• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

ADY Bakı–Balakən–Bakı marşrutu üzrə minimum qiymətləri açıqlayıb

Ölkə

4-01-2025, 16:43
ADY Bakı–Balakən–Bakı marşrutu üzrə minimum qiymətləri açıqlayıb

Yanvarın 3-dən bərpa edilən Bakı–Balakən–Bakı reysi üzrə ilk qatarın doluluq səviyyəsi 90 %-dən çox olub.

Bu barədə Liderxeber.az “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir. Bu, həmin istiqamətdə sərnişindaşımaya yüksək tələbatın olduğunu göstərir.

Hərəkət cədvəlinə əsasən, yataq tipli qatarlar hər gün Bakıdan saat 23:50-də yola düşəcək və Balakənə səhər saat 08:10-çatacaq. Balakəndan saat 22:10-da yola düşən qatar isə səhər saat 06:50-də Bakı Dəmiryol Vağzalında olacaq.

Sərnişinlərə "Standard, "Standard+" və "Business" sinifləri üzrə səyahət imkanları təklif olunur. Bakıdan Yevlax stansiyasına minimum qiymətlər "Standard" sinif üzrə 13,1 manat, "Standard+" sinif üzrə 17,6 manat, "Business" sinif üzrə 54,6 manat, Bakıdan Şəki və Qax stansiyalarına, Göynük dayanacağına minimum qiymətlər "Standard" sinif üzrə 14,8 manat, "Standard+" sinif üzrə 23,9 manat, "Business" sinif üzrə 63,3 manat, Bakıdan Zaqatala stansiyası və Qorağan, Göyəm, Əliabad dayanacaqlarına minimum qiymətlər isə "Standard" sinif üzrə 16,4 manat, "Standard+" sinif üzrə 23,9 manat, "Business" sinif üzrə 67,7 manatdır. Bakı–Balakən–Bakı istiqaməti üzrə qiymətlər "Standard" sinif üzrə 18 manat, "Standard+" üzrə 27 manat, "Business" sinif üzrə 72 manatdan başlayır.

Bu marşrut üzrə qatarların yenidən fəaliyyətə başlaması ilə şimal-qərb regionu üzrə yarım milyona yaxın vətəndaşa ADY-nin qatarlarından istifadə etməklə rahat və təhlükəsiz səfər etmək imkanı yaradılır. Sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Yevlax, Şəki, Qax, Zaqatala, Balakən stansiyaları və Göyəm, Göynük, Qorağan, Əliabad dayanacaqlarından istifadə edə bilərlər.

Uzun məsafələrdə, xüsusilə gecə səyahətlərində sərnişinlərin rahat yatıb istirahət edə bilməsi üçün yenilənmiş beş yataq tipli vaqondan ibarət qatarlar istismara verilib. Bu qatarlarda hərəkətin stabil və daha az titrəyişli olması üçün sürət xüsusi olaraq tənzimlənir. Qatarın ümumi sərnişin tutumu bir istiqamətə 189 nəfərdir.

Rahat səyahəti təmin etmək məqsədilə yataq tipli vaqonların təchizatı yenilənib, standart sinif üzrə vaqonda yerlər üzrə işıq keçirməyən yeni pərdələr quraşdırılıb. Vaqonlarda yataqların keyfiyyəti sərnişinlərin səfər zamanı rahatlığının təmin edilməsi baxımından xüsusi əhəmiyyətə malik olduğundan yeni yataq dəsti (döşək, balış, yorğan, yorğan üzü, döşək üzü, balış üzü, dəsmal) materialları yumşaq və asan təmizlənə bilən materiallardan seçilib.

Sərnişinlərə səfər dəstləri (biznes sinif üzrə qazsız su, diş fırçası və məcunu, nəm və quru salfet, yuxu maskası, daraq, dabankeş, tərlik, bəylər üçün ülgüc dəsti / xanımlar üçün kosmetik əşyalar; standart+ sinif üzrə qazsız su, diş fırçası və məcunu, nəm və quru salfet, yuxu maskası; standart sinif üzrə qazsız su, nəm və quru salfet, qulaq tıxacı) təqdim edilir. Bundan başqa, biznes sinif üzrə xüsusi menyu (pendir çeşidi, kolbasa, çörək çeşidi, cem, pomidor, xiyar, zeytun çeşidi, kükü; limitsiz çay / qəhvə; keks) hazırlanıb, əlavə olaraq media xidməti (4 dildə bədii film, cizgi filmi, musiqi, veriliş seçimi) göstərilir. Həmçinin yolboyu səyyar satış xidməti həyata keçirilir.

Oturaq tipli qatarlardan fərqli olaraq yataq tipli qatarlarda sərnişinlərə yük aparmaq üçün daha çox imkan yaradılır. Belə ki, marşrut üzrə "Standard" və "Standard+" sinifləri üçün ödənişsiz yük həcmi 36 kq, "Business" sinif üçün isə 50 kq müəyyən olunub.

Sərnişinlər həmçinin səfər zamanı qatarda pulsuz “Wi-Fi” xidmətindən yararlana bilərlər. Bu, sərnişinlərə internet əlaqəsi, yazışmalar, onlayn axtarış və digər kommunikasiya xidmətlərini təqdim edir.

1985-ci ildən istifadəyə verilmiş Bakı–Yevlax–Şəki–Balakən dəmir yolu xətti üzrə qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə ADY daxili imkanlarından istifadə edərək 2023-cü ilin noyabr ayından 164 km uzunluğu olan Yevlax–Balakən sahəsində genişmiqyaslı təmir işləri aparıb. Reyslərə, yoldəyişən qurğulara, 47 ədəd körpü və 37 ədəd qorunmayan keçidə baxış keçirilib. Təmir zamanı yararsız şpallar, relslər, bağlayıcılar dəyişdirilib, qüsurlu süni qurğularda, qorunmayan keçidlərdə təmir işləri görülüb, çatışmayan yol nişanları əlavə olunub. İşlər başa çatdırıldıqdan sonra qatarların hərəkət sürəti 48-dən 55 km/saata yüksəldilib. Bununla da marşrut üzrə pandemiyadan öncəki 9 saat 35 dəqiqəlik səfər müddəti hazırda 8 saat 20 dəqiqəyə endirilib. Bu istiqamətdə təkmilləşdirmə işləri davam etdiriləcək. Ümumilikdə isə şimal-qərb bölgəsinin dağlıq relyefə malik olması bu istiqamətdə sürətin daha da artırılmasına, digər istiqamətlərlə müqayisədə yüksək sürətin müəyyənləşdirilməsinə mane olur.

Sərnişinlər Bakı–Balakən–Bakı marşrutu üzrə biletləri ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/), “ADY Mobile” tətbiqindən və dəmiryol vağzallarının kassalarından əldə edə bilərlər. Kağız əsaslı əməliyyatların rəqəmsallaşdırılması məqsədilə aralıq dayanacaqlar üçün (Göynük, Qorağan, Əliabad, Göyəm) bilet satışı onlayn formada həyata keçirilir. Sərnişinlər onlayn bilet alarkən Göynük və Qorağan dayanacaqlarına getmək üçün Qax, Əliabad dayanacağına getmək üçün Zaqatala, Göyəm dayanacağına getmək üçün isə Balakən stansiyasını seçməlidirlər.

Bütün stansiyalarda (Şəki, Qax, Zaqatala, Balakən) təmir və abadlıq işləri görülüb, xidmətedici heyət yenilənib. Bundan başqa, stansiyaların ərazilərində avtomobillərin parklanması üçün şərait yaradılıb.

Bütün bu yeniliklər Azərbaycan Dəmir Yolları tərəfindən sərnişinlərin səyahətini daha rahat və təhlükəsiz etmək, həmçinin ölkədaxili nəqliyyatın keyfiyyətini artırmaq və genişləndirmək məqsədi daşıyır.

Qeyd edək ki, dünyada yataq tipli vaqonlar adətən 6-12 saat, 500-1500 km arası məsafəni əhatə edən səyahətlər üçün ən uyğun nəqliyyat vasitəsi hesab edilir. Uzun səyahətlərdə bu qatarların üstünlüyü rahatlıq və səmərəliliklə bağlıdır. Təyyarədə yuxuya getməkdə çətinlik çəkən sərnişinlər üçün yataq tipli gecə qatarları daha rahat seçimdir.

Hazırda dünyada yataq tipli vaqonlara tələbat artır və 2025-ci ildə də bu trendin davam edəcəyi proqnozlaşdırır. Karbon izini azaltmağa töhfə vermək və təyyarə ilə səyahətdən imtina etmək istəyənlər üçün qatarlar Avropada daha çox tələbat olan nəqliyyat növünə çevrilir. Əlavə olaraq, gecə qatarlarında səyahət həm gündüz saatlarına, həm də hotel xərclərinə qənaət etməkdir.

ADY fəaliyyətində dünya təcrübəsinə əsaslanaraq, sərnişindaşıma xidmətinin davamlı olaraq yüksəldilməsi üçün müasir yanaşmalar, rəqəmsal həllər tətbiq edir. 2024-cü ildə yeni qatarların xəttə buraxılması, Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin artırılması, yeni dayanacaqların istifadəyə verilməsi, bir sıra stansiya və dayanacaqlarında, rayonlararası istiqamətlərdə hərəkət edən qatarlarda pulsuz “Wi-Fi” xidmətinin aktivləşdirilməsi, loyallıq proqramı və dinamik qiymət siyasətinin tətbiqi və bu addımların nəticəsi olaraq 2024-cü ildə rekord sayda – 8,5 milyon sərnişin daşınması ADY-nin sərnişindaşıma sahəsinin inkişafına, müştəri məmnuniyyətinin artırılmasına xüsusi diqqət yetirdiyini göstərir. 2025-ci ilin əvvəlindən isə Bakı–Balakən–Bakı marşrutunun bərpası bölgə sakinləri üçün nəqliyyatın mobilliyinin təmin edilməsinə xidmət edəcək. Bu xəttin bərpası, eyni zamanda, şimal-qərb bölgəsinin turizminin inkişafına mühüm töhfə verəcək.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

27-12-2024, 17:53

ADY: "Bakı-Balakən qatarları 10 stansiya və dayanacaqda saxlayacaq"

Ölkə

23-09-2024, 17:21

ADY tarif siyasətinə bir sıra dəyişikliklər edəcək

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

23-05-2024, 23:41

Nazirlər Kabinetindən YENİ QƏRAR - Bu işçilər…

Ölkə

7-06-2023, 10:50

Bakı-Qəbələ-Bakı istiqamətində 10 əlavə qatar reysi təyin edildi

Ölkə
Bakı və paytaxtətrafı avtobuslarda yenilənmiş nağdsız gedişhaqqı tarifləri müəyyənləşib
Bakı və paytaxtətrafı avtobuslarda yenilənmiş nağdsız gedişhaqqı tarifləri müəyyənləşib
Bu torpaqların icarəyə verilməsi üzrə müsabiqə qalibləri müəyyənləşdi
Bu torpaqların icarəyə verilməsi üzrə müsabiqə qalibləri müəyyənləşdi
Tərtərdə 19 yaşlı qadının doğuş zamanı ölməsinin Detallar açıqlandı
Tərtərdə 19 yaşlı qadının doğuş zamanı ölməsinin Detallar açıqlandı
Kişilər ilkin hərbi qeydiyyata belə alınacaq - Baş nazir təsdiqlədi
Kişilər ilkin hərbi qeydiyyata belə alınacaq - Baş nazir təsdiqlədi
Siyasət
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının tam mətni
12-03-2026, 15:25
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının tam mətni
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident iştirak edir
12-03-2026, 10:17
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident iştirak edir
Prezident Fərman imzaladı
11-03-2026, 15:59
Prezident Fərman imzaladı
Vladimir Putin İlham Əliyevə zəng edib
11-03-2026, 14:18
Vladimir Putin İlham Əliyevə zəng edib
İrana göndərilən humanitar yardım sərhəddən keçdi - Fotolar - Yenilənib
10-03-2026, 14:01
İrana göndərilən humanitar yardım sərhəddən keçdi - Fotolar - Yenilənib
Azərbaycan Tehrandakı səfirliyini təxliyə edir
6-03-2026, 15:00
Azərbaycan Tehrandakı səfirliyini təxliyə edir
Xəbər Lenti
  • Dünən, 10:12
    Gözlərdə bulanıqlaşma hansı xəstəliklərdən xəbər verir?
  • Dünən, 09:17
    İran ABŞ bazaları və İsrail şəhərlərinə yeni raket hücumlarına başladı
  • Dünən, 09:07
    Bu ölkədə qiymət bahalaşdı, yanacağa görə kilometrlərlə tıxac yarandı
  • Dünən, 09:00
    SEPAH “Gerçək vəd – 4” əməliyyatına start verdi
  • Dünən, 08:49
    “Bu insanlar ömrünüzü qısaldır...”
  • Dünən, 17:40
    Bakı və paytaxtətrafı avtobuslarda yenilənmiş nağdsız gedişhaqqı tarifləri müəyyənləşib
  • Dünən, 17:15
    Millimiz ilk qələbəsini qazandı
  • Dünən, 16:37
    Pezeşkian Tehranda yürüşdə - Video
  • Dünən, 16:17
    Bu torpaqların icarəyə verilməsi üzrə müsabiqə qalibləri müəyyənləşdi
  • Dünən, 15:44
    Livan prezidentindən İsrailə atəşkəs təklifi
  • Dünən, 13:19
    Tərtərdə 19 yaşlı qadının doğuş zamanı ölməsinin Detallar açıqlandı
  • Dünən, 12:11
    Buzlu suyun orqanizmə təsirləri: Rusiyalı mütəxəssis populyar mifləri təkzib etdi
  • Dünən, 11:07
    Kifayət qədər yatdığınız halda niyə yorğun olursunuz? - Səbəblər açıqlandı
  • Dünən, 10:28
    İran ABŞ-nin maraqlarının olduğu neft-qaz obyektlərini məhv etməklə hədələdi
  • Dünən, 10:13
    Səyahət üçün ən yaxşı şəhərlər - Siyahı
  • Dünən, 10:00
    ABŞ vətəndaşlarının əksəriyyəti İrana qarşı hücumların dayandırılmasını istəyir
  • Dünən, 09:13
    “İran müharibəni davam etdirmək istəmir”
  • Dünən, 09:05
    Avropa Liqasında - Gecənin nəticələri
  • Dünən, 08:58
    “Atamın nəşini gördüm...”
  • Dünən, 08:42
    Türkiyədə güclü zəlzələ oldu
  • 13-03-2026, 05:21
    Bu gün Beynəlxalq Qüds Günüdür
  • 12-03-2026, 17:41
    “Maduro təkadamlıq kamerada saxlanılır” - KİV
  • 12-03-2026, 17:28
    Müctəba Xamenei xalqa müraciət etdi - Yenilənib
  • 12-03-2026, 17:06
    Millimiz Belçikaya 11:0 hesabı ilə uduzdu
  • 12-03-2026, 16:44
    Kişilər ilkin hərbi qeydiyyata belə alınacaq - Baş nazir təsdiqlədi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə