• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Bakıdan Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişin daşımalarına start verilir

Ölkə

5-06-2025, 17:16
Bakıdan Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişin daşımalarına start verilir

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin məmnuniyyətinin təmin edilməsi məqsədilə iyunun 15-dən Bakı-Ağstafa-Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunu Qazax stansiyasına qədər uzadacaq.

Liderxeber.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyət məlumat yayıb.

Məlumata görə, bilet satışına bu gündən start veriləcək. Bakı-Qazax-Bakı marşrutu üzrə ilk dəfə "Stadler Rail Group" şirkətinin istehsalı olan birmərtəbəli müasir qatarlar hərəkət edəcək.

Sərnişinlər Bakıdan Qazaxa 2019-cu ilin dekabr ayınadək fəaliyyət göstərən qatarla 8 saat 25 dəqiqəyə çatdırılırdısa, artıq bu məsafə 5 saat 36 dəqiqəyə qət olunacaq.

Hərəkət cədvəlinə gəlincə, sürətli sərnişin qatarları hər gün saat 08:00 və 18:00-da Bakıdan Qazaxa yola düşərək müvafiq olaraq saat 13:36 və 23:36-da mənzil başına çatacaq. Qazax-Bakı istiqaməti üzrə isə qatarlar hər gün saat 08:00 və 16:20-də yola düşərək Bakı Dəmiryol Vağzalına saat 13:29 və 21:49-da çatacaq.

Marşrut üzrə dinamik qiymət siyasəti tətbiq olunacaq və Bakıdan Qazaxa kimi bir istiqamətə standart sinif yerlərə minimum gediş haqqı 16.2 AZN təşkil edəcək.

Biletləri dəmiryol kassalarından, "ADY Mobile" tətbiqindən və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az) əldə etmək mümkündür.

ADY Bakı-Qazax-Bakı marşrutu üzrə qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə dəmir yollarının Ağstafa-Qazax sahəsində əsaslı təmir və yenidənqurma işləri həyata keçirib. Belə ki, Bakı-Qazax dəmiryol xəttində enerji, rabitə-işarəvermə sistemlərinin layihələndirilməsi işləri yerinə yetirilib. Həmçinin Qazax stansiyasının binasında təmir işləri aparılıb, gözləmə zalı yenilənib.

Bakı-Qazax-Bakı marşrutunun istismara verilməsi nəticəsində sərnişin daşımalarında nəzərəçarpacaq artım proqnozlaşdırılır. İlkin qiymətləndirmələrə əsasən, bu marşrut üzrə illik əlavə 10 000-ə yaxın sərnişinin daşınacağı gözlənilir.

Bakı-Ağstafa marşrutunun Qazaxa qədər uzadılması bu istiqamətdə səfər edən və həmin bölgədə yaşayan insanların nəqliyyat tələbatına cavab verəcək. Bununla Qazax rayonunun əhalisi də daha rahat, təhlükəsiz və sərfəli səyahət imkanı əldə edəcək.

Azərbaycanın bütün regionlarını sərnişinləri üçün əlçatan etməyi, xidmət coğrafiyasını genişləndirməyi hədəfləyən ADY sərnişindaşıma xidmətinin davamlı olaraq yüksəldilməsi üçün müasir yanaşmalar tətbiq edir, həmçinin pandemiyadan öncə mövcud olmuş marşrutları mərhələli şəkildə bərpa edir. 2023-cü ildə Bakı-Gəncə-Bakı marşrutunun Ağstafaya qədər uzadılması, ilk dəfə olaraq Qəbələyə sürətli qatarlarla sərnişindaşımanın təşkili, 2024-cü ildə yeni qatarların xəttə buraxılması, Bakı-Ağstafa-Bakı marşrutu üzrə reyslərin artırılması, Ləki və Ucar stansiyalarına dayanacaq verilməsi, bir sıra stansiya və dayanacaqlarda, rayonlararası istiqamətlərdə hərəkət edən qatarlarda pulsuz "Wi-Fi" xidmətinin aktivləşdirilməsi, loyallıq proqramı və dinamik qiymət siyasətinin tətbiqi, 2025-ci ilin əvvəlində isə Bakı-Balakən-Bakı marşrutu üzrə sərnişindaşımanın bərpası və bütün bunların nəticəsi olaraq 2024-cü ildə rekord sayda - 8.5 milyon sərnişin daşınması ADY-nin sərnişindaşıma sahəsinin inkişafına, müştəri məmnuniyyətinin artırılmasına xüsusi diqqət yetirdiyini göstərir.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

4-01-2025, 16:43

ADY Bakı–Balakən–Bakı marşrutu üzrə minimum qiymətləri açıqlayıb

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

23-09-2024, 17:21

ADY tarif siyasətinə bir sıra dəyişikliklər edəcək

Ölkə

27-01-2024, 13:08

Mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin siyahısı təsdiqlənib

Ölkə

31-03-2025, 11:52

Sabahdan həmin qatarlar yeni qrafiklə hərəkət edəcək

Ölkə
Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib
Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib
Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
Siyasət
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Bu gün, 16:27
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Bu gün, 12:00
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Yeni Ombudsman seçiləcək
Bu gün, 11:01
Yeni Ombudsman seçiləcək
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Bu gün, 09:56
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Dünən, 17:25
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
27-10-2026, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Xəbər Lenti
  • Dünən, 17:21
    Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
  • Dünən, 16:27
    Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
  • Dünən, 15:18
    AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
  • Dünən, 15:02
    Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib
  • Dünən, 14:49
    Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü
  • Dünən, 14:36
    Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
  • Dünən, 14:09
    İsraildə siyasi sövdələşmə iddiası - Netanyahuya nə təklif olunub?
  • Dünən, 13:55
    “Jurnalisti linçə məruz qoymaq kimin ağlının məhsuludur?!”
  • Dünən, 13:32
    Kartdan-karta köçürmələrdə limit buna görə qoyulub - Taleh Kazımov açıqladı
  • Dünən, 13:16
    Sabah hava necə olacaq?
  • Dünən, 12:00
    Rəsmi Bakıdan Türkiyəyə təbrik
  • Dünən, 11:53
    “ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit reallaşdıracaq - Fotolar
  • Dünən, 11:36
    Bu marşrut xətləri “Faiqoğlu”na verildi
  • Dünən, 11:30
    Bu gün 3 güləşçimiz DÇ-də mübarizəyə başlayacaq
  • Dünən, 11:01
    Yeni Ombudsman seçiləcək
  • Dünən, 10:39
    AMB uçot dərəcəsini açıqladı
  • Dünən, 10:22
    2 yaşlı uşaq qonşunun evində yıxılıb öldü
  • Dünən, 10:14
    Ermənistan Prezidentinin səhhəti kəskin pisləşib - KİV
  • Dünən, 09:56
    Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
  • Dünən, 09:19
    Nyu-Yorkda dinozavr skeleti fantastik qiymətə satıldı
  • Dünən, 09:00
    Avropa İttifaqı geri addım atdı
  • Dünən, 17:36
    Kredit borcu zaminin əmlakına qadağa üçün əsas deyil
  • Dünən, 17:25
    Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Dünən, 16:39
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Dünən, 16:22
    Azərbaycan Kubokunda 1:9 hesabı ilə uduzdular
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə