• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Xəzərdən su götürənlər bu qədər ödəniş etməlidirlər - Sentyabrın 1-dən

Ölkə

17-06-2026, 10:46
Xəzərdən su götürənlər bu qədər ödəniş etməlidirlər - Sentyabrın 1-dən

Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiq edilməsinə başlanılacaq.

Bu barədə Liderxeber.az-a ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib. 

Bildirilib ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı məsələlər adından məlum olduğu kimi hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən texniki qurğu və avadanlıq tətbiq etməklə su obyektlərindən suyun götürülməsi, tullantı sularının təmizlənərək su obyektlərinə axıdılması və su akvatoriyasından istifadə olunması ilə əlaqədardır. 

Suyun götürülməsi zamanı su obyektindən və götürülmə məqsədindən asılı olaraq məbləğlər müxtəlifdir. Belə ki, sənaye məqsədilə Xəzər dənizindən götürülən 100 m3 suya görə 0.4 manat, çay və göllərdən götürülən 100 m3 suya görə 4 manat, yeraltı sulardan götürülən 100 m3 suya görə 40 manat müəyyənləşdirilib. Xəzər dənizinə axıdılan 100 m3 tullantı suyu üçün 1 manat, çay və göllərə axıdılan 100 m3 tullantı suyu üçün 4 manat nəzərdə tutulur. 

Bu və digər ödənişlər barədə daha ətraflı məlumatları Nazirlər Kabinetinin 14 aprel 2026-cı il tarixli 99 nömrəli Qərarı ilə təsdiq edilmiş “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri” qanunvericilik aktından əldə etmək mümkündür. 

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin alınması ilə bağlı öncəliklə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ərizə ilə müraciət edilməlidir. Bunun üçün ərizəçi su obyektindən istifadə növündən və hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmasından asılı olaraq tələb olunan sənədləri təqdim etməli, icazə alındıqdan sonra müqavilə bağlamalı və 2026-cı ilin 1 sentyabr tarixindən su obyektindən istifadə üçün ödəmələri həyata keçirməlidir.

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin alınması proseduru Azərbaycan Prezidentinin 2025-ci il 18 dekabr tarixli 554 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası” ilə müəyyən edilib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə fiziki və hüquqi şəxslər arasında su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair müqavilənin, həmçinin su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair icazənin forması ilə bağlı ətraflı məlumat əldə etmək üçün bu linklərə keçid etmək mümkündür: https://e-qanun.az/framework/61055,  https://e-qanun.az/framework/61660 


Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

7-08-2024, 10:05

Şirin su israfı ilə mübarizə: Yağış sularından necə faydalanmaq olar?

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

2-01-2025, 12:21

Azərbaycanda bir sıra kommunal xidmətlərin yeni qiymətləri müəyyənləşdirilib

Ölkə

12-05-2026, 11:36

ADSEA-nın rəqəmsal xidmətləri “mygov”a inteqrasiya edilir

Ölkə

2-01-2025, 13:04

Azərbaycanda ilk dəfə su-kanalizasiya sistemlərinə qoşulma üçün tariflər təsdiq edilib

Ölkə
Sonradan əldə edilən barışıq cəzaya necə təsir edir?
Sonradan əldə edilən barışıq cəzaya necə təsir edir?
Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq
Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq
Sabah 28° isti olacaq
Sabah 28° isti olacaq
Kamran Əliyevdən yeni - Təyinatlar
Kamran Əliyevdən yeni - Təyinatlar
Siyasət
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
Dünən, 16:30
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Dünən, 15:42
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Prezident onları təltif etdi - Siyahı
Dünən, 14:44
Prezident onları təltif etdi - Siyahı
Bakı Bəyannaməsi qəbul edildi
15-10-2026, 16:34
Bakı Bəyannaməsi qəbul edildi
Bakıda görüşdülər - Foto
15-10-2026, 15:20
Bakıda görüşdülər - Foto
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
15-10-2026, 14:57
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
Xəbər Lenti
  • Bu gün, 15:15
    Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi olduğunu təsdiqlədi
  • Bu gün, 15:00
    Qar yağacaq - Xəbərdarlıq
  • Bu gün, 14:53
    Azərbaycan klubu səfərə gedə bilmədi - Avrokubok matçı təxirə salındı
  • Bu gün, 14:35
    “Qalatasaray” istədi, UEFA rədd etdi
  • Bu gün, 14:17
    Qalkinin İstanbuldakı konsertinin ləğv edilməsini istəyirlər
  • Bu gün, 13:30
    Sonradan əldə edilən barışıq cəzaya necə təsir edir?
  • Bu gün, 13:23
    Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq
  • Bu gün, 13:01
    Sabah 28° isti olacaq
  • Bu gün, 12:40
    Kamran Əliyevdən yeni - Təyinatlar
  • Bu gün, 12:28
    “Sabah” azarkeşlər üçün pulsuz avtobuslar ayırdı
  • Bu gün, 11:35
    Zəngilanda 215 milyon kVts “yaşıl enerji” istehsal edilib - Fotolar
  • Bu gün, 10:57
    Qırmızı xətt gücləndirilmiş qrafikdə işləyəcək
  • Bu gün, 10:31
    Biləsuvarda ağır qəza - Bir ölü, bir yaralı
  • Bu gün, 10:15
    “Kupça”sız evə bu yolla sənəd almaq olar
  • Bu gün, 09:29
    İsrailə gizli səfər etdi
  • Bu gün, 09:17
    Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı
  • Bu gün, 08:52
    Azad Zəngilanın altıncı ili
  • Dünən, 17:50
    Türkiyədə radikallar yəhudi qadına hücum çəkdilər
  • Dünən, 17:28
    Mətbuat Şurasından Türkiyənin media qurumlarına - Çağırış
  • Dünən, 16:30
    Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
  • Dünən, 15:42
    “Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
  • Dünən, 15:23
    Xanım atletimiz Avropa birinciliyində 3 medal qazandı
  • Dünən, 15:07
    Etirazçılar Luvra girişi bağladı, turistlər etiraz etdi
  • Dünən, 14:44
    Prezident onları təltif etdi - Siyahı
  • Dünən, 14:07
    Bu marşrutun son dayanacağı müvəqqəti dəyişdirildi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə