• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“Kupça”sız evə bu yolla sənəd almaq olar

Ölkə

Bu gün, 10:15
“Kupça”sız evə bu yolla sənəd almaq olar

Müxtəlif mənbələrdəki məlumatlara görə, Azərbaycanda, xüsusilə Bakı və Abşeron ərazilərində çıxarışı olmayan yüzminlərlə fərdi yaşayış evi mövcuddur. Belə yaşayış sahələrinin bir hissəsi müəyyən sənədləri olan, lakin həmin sənədləri hüquqi baxımdan legitim hesab edilməyən evlərdir. Digər hissəsi isə heç bir hüquqmüəyyənedici sənədi olmayan və özbaşına inşa edilmiş tikililərdir.

Liderxeber.az xəbər verir ki, Mülki Məcəlləyə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını, qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

Bununla belə, qanunvericilik şəxsin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış əmlaka mülkiyyətçisi kimi qeydə alınmasını da istisna etmir. Belə ki, Mülki Məcəllənin 178.6-cı maddəsinə görə, əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər.

Lakin təcrübədə sözügedən 30 illik müddətin Mülki Məcəllənin qüvvəyə mindiyi tarixdən, yəni 1 sentyabr 2000-ci ildən sonra yaranan münasibətlərə aid edilməsi hallarına rast gəlinir. Belə olan halda faktik mülkiyyətçi olan şəxslərin mülkiyyətçi kimi qeydə alınması 2030-cu ildən sonra mümkün görünür.

Halbuki Mülki Məcəllənin 178.6-cı maddəsində nəzərdə tutulan 30 illik müddətin məhz Mülki Məcəllənin qüvvəyə mindiyi tarixdən, yəni 2000-ci ildən sonra yaranan münasibətlərə şamil edilməsinə dair qanunvericilikdə heç bir məhdudiyyət yoxdur. Mülki Məcəllənin 7.1-ci maddəsinə əsasən, Azərbaycan Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 

Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.

Mülki Məcəllənin 178.6-cı maddəsində nəzərdə tutulanlar geriyə şamil olunarkən fiziki və hüquqi şəxslərin vəziyyətini pisləşdirmir. Çünki bu maddədə daşınmaz əmlakın faktik mülkiyyətçisinin mülkiyyətçi kimi qeydə alınması üçün əmlaka etirazsız sahiblik etməsi şərtlərdən biri kimi göstərilib. Odur ki, dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlakın faktiki mülkiyyətçisi ona 30 il ərzində fasiləsiz və etirazsız sahiblik edibsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

4-08-2025, 17:29

Azərbaycanda tikinti proseduru sadələşdirildi

Ölkə

24-06-2026, 11:26

Əmlak alarkən diqqətli olun! - Ali Məhkəmə əsas riskləri açıqladı

İqtisadiyyat

15-04-2024, 15:04

Xəzərdə yaradılan süni torpaq sahəsinin özgəninkiləşdirilməsinə yol verilməyəcək

Ölkə

13-12-2024, 13:30

Azərbaycanın əmlak bazarında yeni mərhələ: Sənədsiz evlərin qiyməti niyə düşür?

Ölkə
Biləsuvarda ağır qəza - Bir ölü, bir yaralı
Biləsuvarda ağır qəza - Bir ölü, bir yaralı
“Kupça”sız evə bu yolla sənəd almaq olar
“Kupça”sız evə bu yolla sənəd almaq olar
Azad Zəngilanın altıncı ili
Azad Zəngilanın altıncı ili
Mətbuat Şurasından Türkiyənin media qurumlarına - Çağırış
Mətbuat Şurasından Türkiyənin media qurumlarına - Çağırış
Siyasət
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
Dünən, 16:30
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Dünən, 15:42
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Prezident onları təltif etdi - Siyahı
Dünən, 14:44
Prezident onları təltif etdi - Siyahı
Bakı Bəyannaməsi qəbul edildi
15-10-2026, 16:34
Bakı Bəyannaməsi qəbul edildi
Bakıda görüşdülər - Foto
15-10-2026, 15:20
Bakıda görüşdülər - Foto
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
15-10-2026, 14:57
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
Xəbər Lenti
  • Bu gün, 10:57
    Qırmızı xətt gücləndirilmiş qrafikdə işləyəcək
  • Bu gün, 10:31
    Biləsuvarda ağır qəza - Bir ölü, bir yaralı
  • Bu gün, 10:15
    “Kupça”sız evə bu yolla sənəd almaq olar
  • Bu gün, 09:29
    İsrailə gizli səfər etdi
  • Bu gün, 09:17
    Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı
  • Bu gün, 08:52
    Azad Zəngilanın altıncı ili
  • Dünən, 17:50
    Türkiyədə radikallar yəhudi qadına hücum çəkdilər
  • Dünən, 17:28
    Mətbuat Şurasından Türkiyənin media qurumlarına - Çağırış
  • Dünən, 16:30
    Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
  • Dünən, 15:42
    “Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
  • Dünən, 15:23
    Xanım atletimiz Avropa birinciliyində 3 medal qazandı
  • Dünən, 15:07
    Etirazçılar Luvra girişi bağladı, turistlər etiraz etdi
  • Dünən, 14:44
    Prezident onları təltif etdi - Siyahı
  • Dünən, 14:07
    Bu marşrutun son dayanacağı müvəqqəti dəyişdirildi
  • Dünən, 13:52
    Son 18 ilin rekordçusu oldu
  • Dünən, 13:40
    Təyyarə Qazaxıstan səmasında təhlükə siqnalı verdi - Təcili endi
  • Dünən, 13:19
    Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - Foto
  • Dünən, 13:16
    Sabah yağış yağacaq
  • Dünən, 11:50
    Alyona Əliyeva konsertdə - Fotolar
  • Dünən, 11:16
    ABB-dən “Uşaq yığım” əmanəti
  • Dünən, 11:07
    Anar Bayramov səhiyyə naziri oldu - Sərəncam
  • Dünən, 10:23
    Ardıcıl 4 gün bu reys üzrə əlavə marşrut təyin olunacaq
  • Dünən, 10:11
    Sahibkarlar “SİMA İmza” səlahiyyətini onlayn və müddətsiz ötürə bilər
  • Dünən, 09:28
    Əhmədlidə yoldan çıxan maşın piyadanı vurub öldürübmüş - Yenilənib
  • Dünən, 09:17
    Kanadada hərbi bazada yanğın - 4 hərbçi öldü, 40-ı yaralandı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə