Parisdə etirazçılar Luvr muzeyinə girişi bağlayıb.
Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı muzeyin adminitrasiyası yayıb.
Bildirilib ki, tələbələrin etiraz aksiyası səbəbindən muzey müvəqqəti olaraq bağlanıb.
Girişin etirazçılar tərəfindən bloklanması muzeyə daxil olmaq istəyən turistlərin etirazına və tərəflər arasında mübahisəyə səbəb olub. Sosial şəbəkələrdə yayılan görüntülərdən ərazidə çox sayda turistin toplaşdığını görmək mümkündür.
Xatırladaq ki, sentyabrın sonunda Parisdə başlayan tələbə və şagirdlərin etirazları daha sonradan bütün ölkəni əhatə edib. Aksiya iştirakçıları təhsil sahəsində müəllim çatışmazlığı, dərs yükü və digər problemlərin aradan qaldırılmasını tələb edirlər. Bəzi ərazilərdə aksiya iştirakçıları ilə polis arasında qarşıdurma yaşanıb.