• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“Bir”dən təqaüdçülər üçün “Hər yaşa dost” təşəbbüsü

İqtisadiyyat

13-08-2026, 09:50
“Bir”dən təqaüdçülər üçün “Hər yaşa dost” təşəbbüsü

İnklüziv rəqəmsal mühitin yaradılmasına önəm verən “Bir” ekosistemi, Ümumdünya Səhiyyə Təşkilatının (WHO) "Hər yaşa dost" (Age-friendly) konsepsiyası çərçivəsində 60 yaşdan yuxarı şəxslər üçün istifadəçi təcrübəsi və maarifləndirmə sessiyası təşkil edib.

Təşəbbüsə “Üçüncü Bahar” İctimai Birliyinin “YAŞA Mərkəzi”ndən 40-a yaxın təqaüdçü qatılıb. Onlar “Bir”in rəqəmsal xidmətləri ilə tanış olaraq bir çox funksionallığı sınaqdan keçirib təəssüratlarını və təkliflərini bölüşüblər. İştirakçıların rəyləri xidmətlərin daha rahat və anlaşıqlı olması, funksiyaların isə yuxarı yaş qrupuna aid istifadəçilərin ehtiyaclarına daha uyğun təqdim edilməsi baxımından faydalı olub.

Sessiyada səsləndirilən fikir və təkliflər “Bir”in məhsul və xidmətlərinin daha da təkmilləşdirilməsində nəzərə alınacaq. Şirkət gələcəkdə də müxtəlif yaş qruplarından olan istifadəçilərlə belə görüşlər keçirməyi planlaşdırır.

Görüş çərçivəsində iştirakçıların rəqəmsal savadlılığının artırılması məqsədilə “Bank xidmətlərində təhlükəsizlik və istifadə təcrübəsi” mövzusunda xüsusi təlim də təşkil olunub. Təqaüdçülərə kiberdələduzluq riskləri və rəqəmsal bank xidmətlərindən təhlükəsiz istifadə qaydaları barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının “Age-friendly” konsepsiyası insanların həyat boyu qabiliyyətlərini qorumasına və inkişaf etdirməsinə dəstək olmağı hədəfləyir. Bu yanaşmanın əsas məqsədi, yaşından asılı olmayaraq hər kəs üçün xidmətlərin, məhsulların və texnologiyaların əlçatan, rahat və istifadəsinin asan olmasını təmin etməkdir. Bu prinsiplər əsasında hazırlanan həllər yaşlı nəslin rəqəmsal xidmətlərdən daha inamla və rahat şəkildə faydalanmasına imkan yaradır.

Qeyd edək ki, “Bir” ekosistemi 2017-ci ildən etibarən “YAŞA Mərkəzləri”nə dəstək göstərərək təqaüdçülərin sağlam və aktiv həyat tərzini davam etdirmələri, eləcə də cəmiyyət həyatında fəal iştirak etmələri üçün müxtəlif təşəbbüslər həyata keçirir.

“Bir” Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – “Birbank” rəqəmsal mobil bankçılıq tətbiqi, “Birmarket” e-ticarət platforması, “Milliön” ödəniş terminalları və “m10” rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də “Trendyol Azərbaycan” və “BakıKart” ilə qurulmuş strateji tərəfdaşlıqlar sayəsində “Bir” Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Daha ətraflı: bir.az

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

18-04-2024, 14:35

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib

İqtisadiyyat

9-01-2025, 15:53

Azərbaycanda məhsul və xidmətin qiymətini hansı qurum tənzimləyir?

İqtisadiyyat

21-06-2024, 14:49

Yeni "Redmi 13" Azərbaycanda satışda

Ölkə

14-01-2026, 16:07

“Bu il 4 bakalavr tələbəmiz TAU-da işlə təmin olunub”

Ölkə
Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
Hava dəyişəcək - Xəbərdarlıq
Hava dəyişəcək - Xəbərdarlıq
Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
Sabahın havası
Sabahın havası
Siyasət
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Bu gün, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bu gün, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Bu gün, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Dünən, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Dünən, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
23-10-2026, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
Xəbər Lenti
  • Dünən, 20:54
    Vyanada Azərbaycan səssiz filmləri nümayiş olunub - FOTO
  • Dünən, 16:48
    Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
  • Dünən, 16:39
    Hava dəyişəcək - Xəbərdarlıq
  • Dünən, 15:00
    Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
  • Dünən, 14:42
    Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
  • Dünən, 14:30
    Avropa liderləri Putinlə danışdı
  • Dünən, 13:26
    Penitensiar xidmətə yeni rəis təyin edildi
  • Dünən, 13:23
    Sabahın havası
  • Dünən, 12:20
    Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
  • Dünən, 11:52
    Qiymətli kağızlara bu halda bütövlükdə həbs qoyulacaq
  • Dünən, 11:40
    Uçuş heyətinin iş və istirahət vaxtına - Dəyişiklik olunur
  • Dünən, 11:18
    Daha bir güləşçimiz dünya çempionu ola bilər
  • Dünən, 11:05
    “Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu
  • Dünən, 10:12
    Dünyanın ən böyük elektrik gəmisi xidmətə başladı - Fotolar
  • Dünən, 10:03
    Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
  • Dünən, 09:59
    İsraildə parlament seçkiləri başladı
  • Dünən, 09:40
    Qızıldan yol salırlar - Dünyada ilk
  • Dünən, 09:13
    Qətlə yetirilən “Ceyhun Sabunçu”nun əsl adı Cəlal imiş - Rəsmi
  • Dünən, 09:06
    Xərçəng peyvəndi ölüm riskini yarıyadək azaldıb
  • Dünən, 09:00
    “ABŞ danışıqlara ciddi yanaşırsa, 7 şərti qəbul etməlidir”
  • Dünən, 17:18
    Ukrayna sülh üçün hansı güzəştlərə getməlidir?
  • Dünən, 16:48
    Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü
  • Dünən, 16:20
    Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi
  • Dünən, 15:46
    İslam Əməkdaşlıq Təşkilatının baş katibi “ASAN xidmət”də
  • Dünən, 15:09
    Alp dağlarında 250 min tonluq buz kütləsi kəndə doğru irəliləyir: Əhali təhlükədə
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə