• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Sosial müavinətlərin məbləği artırıldı

Siyasət

12-06-2025, 17:40
Sosial müavinətlərin məbləği artırıldı

Prezident İlham Əliyev sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Liderxeber.az xəbər verir ki, sərəncamla 2025-ci il iyulun 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilir:

1.1. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 (üç yüz) manat, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 (iki yüz əlli) manat, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 (yüz səksən) manat;

1.2. ailə başçısını itirməyə görə 140 (yüz qırx) manat;

1.3. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 (yüz qırx) manat;

1.7. övladlığa götürülən uşağa (18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar istisna olmaqla) görə 240 (iki yüz qırx) manat;

1.8. himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə: 0-6 yaş arası uşağa görə 500 (beş yüz) manat, 7-13 yaş arası uşağa görə 600 (altı yüz) manat, 14-18 yaş arası uşağa görə 650 (altı yüz əlli) manat;

1.9. uşağın anadan olmasına görə 600 (altı yüz) manat;

1.10. dəfn üçün 600 (altı yüz) manat.

2. 2025-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin aylıq məbləğləri aşağıdakı kimi müəyyən edilsin:

2.1. Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərə 2200 (iki min iki yüz) manat;

2.2. "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş hər bir şəxs üçün 2000 (iki min) manat;

2.3. şəhid ailəsi üçün 700 (yeddi yüz) manat;

2.4. 20 Yanvar şəhidinin ailəsi üçün 700 (yeddi yüz) manat;

2.5. Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə 700 (yeddi yüz) manat;

2.6. müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə:

2.6.1. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 600 (altı yüz) manat;

2.6.2. orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 500 (beş yüz) manat;

2.6.3. orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 400 (dörd yüz) manat;

2.7. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə 120 (yüz iyirmi) manat;

2.8. ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) 250 (iki yüz əlli) manat;

2.9. ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə 350 (üç yüz əlli) manat.

3. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2025-ci il iyulun 1-dən 1700 (min yeddi yüz) manat müəyyən edilsin.

4. Fəxri adlara görə aylıq təqaüdün məbləği 2025-ci il iyulun 1-dən xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 300 (üç yüz) manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 200 (iki yüz) manat müəyyən edilsin.

5. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 329 (Cild I) 2-ci hissəsində "1500 (min beş yüz)" sözləri "1700 (min yeddi yüz)" sözləri ilə əvəz edilsin.

6. "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 594 (Cild I) 1-ci hissəsində "1800 (min səkkiz yüz)" sözləri "2000 (iki min)" sözləri ilə əvəz edilsin.

7. "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli 350 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 5 (Cild I) 1-ci hissəsində "600 (altı yüz)" sözləri "700 (yeddi yüz)" sözləri ilə əvəz edilsin.

8. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1040 (Cild I) 1-ci hissəsində "600 (altı yüz)" sözləri "700 (yeddi yüz)" sözləri ilə əvəz edilsin.

9. "Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 795 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

9.1. 1.1-ci bənddə "500 (beş yüz)" sözləri "600 (altı yüz)" sözləri ilə əvəz edilsin;

9.2. 1.2-ci bənddə "400 (dörd yüz)" sözləri "500 (beş yüz)" sözləri ilə əvəz edilsin;

9.3. 1.3-cü bənddə "330 (üç yüz otuz)" sözləri "400 (dörd yüz)" sözləri ilə əvəz edilsin.

10. "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

10.1. 1.1.2-ci yarımbənd üzrə:

10.1.1. ikinci abzasda "270 (iki yüz yetmiş)" sözləri "300 (üç yüz)" sözləri ilə əvəz edilsin;

10.1.2. üçüncü abzasda "220 (iki yüz iyirmi)" sözləri "250 (iki yüz əlli)" sözləri ilə əvəz edilsin;

10.1.3. dördüncü abzasda "150 (yüz əlli)" sözləri "180 (yüz səksən)" sözləri ilə əvəz edilsin;

10.2. 1.1.3-cü yarımbənd üzrə:

10.2.1. ikinci abzasda "270 (iki yüz yetmiş)" sözləri "300 (üç yüz)" sözləri ilə əvəz edilsin;

10.2.2. üçüncü abzasda "220 (iki yüz iyirmi)" sözləri "250 (iki yüz əlli)" sözləri ilə əvəz edilsin;

10.2.3. dördüncü abzasda "150 (yüz əlli)" sözləri "180 (yüz səksən)" sözləri ilə əvəz edilsin;

10.3. 1.1.4-cü yarımbənd üzrə:

10.3.1. ikinci abzasda "270 (iki yüz yetmiş)" sözləri "300 (üç yüz)" sözləri ilə əvəz edilsin;

10.3.2. üçüncü abzasda "220 (iki yüz iyirmi)" sözləri "250 (iki yüz əlli)" sözləri ilə əvəz edilsin;

10.3.3. dördüncü abzasda "150 (yüz əlli)" sözləri "180 (yüz səksən)" sözləri ilə əvəz edilsin;

10.4. 1.1.6-cı yarımbənddə "120 (yüz iyirmi)" sözləri "140 (yüz qırx)" sözləri ilə əvəz edilsin;

10.5. 1.1.8-ci və 1.1.9-cu yarımbəndlərdə "120" rəqəmləri "140 (yüz qırx)" sözləri ilə əvəz edilsin;

10.6. 1.1.10-cu yarımbənddə "100 (bir yüz)" sözləri "140 (yüz qırx)" sözləri ilə əvəz edilsin;

10.7. 1.1.12-ci yarımbəndin 1-ci abzasında "200" rəqəmləri "240 (iki yüz qırx)" sözləri ilə əvəz edilsin;

10.8. 1.1.13-cü yarımbəndin 2-ci abzasında "395" rəqəmləri "500 (beş yüz)" sözləri ilə, "415" rəqəmləri "600 (altı yüz)" sözləri ilə, "435" rəqəmləri "650 (altı yüz əlli)" sözləri ilə əvəz edilsin;

10.9. 1.2.2-ci və 1.2.3-cü yarımbəndlərdə "500 (beş yüz)" sözləri "600 (altı yüz)" sözləri ilə əvəz edilsin.

11. "Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1539 (Cild I) 1-ci hissəsində "105 (yüz beş)" sözləri "140 (yüz qırx)" sözləri ilə əvəz edilsin.

12. "Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 3, maddə 249 (Cild I) 1-ci hissəsində "200 (iki yüz)" sözləri "250 (iki yüz əlli)" sözləri ilə əvəz edilsin.

13. "Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 244 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 962 (Cild I) 1-ci hissəsində "600 (altı yüz)" sözləri "700 (yeddi yüz)" sözləri ilə əvəz edilsin.

14. "Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 643 (Cild I) 1-ci hissəsində "100 (bir yüz)" sözləri "120 (yüz iyirmi)" sözləri ilə əvəz edilsin.

15. "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1226 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (I kitab), maddə 1488 (Cild I) 1-ci hissəsində "2000 (iki min)" sözləri "2200 (iki min iki yüz)" sözləri ilə əvəz edilsin.

16. "Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1232 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (I kitab), maddə 1494 (Cild I) 1-ci hissəsində "300 (üç yüz)" sözləri "350 (üç yüz əlli)" sözləri ilə əvəz edilsin.

17. "Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 609 (Cild I) 1-ci hissəsinin birinci abzasında "200 (iki yüz)" sözləri "300 (üç yüz)" sözləri ilə, "150 (yüz əlli)" sözləri "200 (iki yüz)" sözləri ilə əvəz edilsin.

Fərmandan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Cəmiyyət

12-07-2024, 12:00

Dövlət uşaq müəssisələrində əlilliyi olan 22 uşaq övladlığa verilə bilər

Ölkə

13-03-2024, 16:42

Yeni qanun qadınların 5 il erkən pensiya hüququ ilə bağlı sui-istifadə hallarının qarşısını alacaq

Cəmiyyət

12-03-2025, 13:20

Terrorla əlaqədar əlilliyə görə müavinət təyin ediləcək - FƏRMAN

Ölkə

13-06-2025, 14:01

Hərbi xidmətlə bağlı bəzi qanun və fərmanlarda dəyişiklik edilir

Ölkə
Əhalinin son sayı - Açıqlandı
Əhalinin son sayı - Açıqlandı
Vüqar Qurbanovdan sonra müşaviri də TƏBİB-dən getdi
Vüqar Qurbanovdan sonra müşaviri də TƏBİB-dən getdi
TƏBİB bayramda gücləndirilmiş rejimdə işləyəcək
TƏBİB bayramda gücləndirilmiş rejimdə işləyəcək
“Qayınanam 8 aylıq qızımı təhqir etdi, bıçaqlamağa məcbur qaldım”
“Qayınanam 8 aylıq qızımı təhqir etdi, bıçaqlamağa məcbur qaldım”
Siyasət
“Azərbaycan benzininin keyfiyyəti yüksəkdir” - Erməni nazir
Bu gün, 15:23
“Azərbaycan benzininin keyfiyyəti yüksəkdir” - Erməni nazir
"Haber Global" Azərbaycanın İrana göndərdiyi humanitar yardımla bağlı süjet hazırlayıb
Bu gün, 14:40
"Haber Global" Azərbaycanın İrana göndərdiyi humanitar yardımla bağlı süjet hazırlayıb
“Bu ağır itkinin kədərini bölüşür, hüznlə başsağlığı verirəm”
Bu gün, 10:26
“Bu ağır itkinin kədərini bölüşür, hüznlə başsağlığı verirəm”
Karantin rejiminin müddəti yenə uzadıldı
16-03-2026, 13:11
Karantin rejiminin müddəti yenə uzadıldı
Prezident bir sıra hərbçiləri təltif etdi - Siyahı
16-03-2026, 11:00
Prezident bir sıra hərbçiləri təltif etdi - Siyahı
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının tam mətni
12-03-2026, 15:25
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının tam mətni
Xəbər Lenti
  • Bu gün, 18:07
    “Onlar Hörmüzün açılmasına kömək etməlidirlər”
  • Bu gün, 16:49
    Əhalinin son sayı - Açıqlandı
  • Bu gün, 16:21
    Vüqar Qurbanovdan sonra müşaviri də TƏBİB-dən getdi
  • Bu gün, 15:23
    “Azərbaycan benzininin keyfiyyəti yüksəkdir” - Erməni nazir
  • Bu gün, 14:40
    "Haber Global" Azərbaycanın İrana göndərdiyi humanitar yardımla bağlı süjet hazırlayıb
  • Bu gün, 14:38
    TƏBİB bayramda gücləndirilmiş rejimdə işləyəcək
  • Bu gün, 14:12
    Laricaninin öldürülməsini terror aktı adlandırdılar
  • Bu gün, 13:35
    “Qayınanam 8 aylıq qızımı təhqir etdi, bıçaqlamağa məcbur qaldım”
  • Bu gün, 13:32
    Bəzi şəxslər ali məktəblərə imtahansız qəbul ediləcəklər
  • Bu gün, 12:13
    20° isti... - Sabahın havası
  • Bu gün, 11:42
    “ASAN xidmət” BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində qabaqcıl təcrübə kimi qiymətləndirilib
  • Bu gün, 11:15
    Bayram günlərində metro bu qrafiklə işləyəcək
  • Bu gün, 10:26
    “Bu ağır itkinin kədərini bölüşür, hüznlə başsağlığı verirəm”
  • Bu gün, 09:26
    Çempionlar Liqasında həlledici gecə: "Liverpul" və "Qalatasaray" üz-üzə gəlirlər
  • Dünən, 17:47
    “Sabah”la “Qarabağ” arasındakı ikinci matçın vaxtı bəlli oldu
  • Dünən, 17:02
    Cəlilabadda ağır avtoqəza - Ölən və yaralılar var
  • Dünən, 16:47
    İran İsrailə və ABŞ-nin bazalarına zərbələr endirdi
  • Dünən, 16:15
    “Netanyahu yüksəkvəzifəli İran rəsmilərinin öldürülməsi əmrini verir” - Foto
  • Dünən, 15:07
    Laricaninin ölüm xəbərindən sonra məktubu paylaşıldı - Foto
  • Dünən, 13:12
    Sabah 17° isti olacaq
  • Dünən, 12:45
    Messi "Barselona"ya qayıdır? – Klub prezidentindən açıqlama
  • Dünən, 12:40
    Bakıda yaşayış binasında yanğın: Sakinlər təxliyə ediliblər -
  • Dünən, 11:07
    Mental sağlamlıq üçün "qara siyahı": Hansı üç qidadan uzaq durmalıyıq?
  • Dünən, 10:35
    UEFA Çempionlar Liqası: "Çelsi" PSJ-yə, "Mançester Siti" "Real Madrid"ə qarşı
  • Dünən, 10:24
    Novruz bayramında necə qidalanaq?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə