• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Azərbaycanda məhsul və xidmətin qiymətini hansı qurum tənzimləyir?

İqtisadiyyat

9-01-2025, 15:53
Azərbaycanda məhsul və xidmətin qiymətini hansı qurum tənzimləyir?

Azərbaycanda dövlətin qiymət tənzimlənməsi siyasəti vətəndaşların maliyyə sabitliyini qorumaq və sosial rifahını yaxşılaşdırmaq məqsədini daşıyır.

Bu siyasət çərçivəsində həyata keçirilən tədbirlər bir sıra məhsul və xidmətlərin qiymətlərinin müəyyən edilməsində mühüm rol oynayır. İstehsalçı və istehlakçının maraqlarını balanslaşdırmağa yönələn bu yanaşma, strateji məhsul və xidmətlər üçün xüsusi əhəmiyyət kəsb etməklə, dövlət nəzarəti altında müvafiq qurumlar tərəfindən idarə olunur. Azərbaycanın qiymət tənzimlənməsi siyasəti digər ölkələrin təcrübəsindən də bəhrələnərək iqtisadi sabitlik və sosial bərabərliyin təmin edilməsinə xidmət edir.

Liderxeber.az Azərbaycanda qiymət tənzimlənməsi siyasətinin əsas prinsipləri və bu prosesin həyata keçirilməsində qurumların rolu barədə araşdırma aparıb.

Qiymətlərin dövlət tərəfindən tənzimlənməsi cəmiyyət üçün strateji əhəmiyyət daşıyır və dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir. Dünyanın bir çox ölkəsində bəzi məhsul və xidmətlərin qiymətlərini tənzimləmək məqsədilə xüsusi qurumlar fəaliyyət göstərir. Eyni zamanda, bu sahədə dövlət strategiyaları beynəlxalq təcrübəyə əsaslanaraq təkmilləşdirilir. Azərbaycanda hazırda 50-dən çox məhsul və xidmətin qiyməti dövlət tərəfindən tənzimlənir. Bu siyasətin məqsədləri arasında istehlakçıların xərclərinin optimallaşdırılması, bazarda rəqabət mühitinin qorunması və strateji məhsullara əlçatanlığın təmin edilməsi mühüm yer tutur. Buna görə də qiymət tənzimlənməsi ilə bağlı ictimai məlumatlılığın artırılması vacib məsələlərdən biridir.

Hazırda Azərbaycanda müxtəlif sahələrdə dövlət tərəfindən qiymət tənzimlənməsini 3 qurum yerinə yetirir:

  • Nazirlər Kabineti
  • Tarif (qiymət) Şurası
  • Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Nazirlər Kabineti tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlər, avtomobil parklanmasına görə ödəniş, icbari tibbi sığorta tarifləri, baytarlıq və fitosanitar xidmətlər, dövlət mənzil fondundan istifadə haqqı və digər məsələlərlə bağlı tənzimləmə aparır.

Tarif Şurası “Aİ-92” benzini, dizel, elektrik enerjisi, təbii qaz, su və istilik təchizatı, tələbə qəbulu və dövlət qulluğu üzrə imtahanlar kimi məsələlərlə bağlı qiymətləri tənzimləyir, dövlət qeydiyyatına alınmış dərmanların yalnız qiymətinin yuxarı həddini müəyyən edir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi metroda, avtobusda gediş qiymətlərini, telefon rabitəsi, dəmir yolu və dənizlə tranzit yükdaşımalar, hava nəqliyyatı ilə ölkə ərazisində yük, sərnişin daşıma və s. xidmətlərin qiymətini tənzimləyir. Ölkə Prezidentinin Fərmanına əsasən, 2023-cü ilin sentyabrın 2-dən nəqliyyat və rabitə sahəsi ilə bağlı qiymət tənzimləmələri Tarif Şurasından alınaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ötürülüb.

“Aİ-95”, maye qaz, sıxılmış qaz (CNG), koks, istilik enerjisi və istilik təchizatı üzrə qeyri-əhali qrupu üzrə qiymətlər isə sərbəst şəkildə, tələb-təklif əsasında tənzimlənir.

Yuxarıda qeyd olunan üç qurumun tənzimlədiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumat aşağıdakı cədvəldə verilib:

№

Qiymətləri tənzimlənən mal və xidmətlərin siyahısı

Tənzimləyici qurum

1.

Dövlət mənzil fondundan istifadə ilə (kirayə, saxlanılma və s.) əlaqədar haqlar

Nazirlər Kabineti

2.

Dövlət mənzil fonduna aid yaşayış evlərində liftdən istifadə və məhəllədaxili fərdi qarajdan və qeyri-yaşayış sahələrindən istifadə haqqı

Nazirlər Kabineti

3.

Su və meşə heyvanlarının ovlanması icazəsi

Nazirlər Kabineti

4.

Ödənişli əsaslarla kadr hazırlığı

Nazirlər Kabineti

5.

Bankların və digər kredit təşkilatlarının DGK-nın reyestrinə salınması

Nazirlər Kabineti

6.

Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların Azərbaycanın Əqli Mülkiyyət Agentliyinə ödədiyi illik haqq

Nazirlər Kabineti

7.

Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə görə haqq

Nazirlər Kabineti

8.

Nəzarət markasının alınmasına görə haqq

Nazirlər Kabineti

9.

Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycanın hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə görə haqq

Nazirlər Kabineti

10.

Dövlət ilkin kəmiyyət vahidləri etalonlarından kəmiyyət vahidlərinin ötürülməsinə, uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası

Nazirlər Kabineti

11.

Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizası

Nazirlər Kabineti

12.

Fitosanitar tədbirləri və xidmətləri

Nazirlər Kabineti

13.

Baytarlıq xidməti və nəzarəti tədbirləri

Nazirlər Kabineti

14.

Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlər

Nazirlər Kabineti

15.

Nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş

Nazirlər Kabineti

16.

İcbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin tarifləri

Nazirlər Kabineti

17.

Dövlət yollarının salınması və saxlanılması xidmətləri

Nazirlər Kabineti

18.

Dövlətə məxsus laboratoriya xidmətləri (xidmətlər Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aparılır)

Nazirlər Kabineti

19.

Təbii sərvətlər (hidrometeorologiya və meşə təsərrüfatı sahələrindən başqa) sahəsində əsas xidmətlər (geoloji və ekoloji ekspertizanın aparılması, sənədlərin və informasiyaların verilməsi)

Nazirlər Kabineti

20.

Meşə təsərrüfatı sahəsində əsas xidmətlər (meşə sahələrinin icarə qiyməti, əsas meşə və kol cinslərinin köküstü buraxılış nırxları)

Nazirlər Kabineti

21.

Hidrometeorologiya xidmətləri

Nazirlər Kabineti

22.

Elektrik enerjisi

Tarif (qiymət) Şurası

23.

Su təchizatı və tullantı suların axıdılması

Tarif (qiymət) Şurası

24.

Təbii qazın boru kəmərləri ilə nəqli, topdan və pərakəndə satışı

Tarif (qiymət) Şurası

25.

“Azəristiliktəchizat” ASC tərəfindən əhaliyə göstərilən istilik təchizatı xidməti

Tarif (qiymət) Şurası

26.

Meliorasiya və su təsərrüfatı sahəsində əsas xidmətlər

Tarif (qiymət) Şurası

27.

Məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi

Tarif (qiymət) Şurası

28.

Tikinti obyektlərinin elektrik, qaz və su xətlərinə qoşulma xidmətləri

Tarif (qiymət) Şurası

29.

Xam neft, “Aİ-92” markalı benzin, dizel yanacağı

Tarif (qiymət) Şurası

30.

Mərkəzləşdirilmiş qaydada tələbə qəbulu ilə bağlı imtahanların keçirilməsi

Tarif (qiymət) Şurası

31.

Dövlət qulluğu üzrə test imtahanlarında və müsahibədə iştirak etmək

Tarif (qiymət) Şurası

32.

Xüsusi rabitə xidmətləri

Tarif (qiymət) Şurası

33.

DYPİ-nin təxliyə, duracaq və müşayiət xidmətləri

Tarif (qiymət) Şurası

34.

Ödənişli avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği

Tarif (qiymət) Şurası

35.

Daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı xidmətlər

Tarif (qiymət) Şurası

36.

Geodeziya və kartoqrafiya materiallarından və məlumatlarından istifadəyə görə ödəmə dərəcələri

Tarif (qiymət) Şurası

37.

Dərman vasitələrinin ekspertiza xidmətləri, dövlət qeydiyyatına alınmış dərman vasitələri

Tarif (qiymət) Şurası

38.

Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza

Tarif (qiymət) Şurası

39.

Tibbi müayinə kartı

Tarif (qiymət) Şurası

40.

Dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti xidmətləri

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

41.

Metro nəqliyyatında sərnişin daşıma fəaliyyəti

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

42.

Şəhərdaxili ümumi istifadədə olan nəqliyyatla sərnişin daşıma

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

43.

Şəhərlərarası ümumi istifadədə olan nəqliyyatla sərnişin daşıma

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

44.

Radiotezliklərdən istifadə, yüksəktezlikli qurğuların istismarı və nəzarəti

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

45.

Qəbuledici - verici radio və televiziya stansiyalarının xidmətləri

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

46.

Ümumi istifadədə olan elektrik, poçt və teleqraf rabitəsi xidmətləri

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

47.

Beynəlxalq, şəhərlərarası, şəhərdaxili və rayon telefon rabitəsi və s. xidmətləri

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

48.

Su limanı sahəsində xidmətlər (liman qurğularının istismarı və yükaşırma)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

49.

Xəzər dənizində dövlətə məxsus gəmi ilə respublika ərazisində yük və sərnişindaşıma*

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

50.

Dəmir yolu və dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması, tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminalları tərəfindən yükaşırma və dəniz limanında göstərilən digər xidmətlər, həmçinin bu xidmətlər üzrə nəqliyyat-ekspedisiya xidmətləri

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

51.

Aeroport xidmətləri, aeroportların uçuş zolaqları və qurğuların istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya xidmətləri, aviasiya təhlükəsizliyinin təmin edilməsi xidmətləri, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə hava gəmilərinə göstərilən texniki xidmətlər, respublika ərazisində yük və sərnişin daşıma xidmətləri

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

30-06-2024, 23:43

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Dünya

3-07-2024, 18:05

Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub

Ölkə

2-01-2025, 14:04

Azərbaycanın İKT sektoru: Rəqəmsal iqtisadiyyat dayanıqlı inkişafın yeni drayveri

Siyasət

13-10-2023, 10:02

“İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun növbəti iclası keçirilib

Ölkə
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olacaq
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olacaq
Heyvan bazarları mərhələli şəkildə müvəqqəti bağlanır: Proses başladı
Heyvan bazarları mərhələli şəkildə müvəqqəti bağlanır: Proses başladı
Həbsxanaya düşmək üçün soyğunçuluq etdi: Bakıda qəribə cinayət
Həbsxanaya düşmək üçün soyğunçuluq etdi: Bakıda qəribə cinayət
Azərbaycanın əsas rəqəmsal mükafatı "NETTY 2025" üçün müraciətlərin qəbulu davam edir
Azərbaycanın əsas rəqəmsal mükafatı "NETTY 2025" üçün müraciətlərin qəbulu davam edir
Siyasət
General-mayor İlqar Abbasov vəzifəsindən azad edildi - SƏRƏNCAM
Dünən, 17:27
General-mayor İlqar Abbasov vəzifəsindən azad edildi - SƏRƏNCAM
Prezidentlər təkbətək görüşdü - Fotolar
21-10-2025, 12:00
Prezidentlər təkbətək görüşdü - Fotolar
Astanada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir
21-10-2025, 10:08
Astanada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir
“Astanada ikinci iclas keçiriləcək”
18-10-2025, 12:02
“Astanada ikinci iclas keçiriləcək”
Prezident yeni səfiri qəbul etdi - Fotolar
16-10-2025, 13:21
Prezident yeni səfiri qəbul etdi - Fotolar
İran gəmiləri Azərbaycana gəldi - Fotolar
15-10-2025, 18:05
İran gəmiləri Azərbaycana gəldi - Fotolar
Xəbər Lenti
  • Dünən, 13:33
    Alimlər əhvali-ruhiyyəni yaxşılaşdırmağın sadə yolunu tapıblar
  • Dünən, 12:02
    Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olacaq
  • Dünən, 11:57
    Madurodan bəyanat: Venesuelanı ABŞ-dən qorumaq üçün beynəlxalq briqadalar yaradılacaq
  • Dünən, 10:31
    Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar
  • Dünən, 09:49
    Heyvan bazarları mərhələli şəkildə müvəqqəti bağlanır: Proses başladı
  • Dünən, 09:28
    Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq
  • Dünən, 17:27
    General-mayor İlqar Abbasov vəzifəsindən azad edildi - SƏRƏNCAM
  • Dünən, 17:00
    Premyer Liqa: "Turan Tovuz" səfərdə "Karvan-Yevlax"ı məğlub edib
  • Dünən, 16:47
    Həbsxanaya düşmək üçün soyğunçuluq etdi: Bakıda qəribə cinayət
  • Dünən, 15:54
    Bodrumda qayığın batması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb
  • 24-10-2025, 15:10
    Azərbaycanın əsas rəqəmsal mükafatı "NETTY 2025" üçün müraciətlərin qəbulu davam edir
  • 24-10-2025, 14:08
    Zaqatalada oğlu döyülən atanın ürəyi partladı
  • 24-10-2025, 14:00
    Hansı halda əməyin mühafizəsi xidmətləri yaradılmalıdır?
  • 24-10-2025, 13:32
    Gələn il 17 mindən çox işaxtaranın peşə hazırlığına cəlbi planlaşdırılır
  • 24-10-2025, 13:26
    Bu müəllimlərə maaşdan əlavə 2 min manat veriləcək
  • 24-10-2025, 13:21
    İlham Əliyev dövlət agentliyinə iki milyon manat ayırdı
  • 24-10-2025, 12:38
    Bu sahədə güzəştlərin siyahısı genişləndirilir
  • 24-10-2025, 12:16
    Onlar da icbari tibbi sığortadan istifadə edə biləcək
  • 24-10-2025, 11:39
    Gənc ofisiant bu şadlıq sarayında ölübmüş
  • 24-10-2025, 11:23
    Qaribaşviliyə qarşı ittiham irəli sürüldü
  • 24-10-2025, 11:19
    Bakıya gələn avtobuslar üçün yeni zolaq yaradıldı - Fotolar
  • 24-10-2025, 10:50
    Azərbaycan Premyer Liqasında IX tura iki oyunla start verilir
  • 24-10-2025, 10:48
    Gələn il büdcə gəlirlərinin 44 faizi vergilərin payına düşəcək
  • 24-10-2025, 10:20
    İki boksçumuz AÇ-nin finalında
  • 24-10-2025, 10:02
    Payız səyahətləri üçün 10 ən yaxşı ölkə - Fotolar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə