• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Azərbaycanda tikinti proseduru sadələşdirildi

Ölkə

4-08-2025, 17:29
Azərbaycanda tikinti proseduru sadələşdirildi

Prezident İlham Əliyev Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Liderxeber.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda şəhərsalma və tikinti prosedurların sadələşdirilib.

Belə ki, Prezidentin “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evləri və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” 7 aprel 2022-ci il tarixli fərmanı ilə təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilmiş, bu Fərman qüvvəyə mindiyi günədək tikinti-quraşdırma işləri başa çatmış və ya tikinti işlərinə başlanılmış yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzillərinin sənədləşdirilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi təsbit edilib.

Adıçəkilən fərman çərçivəsində səlahiyyətli orqanların tikintiyə və tikintinin istismarına icazə sənədləri təqdim etməsi, bu sənədlər əsasında yaşayış sahələri, habelə yaşayış evlərinin həyətyanı torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, zərurət olduğu halda ölçmə plan işlərinin görülməsi, torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi barədə Nazirlər Kabineti qarşısında vəsatət qaldırılması, yaşayış evləri və çoxmənzilli yaşayış binaları bələdiyyə mülkiyyətində olan torpaq sahələrində inşa edildiyi hallarda bələdiyyəyə mütənasib dəyərdə dövlət mülkiyyətindən torpaq sahələrinin ayrılması və ayrılan torpaq sahələrinin kateqoriyasının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid edilməsi və sair məsələlər tənzimlənib.

Qəbul olunmuş qanun təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı torpaq sahələrinin ayrılması, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, habelə şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsi məqsədilə hazırlanıb. Bu baxımdan 7 normativ hüquqi akta onların tənzimləmə predmetinə uyğun olaraq aşağıdakı dəyişikliklər təklif olunur:

Torpaq Məcəlləsi üzrə:

- təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış sahələrinin həmin torpaq sahələrində tikilməsinin məqsədəuyğun hesab edilmədiyi halların dairəsinin müəyyən edilməsi, bu məqsədlə müvafiq araşdırmanın aparılmasının hüqiqi prosedurunun yaradılması, eləcə də yeni yaşayış sahələrinin həmin torpaq sahələrində tikintisi məqsədəuyğun hesab edilmədikdə bu torpaq sahəsinin əvəzinə müvafiq torpaq sahələrinin ayrılmasının tənzimlənməsi;

- yeni yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin dövlət ehtiyat fondu torpaqlarından, bu mümkün olmadıqda isə mütənasib dəyərdə bələdiyyə mülkiyyətində olan torpaqlardan ayrılması;

- torpaq sahəsinin ayrılması mümkün olmadıqda məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin yerləşdiyi torpaq sahələrinin dəyərinin mülkiyyətçiyə ödənilməklə rekvizisiya qaydasında alınması.

Torpaq Məcəlləsi, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlar üzrə:

- məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin açıq torpaq hərracları və ya müsabiqələri olmadan verilməsinin hüquqi bazasının yaradılması;

- məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yaşayış evləri və çoxmənzilli yaşayış binaları bələdiyyə mülkiyyətində olan torpaq sahələrində tikildiyi hallarda bələdiyyəyə mütənasib dəyərdə dövlət mülkiyyətindən torpaq sahələrinin ayrılması.

Mülki Məcəllə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun üzrə:

- daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar sırasına qeyd olunan yaşayış evləri və çoxmənzilli yaşayış binalarının mənzillərinin daxil edilməsi və bunun üçün tələb olunan sənədlərin müəyyən edilməsi.

Mənzil Məcəlləsi üzrə:

- yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının dövlət vəsaiti hesabına tikintisinin aparılması barədə qərarın icbari sığortası olan yaşayış sahələrinə münasibətdə qəbul edilməsinin mümkünlüyü.

Şəhərsalma və Tikinti Məcəlləsi üzrə:

- məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa ediləcək yeni çoxmənzilli yaşayış binasının tikinti prosedurlarının sadələşdirilməsi.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

27-01-2024, 13:08

Mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin siyahısı təsdiqlənib

Ölkə

14-07-2025, 12:28

Torpaq Məcəlləsində də dəyişiklik edilir

Ölkə
Bakıda maşın velosipedçini vuraraq öldürüb
Bakıda maşın velosipedçini vuraraq öldürüb
Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
Prezident onları təltif etdi - Adlar
Prezident onları təltif etdi - Adlar
Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
Siyasət
Yenidən sədr və müavin oldular
Dünən, 16:42
Yenidən sədr və müavin oldular
Leysan Məmmədov vəzifəsindən azad edilib
Dünən, 10:08
Leysan Məmmədov vəzifəsindən azad edilib
Yeni Ombudsman namizədləri onlardır
Dünən, 09:46
Yeni Ombudsman namizədləri onlardır
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Dünən, 16:27
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Rəsmi Bakıdan Türkiyəyə təbrik
29-10-2026, 12:00
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Yeni Ombudsman seçiləcək
29-10-2026, 11:01
Yeni Ombudsman seçiləcək
Xəbər Lenti
  • Bu gün, 14:27
    Füzuli teatrı İmişlidə “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası ilə çıxış edib
  • Bu gün, 13:07
    Füzuli teatrı İmişlidə “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası ilə çıxış edib
  • Bu gün, 12:52
    Bakıda maşın velosipedçini vuraraq öldürüb
  • Bu gün, 12:10
    Mixail Qusmanın məşhur proqramı efirə qayıdır: Bu dəfə Azərbaycan kanallarında - Video
  • Bu gün, 10:34
    Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
  • Bu gün, 09:41
    İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
  • Bu gün, 09:08
    Tehrandan Avropaya - Sərt xəbərdarlıq
  • Bu gün, 09:00
    Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
  • Dünən, 17:39
    "Green Card"a qeydiyyatı gözləyənlərə pis xəbər
  • Dünən, 17:28
    Təyyarəsi 20 saatdan çox havada qaldı
  • Dünən, 16:42
    Yenidən sədr və müavin oldular
  • Dünən, 16:29
    Prezident onları təltif etdi - Adlar
  • Dünən, 15:31
    Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
  • Dünən, 15:00
    Laçın döyüşlərində şəhid olan polkovnik-leytenantın anım günüdür
  • Dünən, 14:58
    Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı
  • Dünən, 14:07
    Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
  • Dünən, 13:58
    Bu tarixdən Balakənə qatarla gedə bilərsiniz
  • Dünən, 12:31
    Yeni Suraxanı-Hövsan xəttinin bərpası davam etdirilir
  • Dünən, 11:36
    Mərkəzi Banka yeni səlahiyyət verilir
  • Dünən, 11:34
    Bu halda quruda kranlarla görülən bütün növ işlər dayandırılacaq
  • Dünən, 10:22
    Biləcəridə hotelin fəaliyyəti dayandırıldı - Video
  • Dünən, 10:19
    “Turan Tovuz” “Sabah”a qarşı
  • Dünən, 10:08
    Leysan Məmmədov vəzifəsindən azad edilib
  • Dünən, 09:46
    Yeni Ombudsman namizədləri onlardır
  • Dünən, 09:31
    İpoteka müraciətləri “SİMA İmza”nın üztanıma texnologiyası ilə təsdiqlənəcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə