

2-09-2024, 07:00

MSK ilkin nəticələri açıqladı

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Siyasət

13-11-2025, 15:42

Prezident Özbəkistan mediasına müsahibə verib

Ölkə
Bakı-Sumqayıt yolunda güclü yanğın: Mebel və avtomobil sexləri od tutdu - FOTO
Bakı-Sumqayıt yolunda güclü yanğın: Mebel və avtomobil sexləri od tutdu - FOTO
Yolu keçərkən canından oldu
Yolu keçərkən canından oldu
Səkkiz şagird 300 bal topladı - 7-si qızdır
Səkkiz şagird 300 bal topladı - 7-si qızdır
Rəsmi Pekindən sərt açıqlama: ABŞ-ni qisasla hədələdi
Rəsmi Pekindən sərt açıqlama: ABŞ-ni qisasla hədələdi
Siyasət
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edildi
Dünən, 17:57
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edildi
Prezident onu təhlükəsizlik orqanlarında fəaliyyətinə görə təltif etdi
Dünən, 16:37
Prezident onu təhlükəsizlik orqanlarında fəaliyyətinə görə təltif etdi
Maliyyə Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik - Siyahı
Dünən, 13:09
Maliyyə Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik - Siyahı
İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - FOTO
Dünən, 12:30
İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - FOTO
Prezident bu sazişi təsdiq etdi
29-04-2026, 17:27
Prezident bu sazişi təsdiq etdi
Deputat: "Min manat borcu olan vətəndaşın ölkədən çıxışını məhdudlaşdırmağa nə ehtiyac var?"
29-04-2026, 17:10
Deputat: "Min manat borcu olan vətəndaşın ölkədən çıxışını məhdudlaşdırmağa nə ehtiyac var?"
Xəbər Lenti
  • Dünən, 11:09
    Dubayda yaşayış icazəsi almaq asanlaşdı
  • Dünən, 10:46
    Bakı-Sumqayıt yolunda güclü yanğın: Mebel və avtomobil sexləri od tutdu - FOTO
  • Dünən, 09:30
    Yolu keçərkən canından oldu
  • Dünən, 09:08
    “Sumqayıt” “Kəpəz”ə, “Araz-Naxçıvan” “İmişli”yə qarşı
  • Dünən, 17:51
    İran Pakistan vasitəsilə ABŞ-yə yeni atəşkəs təklifləri göndərdi
  • Dünən, 17:48
    Səkkiz şagird 300 bal topladı - 7-si qızdır
  • Dünən, 16:46
    Rəsmi Pekindən sərt açıqlama: ABŞ-ni qisasla hədələdi
  • Dünən, 16:35
    “Sərfəli şərt, az komissiya” vədi ilə yüzlərlə vətəndaşı aldatdılar - Video
  • Dünən, 14:14
    FHN bir neçə obyekt üzrə 3.5 milyon manatlıq tender elan etdi
  • Dünən, 14:00
    Azərbaycanda hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər
  • Dünən, 13:31
    Metro və avtobuslarda əlavə gedişhaqqı çıxılması ilə bağlı - Rəsmi açıqlama
  • Dünən, 12:47
    ABŞ-də banka silahlı hücum: İki əməkdaş qətlə yetirildi
  • Dünən, 11:46
    Bu yollar bağlı olacaq - Siyahı
  • Dünən, 11:37
    “Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir”
  • Dünən, 11:11
    “Gələcəkdə bu imkan bütün məktəblərə şamil ediləcək”
  • Dünən, 10:37
    Küləklə bağlı - Xəbərdarlıq
  • Dünən, 09:51
    Gömrükdə qida məhsulları ilə bağlı yenilik
  • Dünən, 09:35
    Ukraynada sərnişin qatarı avtokranla toqquşdu: Ölənlər var
  • 1-05-2026, 09:09
    Astana AZAL təyyarəsinin qəzasını araşdırmağı davam etdirir - Yekun hesabat təqdim olunacaq
  • 1-05-2026, 09:04
    Sürreal saat rekord qiymətə satıldı
  • 1-05-2026, 08:50
    “İran atəşkəsdən istifadə edir”
  • 30-04-2026, 17:57
    İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edildi
  • 30-04-2026, 17:35
    Çörək bahalaşacaq? - Açıqlama
  • 30-04-2026, 17:27
    Ermənilərin qorxulu röyası — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranma günüdür
  • 30-04-2026, 17:00
    Mehdiabaddan Biləcəriyədək arxa-arxaya sürdü - Video
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə