• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“Trendyol” 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladı

İqtisadiyyat

Bu gün, 11:40
“Trendyol” 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladı

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan “Trendyol” 2025-ci il ərzində dayanıqlılıq istiqamətində əldə etdiyi nəticələri, həyata keçirdiyi layihələri və irəliləyişləri əks etdirən dördüncü Dayanıqlılıq Hesabatını açıqlayıb. 

Liderxeber.az xəbər verir ki, hesabatda şirkətin iqtisadi, ekoloji və sosial təsirləri kompleks şəkildə əks olunub, həmçinin 2030-cu ilədək dayanıqlılıq üzrə yol xəritəsinə yeni hədəflər əlavə edilib.

“Trendyol”un dayanıqlılıq fəaliyyətini iqtisadi, ekoloji və sosial aspektlərdən təhlil edən hesabat şirkətin geniş ekosistemi ilə birlikdə yaratdığı dəyəri və dayanıqlı inkişafa verdiyi töhfələri əks etdirir. Şirkətin il ərzində bu sahədə əldə etdiyi irəliləyişləri ölçülə bilən göstəricilərlə təqdim edən hesabat, 2030-cu il üçün yenilənmiş hədəflərə də aydınlıq gətirir.

Qlobal Hesabatlılıq Təşəbbüsünün (Global Reporting Initiative – GRI) standartlarına uyğun hazırlanan hesabat “Trendyol”un müxtəlif biznes bölmələri və funksional istiqamətlərinin töhfəsi ilə ərsəyə gəlib. Şirkət 2025-ci ildə dayanıqlılıq prinsipini bütün təşkilatın ortaq gündəminə çevirmək üçün mühüm addımlar atıb. Bu çərçivədə 100-dən çox əməkdaşın iştirak etdiyi dayanıqlılıq üzrə işçi qrupları yaradılıb və funksiyalar üzrə idarəetmə modelinə keçidə başlanılıb.

“Trendyol” ikili əhəmiyyətlilik yanaşması əsasında bütün maraqlı tərəflərin fikirlərini toplayıb. Bu qiymətləndirmə nəticəsində ətraf mühit və sosial sahələr üzrə 20 prioritet mövzu, eləcə də 108 təsir, risk və fürsət müəyyənləşdirilib. Şirkət həm ətraf mühitə və cəmiyyətə təsirlərini, həm də dayanıqlılıqla bağlı maliyyə risklərini və imkanlarını qiymətləndirib.

Erdem İnan: “Dayanıqlı böyümə üçün bütün ekosistemimizlə birlikdə dəyər yaradırıq”

“Trendyol” Qrupun baş icraçı direktoru Erdem İnan şirkətin dayanıqlılıq yanaşması ilə bağlı fikirlərini bölüşüb: “Trendyol” olaraq fəaliyyətə başladığımız gündən böyüməyə yalnız şirkətimizin genişlənməsi kimi baxmamışıq. Bizim üçün böyümə birlikdə dəyər yaratmaq, ekosistemimizdəki hər kəs üçün yeni perspektivlər açmaq bu dəyərin mümkün qədər geniş çevrəyə yayılmasını təmin etməkdir.

2025-ci ildə dayanıqlılıq məsələlərini bütün təşkilatımızın ortaq gündəminə çevirmək istiqamətində mühüm addımlar atdıq. Prioritetlərimizi yenidən nəzərdən keçirərkən ətraf mühitə və cəmiyyətə təsirlərimizi daha sistemli şəkildə idarə etməyə fokuslandıq. Bu hesabatda yalnız əldə etdiyimiz irəliləyişləri deyil, inkişaf etdirilməli sahələri də şəffaf şəkildə təqdim edirik.

Qarşıdakı dövrdə də əsas prioritetimiz böyüməmizi ətraf mühitə təsirimizi azaldan, daha çox insan üçün imkanlar yaradan və ekosistemimizin inkişafını dəstəkləyən yanaşma əsasında davam etdirməkdir. Dayanıqlılığı iş prinsiplərimizin ayrılmaz hissəsinə çevirərək uzunmüddətli və davamlı dəyər yaratmağa davam edəcəyik”.

“Trendyol” 2030-cu il üçün hədəflərini yeniləyib

“Trendyol” 2025-ci ildə əldə etdiyi nəticələri və inkişaf etdirilməsi mümkün olan sahələri qiymətləndirərək dayanıqlılıq üzrə yol xəritəsini yenidən nəzərdən keçirib. Şirkət dəyişən ehtiyacları, təsir dairəsinin genişlənməsini və dayanıqlılıq prioritetlərini nəzərə alaraq 2030-cu il üçün mövcud hədəflərini yeniləyib və yol xəritəsinə yeni hədəflər əlavə edib.

Bu çərçivədə “Trendyol” 2030-cu ilədək bütün fəaliyyət məkanlarında sertifikatlaşdırılmış bərpa olunan elektrik enerjisindən istifadə etməyi, həmçinin “Trendyol Collection” məhsullarının 20 faizini sertifikatlaşdırılmış və patentləşdirilmiş dayanıqlı materiallardan istehsal etməyi hədəfləyir.

İnsan kapitalının inkişafı istiqamətində isə 2030-cu ilədək 50 min insanın rəqəmsal və iqtisadi imkanlarının genişləndirilməsinə dəstək vermək, həmçinin elektron ticarət sahəsində 5 min ixtisaslı mütəxəssis yetişdirmək əsas hədəflər sırasındadır.

“Trendyol” uzunmüddətli iqlim öhdəlikləri çərçivəsində 2040-cı ilədək öz əməliyyatları, 2050-ci ilədək isə bütün dəyər zənciri üzrə karbon neytrallığına nail olmağı hədəfləyir.

36 ölkədə fəaliyyət göstərən, 40 milyondan çox aktiv müştəriyə və 95 faizdən çoxunu kiçik və orta biznes subyektlərinin (KOB) təşkil etdiyi 250 mindən artıq biznes tərəfdaşına malik “Trendyol” böyüməsinin nəticələrini geniş iqtisadi ekosistemlə bölüşməyə davam edir. Şirkət texnologiya və elektron ticarət infrastrukturu vasitəsilə yerli istehsalçıların, KOB subyektlərinin və sahibkarların rəqəmsal iqtisadiyyata qoşulmasını asanlaşdırır, eyni zamanda biznes tərəfdaşlarının yeni bazarlara çıxmasına və beynəlxalq müştərilərə çatmasına dəstək göstərir.

Emissiyalar azalır, resurslardan səmərəli istifadə artır

“Trendyol” ətraf mühitə təsirlərini azaltmaq və təbii resurslardan səmərəli istifadəni təşviq etmək məqsədilə enerji səmərəliliyi, emissiyaların idarə olunması, resurslardan səmərəli istifadə və dövri iqtisadiyyat sahələrində fəaliyyətini davam etdirib.

2025-ci ildə bütün logistika mərkəzləri və əməliyyat obyektlərində sertifikatlaşdırılmış bərpa olunan elektrik enerjisindən istifadəyə keçən şirkət ofislər də daxil olmaqla, bütün məkanlarında il ərzində istehlak etdiyi elektrik enerjisinin 56 faizini sertifikatlaşdırılmış bərpa olunan mənbələrdən əldə edib.

“Trendyol” elektrik enerjisinin satın alınması ilə əlaqədar hesablanan 2-ci əhatə dairəsi (Scope 2) emissiyalarını əvvəlki illə müqayisədə 58 faiz azaldıb. Şirkət enerji səmərəliliyi layihələri sayəsində 828 min 795 kVt·saat elektrik enerjisinə, 74 min 916 standart kubmetr təbii qaza və 8 min 802 kubmetr suya qənaət edib.

Logistika əməliyyatlarında tətbiq olunan optimallaşdırma tədbirləri nəticəsində 500 min kilometrdən çox məsafəyə qənaət olunub. Bu, Yer kürəsini təxminən 13 dəfə dövr etməyə bərabər məsafədir. Qablaşdırma sahəsində isə karqo paketləri təkrar emal edilə bilən materiallardan hazırlanıb. Onların istehsalında 50 faiz təkrar emal olunmuş materialdan istifadə olunub.

Ekoloji cəhətdən təmiz və dayanıqlı xammallardan hazırlanan “Trendyol Care” nişanlı məhsulların sayı isə 749 mini ötüb.

Rəqəmsal imkanlarda bərabərlik və yerli inkişaf

“Trendyol” rəqəmsallaşmanın yaratdığı imkanları daha geniş kütlələr üçün əlçatan etmək və inklüziv iqtisadi artımı dəstəkləmək məqsədilə əməkdaşlarından biznes tərəfdaşlarına, sahibkar qadınlardan yerli istehsalçılara qədər geniş ekosistemok də bərabər imkanların gücləndirilməsinə diqqət yetirib.

“Trendyol”un 2025-ci il üzrə dayanıqlılıq göstəriciləri və qarşıdakı dövr üçün hədəfləri ilə ətraflı tanış olmaq üçün dördüncü Dayanıqlılıq Hesabatının tam mətninə bu link vasitəsilə baxa bilərsiniz.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

22-11-2024, 18:06

Trendyol COP29-da

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

İqtisadiyyat

12-08-2026, 13:59

SOCAR-ın 2025-ci il üzrə Dayanıqlılıq Hesabatı dərc edilib

Ölkə

13-03-2025, 10:22

“Bu, Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi rolunu gücləndirəcək”

Ölkə

14-01-2026, 16:07

“Bu il 4 bakalavr tələbəmiz TAU-da işlə təmin olunub”

Ölkə
Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
Azərbaycanda Konstitusiya Günüdür
Azərbaycanda Konstitusiya Günüdür
Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Azərbaycanlı bloger Ermənistana buraxılmayıb
Azərbaycanlı bloger Ermənistana buraxılmayıb
Siyasət
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Dünən, 13:30
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
Dünən, 12:14
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
10-11-2026, 09:54
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün Azərbaycanda Zəfər Günüdür
8-11-2026, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
7-11-2026, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Xəbər Lenti
  • Bu gün, 11:40
    “Trendyol” 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladı
  • Bu gün, 11:12
    Gələn il idmana və gənclərin inkişafına bu qədər pul ayrılacaq
  • Bu gün, 10:52
    Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
  • Bu gün, 10:08
    Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
  • Bu gün, 09:51
    Xərçəngin zəif nöqtəsi tapıldı - Öz-özünü məhv edə bilər
  • Bu gün, 09:30
    Türkiyə Belçikaya, İtaliya Fransaya qarşı
  • Bu gün, 09:00
    İsrail pasportu olanların ölkəyə girişini qadağan edirlər
  • Bu gün, 08:50
    Dünyanın danışdığı xəyanət qalmaqalı böyüyür - Tramp aylar əvvəldən xəbərdar imiş...
  • Bu gün, 08:49
    Azərbaycanda Konstitusiya Günüdür
  • Dünən, 17:46
    Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
  • Dünən, 17:28
    Millimiz İsveçrəyə məğlub oldu
  • Dünən, 16:49
    Azərbaycanlı bloger Ermənistana buraxılmayıb
  • Dünən, 16:07
    “AzParking” sürücülərə müraciət etdi
  • Dünən, 15:14
    Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
  • Dünən, 14:16
    “Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama
  • Dünən, 13:30
    Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
  • Dünən, 13:27
    “Ən ciddi siqnallardan biri yığılıb qalan vergi borclarıdır”
  • Dünən, 13:01
    “Azərbaycan əsgəri İrəvanda Koçaryanla qonşu kamerada saxlanılır”
  • Dünən, 12:23
    Azərbaycan samboçusu dünya çempionatında gümüş medal qazandı
  • Dünən, 12:14
    Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
  • Dünən, 11:36
    Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
  • Dünən, 11:18
    Çin avtomobillərinə bu qadağanı qoydular - Casusluqda şübhəli bilinirlər
  • Dünən, 10:31
    “Əllərin qana bulaşıb...” - Bayden ailəsinə hücum
  • Dünən, 10:08
    ADY yükdaşımaları üzrə ən yüksək göstəricilər əldə edib
  • Dünən, 09:46
    Şöbə rəisi qəfil vəfat etdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə