• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazələrin - Qaydaları

Ölkə

1-09-2026, 14:01
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazələrin - Qaydaları

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazələrin verilməsi qaydaları açıqlanıb.

ADSEA yanında Suların istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən Liderxeber.az-a bildirilib ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə müəyyən edilmiş qaydalar əsasında və müvafiq icazə alınmaqla həyata keçirilir.

Qeyd edilib ki, Azərbaycan Prezidentinin 4 iyun 2025-ci il tarixli 403 nömrəli Fərmanı ilə su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi səlahiyyəti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə həvalə edilib. Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2025-ci il tarixli 554 nömrəli Fərmanı ilə isə “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası” təsdiq edilib. Qaydaya əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında, texniki qurğu və avadanlıqlar tətbiq edilməklə həyata keçirilir və sahibkarlıq fəaliyyəti ilə məşğul olan, su obyektlərindən istifadə edən fiziki və hüquqi şəxslərə şamil olunur.

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə etmək istəyən sahibkarlar müəyyən edilmiş tələblərə uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə ərizə ilə müraciət edirlər. Müraciət çərçivəsində ərizəçinin təqdim etdiyi sənədlər təhlil olunur və onların müvafiq Qaydanın tələblərinə uyğunluğu yoxlanılır. Bununla yanaşı, su axarlarında ekoloji axımın saxlanılması şərtilə tələb olunan su həcminin verilməsinin mümkünlüyü qiymətləndirilir, həmçinin su obyektlərinə axıdılması nəzərdə tutulan tullantı sularının tərkibi araşdırılır.

Aparılan təhlil və qiymətləndirmənin nəticələrinə əsasən, su obyektindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi və ya icazənin verilməsindən imtina edilməsi barədə qərar qəbul olunur. İcazənin müddəti su obyektindən xüsusi istifadənin məqsədi, su obyektinin ehtiyat potensialı və ekoloji vəziyyəti nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Su Məcəlləsinin 32-ci maddəsinə əsasən, su obyektləri fiziki və ya hüquqi şəxslərin uzunmüddətli və ya qısamüddətli istifadəsinə verilə bilər.

***

Nazirlər Kabinetinin 14 aprel 2026-cı il tarixli 99 nömrəli Qərarı ilə “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri” və “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə fiziki və hüquqi şəxslər arasında su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair müqavilənin forması” təsdiq edilib.

Qərara əsasən, ödənişlərin məbləği istifadə edilən su obyektinin növündən – Xəzər dənizi, çaylar, göllər və yeraltı sulardan – həmçinin istifadə məqsədindən asılı olaraq fərqlənir. Tariflər götürülən suyun və axıdılan tullantı suyunun həcminə, eləcə də istifadə olunan su akvatoriyasının sahəsinə uyğun müəyyənləşdirilib.

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlər müəyyən edilərkən su təsərrüfatı obyektlərindən su təchizatı və tullantı sularının axıdılması üzrə mövcud qiymətlərlə müqayisədə xeyli aşağı tariflər tətbiq edilib.

Belə ki, Xəzər dənizindən sənaye məqsədilə götürülən 10 000 litr su üçün ödəniş 4 qəpik müəyyən edilib. Çay və göllərdən sənaye məqsədilə götürülən 1000 litr su üçün 4 qəpik, kənd və meşə təsərrüfatı məqsədilə götürülən 10 000 litr su üçün 1 qəpik, balıqçılıq və akvakultura məqsədilə götürülən 100 000 litr su üçün isə 1 qəpik ödəniş nəzərdə tutulub.

Yeraltı sulardan sənaye məqsədilə götürülən 1000 litr su üçün ödəniş 40 qəpik, balıqçılıq və akvakultura məqsədilə götürülən 100 000 litr su üçün isə 2 qəpik müəyyən edilib.

Tullantı sularının su obyektlərinə axıdılmasına görə də müvafiq tariflər tətbiq olunur. Xəzər dənizinə məişət və sənaye tullantı sularının axıdılması zamanı hər 1000 litr üçün 1 qəpik ödəniş müəyyən edilib. Çay və göllərə məişət tullantı sularının axıdılması zamanı hər 1000 litr üçün 1 qəpik, sənaye tullantı sularının axıdılması zamanı isə hər 1000 litr üçün 4 qəpik ödəniş nəzərdə tutulub.

Tullantı suları sutəmizləyici qurğular vasitəsilə müəyyən edilmiş normalara uyğun səviyyəyə çatdırıldıqdan sonra su obyektlərinə axıdıldığı halda, müəyyən edilmiş ödənişlər 0,7 əmsalı tətbiq edilməklə hesablanır.

Müəyyən edilmiş tariflərdən də göründüyü kimi, su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlər aşağı səviyyədə müəyyənləşdirilib. Xüsusilə kənd təsərrüfatı sahəsində hər 1000 litr su üçün ödəniş 1 qəpikdən də aşağıdır.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

22-04-2024, 13:08

Birinci sinfə qəbul üzrə prioritet məktəblərin siyahısı açıqlanıb

Ölkə

17-06-2026, 10:46

Xəzərdən su götürənlər bu qədər ödəniş etməlidirlər - Sentyabrın 1-dən

Siyasət

12-06-2025, 17:40

Sosial müavinətlərin məbləği artırıldı

Ölkə
Sonradan əldə edilən barışıq cəzaya necə təsir edir?
Sonradan əldə edilən barışıq cəzaya necə təsir edir?
Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq
Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq
Sabah 28° isti olacaq
Sabah 28° isti olacaq
Kamran Əliyevdən yeni - Təyinatlar
Kamran Əliyevdən yeni - Təyinatlar
Siyasət
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
Dünən, 16:30
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Dünən, 15:42
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Prezident onları təltif etdi - Siyahı
Dünən, 14:44
Prezident onları təltif etdi - Siyahı
Bakı Bəyannaməsi qəbul edildi
15-10-2026, 16:34
Bakı Bəyannaməsi qəbul edildi
Bakıda görüşdülər - Foto
15-10-2026, 15:20
Bakıda görüşdülər - Foto
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
15-10-2026, 14:57
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
Xəbər Lenti
  • Bu gün, 15:15
    Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi olduğunu təsdiqlədi
  • Bu gün, 15:00
    Qar yağacaq - Xəbərdarlıq
  • Bu gün, 14:53
    Azərbaycan klubu səfərə gedə bilmədi - Avrokubok matçı təxirə salındı
  • Bu gün, 14:35
    “Qalatasaray” istədi, UEFA rədd etdi
  • Bu gün, 14:17
    Qalkinin İstanbuldakı konsertinin ləğv edilməsini istəyirlər
  • Bu gün, 13:30
    Sonradan əldə edilən barışıq cəzaya necə təsir edir?
  • Bu gün, 13:23
    Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq
  • Bu gün, 13:01
    Sabah 28° isti olacaq
  • Bu gün, 12:40
    Kamran Əliyevdən yeni - Təyinatlar
  • Bu gün, 12:28
    “Sabah” azarkeşlər üçün pulsuz avtobuslar ayırdı
  • Bu gün, 11:35
    Zəngilanda 215 milyon kVts “yaşıl enerji” istehsal edilib - Fotolar
  • Bu gün, 10:57
    Qırmızı xətt gücləndirilmiş qrafikdə işləyəcək
  • Bu gün, 10:31
    Biləsuvarda ağır qəza - Bir ölü, bir yaralı
  • Bu gün, 10:15
    “Kupça”sız evə bu yolla sənəd almaq olar
  • Bu gün, 09:29
    İsrailə gizli səfər etdi
  • Bu gün, 09:17
    Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı
  • Bu gün, 08:52
    Azad Zəngilanın altıncı ili
  • Dünən, 17:50
    Türkiyədə radikallar yəhudi qadına hücum çəkdilər
  • Dünən, 17:28
    Mətbuat Şurasından Türkiyənin media qurumlarına - Çağırış
  • Dünən, 16:30
    Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
  • Dünən, 15:42
    “Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
  • Dünən, 15:23
    Xanım atletimiz Avropa birinciliyində 3 medal qazandı
  • Dünən, 15:07
    Etirazçılar Luvra girişi bağladı, turistlər etiraz etdi
  • Dünən, 14:44
    Prezident onları təltif etdi - Siyahı
  • Dünən, 14:07
    Bu marşrutun son dayanacağı müvəqqəti dəyişdirildi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə