Ardıcıl dörd qeyri-iş günündə - 7-10 noyabrda sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə həm gediş, həm dönüş reysləri təşkil olunacaq.
Liderxeber.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, biletləri ADY-nin saytından, “ADY Mobile” tətbiqindən və ya dəmiryol kassalarından əldə etmək mümkündür.
