• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Qiymətli kağızlara bu halda bütövlükdə həbs qoyulacaq

İqtisadiyyat

Bu gün, 11:52
Qiymətli kağızlara bu halda bütövlükdə həbs qoyulacaq

Tələbin borclunun özündə aşkar edilən sənədli qiymətli kağıza yönəldilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilir.

Liderxeber.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “İcra haqqında” Qanuna dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, icra məmuru borclunun özündə aşkar edilən sənədli qiymətli kağızı dərhal götürərək həmin qiymətli kağızın götürüldüyü gündən gec olmayaraq üzərinə həbs qoyulması barədə qərar qəbul edəcək və bu qərarın surətini mərkəzi depozitara, qiymətli kağızın emitentinə və qiymətli kağızı verən şəxsə göndərəcək.

İcra məmuru borclunun adına qeydə alınmış sənədsiz qiymətli kağızın, habelə mərkəzi depozitarda saxlanılan sənədli qiymətli kağızın olması barədə mərkəzi depozitardan rəsmi məlumat aldıqda həmin məlumatın alındığı gündən gec olmayaraq onun üzərinə həbs qoyulması barədə qərar qəbul edəcək və bu qərarın surətini mərkəzi depozitara, qiymətli kağızın emitentinə və qiymətli kağızı verən şəxsə göndərəcək.

Borclunun mülkiyyətində olan qiymətli kağızın üzərinə həbs qoyulması, həmin qiymətli kağıza sərəncam hüququnu və həmin qiymətli kağız üzrə ödənişlərin qəbulunu icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə məhdudlaşdıracaq.

Yönəldilən tələb miqdarında və həcmində bölgüsü mümkün olmayan qiymətli kağızlar üzrə sərəncam hüququna, tələbin miqdarı və həcmindən asılı olmayaraq bütövlükdə həbs qoyulacaq.

Borclunun qiymətli kağızlarına dair məlumatların sorğulanması, üzərinə həbs qoyulması və tələbin həmin qiymətli kağızlara yönəldilməsi ilə bağlı tədbirlər "Elektron icra" informasiya sistemi vasitəsilə təşkil ediləcək.

Qiymətli kağıza tələb yönəldilərkən qiymətli kağız əvvəlki ticarət gününün sonuna olan qiymətdən aşağı olmayan qiymətə, belə qiymət mövcud olmadıqda isə nominal dəyəri ilə tələbkara təklif olunacaq. Tələbkar həmin təklifin qəbulu ilə bağlı iradə ifadəsini 7 iş günü müddətində bildirməli və bu hal tələbkar və icra məmuru tərəfindən imzalanan protokolla rəsmiləşdirilməlidir.

Qiymətli kağızın tələbkarın mülkiyyətinə keçirilməsi ilə əlaqədar icra məmuru 1 iş günü müddətində müvafiq olaraq mərkəzi depozitara, ödəyiciyə və ya investisiya şirkətinə müraciət edəcək. Tələbkarın depo hesabı olmadığı halda tələbkar sənədsiz qiymətli kağıza, habelə mərkəzi depozitarda saxlanılan sənədli qiymətli kağıza tələbin yönəldilməsinə qədər depo hesabı açılması üçün mərkəzi depozitarın üzvünə (investisiya şirkətlərinə və investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklara) müraciət etməlidir.

Əvvəlki ticarət gününün sonuna olan qiymətdən aşağı olmayan qiymət, belə qiymət mövcud olmadıqda isə nominal dəyər tələbkarın tələbindən artıq olduqda tələbkar aradakı fərqi ödəyəcək və həmin artıq olan vəsait borcludan tutulmuş pul məbləğinin bölüşdürülməsi qaydasına uyğun olaraq bölüşdürüləcək və bütün tələblər təmin olunduqdan sonra qalan pul məbləği borcluya qaytarılacaq.

Qiymətli kağızın verilməsi (depo hesabına köçürülməsi) təklifi tələbkar tərəfindən qəbul edilmədikdə qiymətli kağıza tələbin yönəldilməsi qiymətli kağızın tənzimlənən bazarda satılması yolu ilə həyata keçiriləcək. Qiymətli kağızların tənzimlənən bazarda satışı Mülki Məcəllə və "Qiymətli kağızlar bazarı haqqında" Qanuna uyğun həyata keçiriləcək. Bu halda icra məmuru sifarişçi qismində çıxış edərək Azərbaycan Respublikasında fəaliyyət göstərən investisiya şirkətinə qiymətli kağızların tənzimlənən bazarda satışını həvalə edəcək. Qiymətli kağızların tənzimlənən bazarda satışı zamanı qiymətli kağız satışdan əvvəlki ticarət gününün sonuna olan qiymətdən aşağı olmayan qiymətə, belə qiymət mövcud olmadıqda isə nominal dəyəri ilə təklif olunacaq.

Qiymətli kağızın satışından daxil olan vəsait icra xidmətinin depozit hesabına köçürüləcək.

Qiymətli kağız tənzimlənən bazarda iki ay müddətində satışdan əvvəlki ticarət gününün sonuna olan qiymətdən aşağı olmayan qiymətə, belə qiymət mövcud olmadıqda isə nominal dəyəri ilə satılmadıqda bu barədə icra məmuruna məlumat veriləcək və həmin qiymətli kağız yenidən tələbkara nominal dəyəri ilə təklif olunacaq. Həmin təklif tələbkar tərəfindən qəbul edilmədikdə sənədli qiymətli kağız 3 iş günü müddətində borcluya qaytarılacaq, sənədsiz qiymətli kağızın borclunun depo hesabına qaytarılması üçün 1 iş günü müddətində mərkəzi depozitara bildiriş göndəriləcək.

Ödəniş vaxtı çatmış və üzərinə həbs qoyulmuş qiymətli kağızlar üzrə borcluya ödənilməsi nəzərdə tutulan vəsait icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə ödəyici tərəfindən icra xidmətinin depozit hesabına ödəniləcək.
Bu tələblər daşınmaz əmlak üzərində ipoteka hüququnu təmin edən ipoteka kağızına şamil olunmayacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

13-12-2024, 13:30

Azərbaycanın əmlak bazarında yeni mərhələ: Sənədsiz evlərin qiyməti niyə düşür?

Siyasət

30-09-2026, 12:30

Həmin qanun layihəsi müzakirəyə çıxarıldı

Siyasət

30-06-2026, 12:07

Əmlakı üzərinə həbs qoyulan şəxslərlə bağlı - Dəyişiklik

Ölkə

2-06-2026, 11:58

Əmlaklarına həbs qoyulanların nəzərinə! - Qanun dəyişir

Ölkə
Uçuş heyətinin iş və istirahət vaxtına - Dəyişiklik olunur
Uçuş heyətinin iş və istirahət vaxtına - Dəyişiklik olunur
“Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu
“Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
Qətlə yetirilən “Ceyhun Sabunçu”nun əsl adı Cəlal imiş - Rəsmi
Qətlə yetirilən “Ceyhun Sabunçu”nun əsl adı Cəlal imiş - Rəsmi
Siyasət
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Dünən, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Dünən, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
23-10-2026, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
23-10-2026, 15:31
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
22-10-2026, 15:26
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
22-10-2026, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Xəbər Lenti
  • Bu gün, 11:52
    Qiymətli kağızlara bu halda bütövlükdə həbs qoyulacaq
  • Bu gün, 11:40
    Uçuş heyətinin iş və istirahət vaxtına - Dəyişiklik olunur
  • Bu gün, 11:18
    Daha bir güləşçimiz dünya çempionu ola bilər
  • Bu gün, 11:05
    “Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu
  • Bu gün, 10:12
    Dünyanın ən böyük elektrik gəmisi xidmətə başladı - Fotolar
  • Bu gün, 10:03
    Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
  • Bu gün, 09:59
    İsraildə parlament seçkiləri başladı
  • Bu gün, 09:40
    Qızıldan yol salırlar - Dünyada ilk
  • Bu gün, 09:13
    Qətlə yetirilən “Ceyhun Sabunçu”nun əsl adı Cəlal imiş - Rəsmi
  • Bu gün, 09:06
    Xərçəng peyvəndi ölüm riskini yarıyadək azaldıb
  • Bu gün, 09:00
    “ABŞ danışıqlara ciddi yanaşırsa, 7 şərti qəbul etməlidir”
  • Dünən, 17:18
    Ukrayna sülh üçün hansı güzəştlərə getməlidir?
  • Dünən, 16:48
    Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü
  • Dünən, 16:20
    Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi
  • Dünən, 15:46
    İslam Əməkdaşlıq Təşkilatının baş katibi “ASAN xidmət”də
  • Dünən, 15:09
    Alp dağlarında 250 min tonluq buz kütləsi kəndə doğru irəliləyir: Əhali təhlükədə
  • Dünən, 14:36
    Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
  • Dünən, 14:02
    Mayk Tayson Türkiyə serialında rol alacaq
  • Dünən, 14:00
    BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
  • Dünən, 12:55
    Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış və beş medal!- FOTO
  • Dünən, 12:18
    Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
  • Dünən, 11:41
    Netanyahunun İranla bağlı əmrini icra etmək istəməyib - KİV
  • Dünən, 10:45
    Donald Tramp ona Nobel Sülh Mükafatı verilmədiyi üçün Norveçi təhqir edib
  • Dünən, 10:13
    Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır
  • Dünən, 09:56
    Bu küçədə hərəkət məhdudlaşdırılır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə