• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”

Siyasət

Bu gün, 15:42
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”

“Son dövrlərdə Türkiyə daxilində ifrat şovinist, radikal millətçi və ksenofob meyillərin sürətlə artması müşahidə olunur ki, bu da ümumilikdə regional sabitliyə mənfi təsir göstərir”. 

Liderxeber.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, Türkiyədə mövcud olan radikal siyasi və marjinal qrupların Azərbaycana sərbəst şəkildə keçməsi və ölkəmizdəki gənclər arasında zərərli ideoloji təbliğat aparması qarşısının alınması üçün tədbirlər görülməsini zəruri edir: “Belə bir tədbirlərdən biri də viza rejiminin bərpası məsələsini gündəmə gətirir.

Bu tədbirlərin əsas məqsədi Türkiyədə dövlət strukturlarına, təhsil və maliyyə sisteminə nüfuz edən çoxsaylı dini təriqətlərin Azərbaycandakı fəaliyyətini məhdudlaşdırmaq, ölkəmizin dünyəvi dövlət quruluşunu hədəf almaga cəhd edən dini strukturlara ciddi nəzarət mexanizmi yaradılmasından ibarətdir.

Əvvəllər FETÖ və “Nurçuluq” şəbəkəsi kimi fəaliyyət göstərən qruplar bu gün “mədəniyyət/təhsil dərnəkləri” kimi fərqli adlar altında yenidən Azərbaycana sızmaq cəhdləri müşahidə olunur. “Süleymançılar” və “İsmayıl ağa camaatı” kimi güclü iqtisadi və sosial infrastruktura malik olan bu təriqətlər öz qapalı icma modellərini Azərbaycana daşımaq potensialına malikdirlər”.

Ekspert əlavə edib ki, son günlər baş verən gərginliklər zamanı Türkiyədə indiyədək “Bir millət, iki dövlət” şüarı səsləndirən, əslində isə Azərbaycana qarşı düşmən mövqedə olan və indi açıq şəkildə Azərbaycanda cinayətlərə çağırışlar edən şəxslərin olduğu artıq təsdiqlənmiş faktdır: “Bu qrupların nəzarətsiz gediş-gəlişdən istifadə edərək Azərbaycanda dini-siyasi hüceyrələr qurmasının qarşısı yalnız viza süzgəci ilə alına bilər.

Viza tətbiqi Türkiyədə fəaliyyət göstərən və maliyyə dövriyyəsi şəffaf olmayan bəzi dini fond və dərnəklərdən gələn təhlükənin qarşısını almağın yeganə çıxış yoludur. 

Digər tərəfdən isə mətbuatda yer alan kəşfiyyatyönümlü təsir agentləri, saxta profil köçürmələri və ya “nüfuz casusluğu” iddiaları sərhəd nəzarətinin maksimum həddə çatdırılmasını tələb edir. Sərhədlərin yalnız şəxsiyyət vəsiqəsi ilə keçilməsi ölkəyə daxil olan şəxslərin keçmişi və məqsədləri barədə dərindən analiz aparmağa imkan vermir. Elektron viza (e-viza) və ya klassik viza modelinə keçid, milli təhlükəsizlik orqanlarına preventiv nəzarət imkanı qazandıracaq.

Türkiyə ilə Azərbaycan arasındakı “Bir millət, iki dövlət” prinsipi mənəvi və strateji müttəfiqliyi ifadə edir, lakin bizim üçün ən prioritet məsələ dövlət təhlükəsizliyi məsələsidir. Odur ki, Türkiyə daxilində idarəolunmaz həddə çatan təriqətlərarası mübarizə, FETÖ, “Nurçuluq”, “Süleymançılar” kimi şəbəkələrin və ifrat radikal qrupların Azərbaycanın dünyəvi dövlət quruluşuna sızmasının qarşısını almaq üçün viza rejiminin bərpası məsələsi hazırda aktual müzakirə mövzusuna çevrilə bilər.

Azərbaycan tərəfindən tətbiq ediləcək viza rejimi sərhəd və dövlət təhlükəsizliyi məsələsidir, bu iki ölkənin müttəfiqliyinə kölgə salmır, əksinə, Azərbaycanı daxili xaos risklərindən sığortalayır. Hesab edirəm ki, aidiyyəti dövlət strukturları viza rejimi ilə bağlı zəruri olan addımları razılaşdırmalı və onun qısa müddətdə tətbiqi üçün tədbirlər görməlidir”.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

29-05-2026, 15:18

Rəqəmsal dünyanın uşaqlara təsiri - Sosial şəbəkələr və videooyunlar

Ölkə

14-01-2026, 16:07

“Bu il 4 bakalavr tələbəmiz TAU-da işlə təmin olunub”

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Siyasət

18-02-2026, 14:00

Prezident İlham Əliyevin enerji diplomatiyası Azərbaycanın qlobal investisiya mövqeyini gücləndirir

Ölkə
Mətbuat Şurasından Türkiyənin media qurumlarına - Çağırış
Mətbuat Şurasından Türkiyənin media qurumlarına - Çağırış
Bu marşrutun son dayanacağı müvəqqəti dəyişdirildi
Bu marşrutun son dayanacağı müvəqqəti dəyişdirildi
Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - Foto
Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - Foto
Sabah yağış yağacaq
Sabah yağış yağacaq
Siyasət
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
Bu gün, 16:30
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Bu gün, 15:42
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Prezident onları təltif etdi - Siyahı
Bu gün, 14:44
Prezident onları təltif etdi - Siyahı
Bakı Bəyannaməsi qəbul edildi
15-10-2026, 16:34
Bakı Bəyannaməsi qəbul edildi
Bakıda görüşdülər - Foto
15-10-2026, 15:20
Bakıda görüşdülər - Foto
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
15-10-2026, 14:57
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
Xəbər Lenti
  • Bu gün, 17:50
    Türkiyədə radikallar yəhudi qadına hücum çəkdilər
  • Bu gün, 17:28
    Mətbuat Şurasından Türkiyənin media qurumlarına - Çağırış
  • Bu gün, 16:30
    Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
  • Bu gün, 15:42
    “Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
  • Bu gün, 15:23
    Xanım atletimiz Avropa birinciliyində 3 medal qazandı
  • Bu gün, 15:07
    Etirazçılar Luvra girişi bağladı, turistlər etiraz etdi
  • Bu gün, 14:44
    Prezident onları təltif etdi - Siyahı
  • Bu gün, 14:07
    Bu marşrutun son dayanacağı müvəqqəti dəyişdirildi
  • Bu gün, 13:52
    Son 18 ilin rekordçusu oldu
  • Bu gün, 13:40
    Təyyarə Qazaxıstan səmasında təhlükə siqnalı verdi - Təcili endi
  • Bu gün, 13:19
    Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - Foto
  • Bu gün, 13:16
    Sabah yağış yağacaq
  • Bu gün, 11:50
    Alyona Əliyeva konsertdə - Fotolar
  • Bu gün, 11:16
    ABB-dən “Uşaq yığım” əmanəti
  • Bu gün, 11:07
    Anar Bayramov səhiyyə naziri oldu - Sərəncam
  • Bu gün, 10:23
    Ardıcıl 4 gün bu reys üzrə əlavə marşrut təyin olunacaq
  • Bu gün, 10:11
    Sahibkarlar “SİMA İmza” səlahiyyətini onlayn və müddətsiz ötürə bilər
  • Bu gün, 09:28
    Əhmədlidə yoldan çıxan maşın piyadanı vurub öldürübmüş - Yenilənib
  • Bu gün, 09:17
    Kanadada hərbi bazada yanğın - 4 hərbçi öldü, 40-ı yaralandı
  • Bu gün, 09:00
    “Zelenski buna əhəmiyyət vermir”
  • 17-10-2026, 11:12
    Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
  • 17-10-2026, 10:09
    Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
  • 17-10-2026, 09:31
    Tütünü bahalaşdırıb 12 milyard qazanacaqlar
  • 17-10-2026, 09:08
    İran Hörmüzün açılması üçün şərtini açıqladı
  • 17-10-2026, 09:00
    BMT-də Baş katib seçkiləri dalana dirəndi - “Böyük beşlik” veto qoydu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə