• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi

Ölkə

3-09-2026, 16:02
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən himayədar ailə modelinin tətbiqi, valideyn himayəsindən məhrum uşaqların ailə mühitinə reinteqrasiya prosesinin daha da təkmilləşdirilərək sadələşdirilməsi üçün müvafiq prosedurlarda bir sıra dəyişikliklər edilib.

Liderxeber.az xəbər verir ki, yeni dəyişikliklər bu sahədə əlçatanlığın artırılmasına və xidmətlərin daha çevik təşkilinə, himayədar ailə olmaq üçün müraciət edən vətəndaşların daha qısa müddət ərzində himayədar valideyn kimi fəaliyyətə başlamalarına imkan yaradır.

Belə ki, hazırda himayədar valideyn olmaq istəyən şəxslər uçota alındıqdan sonra 10 iş günü ərzində onlarla müsahibə keçirilir və maddi-məişət şəraitlərinin uşağın mənafeyinə uyğunluğu qiymətləndirilir. Bu mərhələni uğurla başa vuran himayədar valideyn-namizədlər Nazirlik tərəfindən minimum müddəti 3 gündən az olmayan təlimlərə cəlb edilirlər.

Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bundan sonra himayədar valideyn-namizədlər üçün təlimlərin onlayn formatda təşkili də mümkün olacaq.

Təlimin sonunda aparılmış qiymətləndirmədə müsbət nəticəsi olan himayədar valideyn-namizədlərin istəkləri nəzərə alınmaqla, onlara uyğun uşağın seçilməsi müddəti də qısaldılaraq 7 iş günündən 5 iş gününə endirilib.

Himayədar ailə prosesinin mərhələlərinin (müsahibənin keçirilməsi, maddi-məişət şəraitinin müayinəsi, təlim nəticələrinin qiymətləndirilməsi, uşağa uyğun himayədar valideynin və ya himayədar valideyn-namizədə uyğun uşağın seçilməsi, namizədlə uşağın görüşlərinin təşkili və himayədar ailə müqaviləsinin bağlanması)  hər birinin nəticəsi üzrə operativ və optimal qərarların qəbul edilməsi müddəti də artıq konkretləşdirilərək 3 iş günü müəyyən edilib.

Bu son dəyişikliklər uşağın himayədar ailəyə keçidi prosesinin daha qısa müddətdə tamamlanmasına, bunun üçün minimal müddətin azalaraq 2 həftəyə  enməsinə imkan yaradır.

Qeyd edək ki, himayədar ailə institutu müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olmuş uşaqların ailə əsaslı qayğı ilə əhatə olunmasında, onların müəssisələrdən ailə mühitinə reinteqrasiyasında mühüm önəm kəsb edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 87 uşaq himayədar ailələrə verilib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Cəmiyyət

4-04-2024, 11:39

Agentlik: Valideyn övladının himayəsindən imtina edirsə, həmin uşağın ailə qayğısında böyümə haqqı var

Ölkə

26-12-2023, 15:22

Peşə məktəbləri üçün dərsliklərin hazırlanması qaydası təsdiq edilib

Cəmiyyət

1-06-2024, 13:00

562 uşaq övladlığa götürülüb, 15 uşaq himayədar ailələrə verilib

Ölkə

29-05-2026, 15:18

Rəqəmsal dünyanın uşaqlara təsiri - Sosial şəbəkələr və videooyunlar

Ölkə
Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq
Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq
Zəngilanda 215 milyon kVts “yaşıl enerji” istehsal edilib - Fotolar
Zəngilanda 215 milyon kVts “yaşıl enerji” istehsal edilib - Fotolar
Biləsuvarda ağır qəza - Bir ölü, bir yaralı
Biləsuvarda ağır qəza - Bir ölü, bir yaralı
“Kupça”sız evə bu yolla sənəd almaq olar
“Kupça”sız evə bu yolla sənəd almaq olar
Siyasət
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
Dünən, 16:30
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Dünən, 15:42
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Prezident onları təltif etdi - Siyahı
Dünən, 14:44
Prezident onları təltif etdi - Siyahı
Bakı Bəyannaməsi qəbul edildi
15-10-2026, 16:34
Bakı Bəyannaməsi qəbul edildi
Bakıda görüşdülər - Foto
15-10-2026, 15:20
Bakıda görüşdülər - Foto
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
15-10-2026, 14:57
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
Xəbər Lenti
  • Bu gün, 13:23
    Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq
  • Bu gün, 11:35
    Zəngilanda 215 milyon kVts “yaşıl enerji” istehsal edilib - Fotolar
  • Bu gün, 10:57
    Qırmızı xətt gücləndirilmiş qrafikdə işləyəcək
  • Bu gün, 10:31
    Biləsuvarda ağır qəza - Bir ölü, bir yaralı
  • Bu gün, 10:15
    “Kupça”sız evə bu yolla sənəd almaq olar
  • Bu gün, 09:29
    İsrailə gizli səfər etdi
  • Bu gün, 09:17
    Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı
  • Bu gün, 08:52
    Azad Zəngilanın altıncı ili
  • Dünən, 17:50
    Türkiyədə radikallar yəhudi qadına hücum çəkdilər
  • Dünən, 17:28
    Mətbuat Şurasından Türkiyənin media qurumlarına - Çağırış
  • Dünən, 16:30
    Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
  • Dünən, 15:42
    “Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
  • Dünən, 15:23
    Xanım atletimiz Avropa birinciliyində 3 medal qazandı
  • Dünən, 15:07
    Etirazçılar Luvra girişi bağladı, turistlər etiraz etdi
  • Dünən, 14:44
    Prezident onları təltif etdi - Siyahı
  • Dünən, 14:07
    Bu marşrutun son dayanacağı müvəqqəti dəyişdirildi
  • Dünən, 13:52
    Son 18 ilin rekordçusu oldu
  • Dünən, 13:40
    Təyyarə Qazaxıstan səmasında təhlükə siqnalı verdi - Təcili endi
  • Dünən, 13:19
    Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - Foto
  • Dünən, 13:16
    Sabah yağış yağacaq
  • Dünən, 11:50
    Alyona Əliyeva konsertdə - Fotolar
  • Dünən, 11:16
    ABB-dən “Uşaq yığım” əmanəti
  • Dünən, 11:07
    Anar Bayramov səhiyyə naziri oldu - Sərəncam
  • Dünən, 10:23
    Ardıcıl 4 gün bu reys üzrə əlavə marşrut təyin olunacaq
  • Dünən, 10:11
    Sahibkarlar “SİMA İmza” səlahiyyətini onlayn və müddətsiz ötürə bilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə