Yeni "Redmi 13" Azərbaycanda satışda: yaradıcılıq istedadını kəşf etmək üçün 108 meqapikselli kameranın və maraqlı funksiyaların ahəngi
"Redmi" ailəsinin ən yeni üzvü olan və ilkin səviyyəli smartfonlar üçün yeni standart müəyyən edən "Redmi 13" iyunun 21-də Azərbaycanda satışa çıxarılacaq. Təkcə xarici üsluba deyil, eləcə də daxili məzmuna önəm verən tələbkar istifadəçilər üçün nəzərdə tutulmuş "Redmi 13" bütün gözləntiləri üstələyən eleqant dizayna və çoxsaylı geniş imkanlara malikdir. Buna misal olaraq, entuziastlar, kontent yaradıcıları və həyatın anlarını müstəsna kəskinlik və detallarla əbədiləşdirmək istəyənlər üçün foto keyfiyyətini artırmaq məqsədi daşıyan 108MP-lik son dərəcə dəqiq təsvir imkanlarına malik əsas kameranı göstərmək olar. Şüşə arxa panelə malik dəbli dizayn, 90Hz-dək yenilənmə tezliyini təmin edən böyük "Adaptive Sync" displeyi və 33Vt² sürətli şarj dəstəyi sayəsində "Redmi 13" smartfonu "Xiaomi" brendinin istifadəçilərə müstəsna dəyər təqdim etmək öhdəliyini ön plana çıxarır və "Redmi" seriyası üçün irəliyə doğru sıçrayış hesab olunur.
Misilsiz fotoşəkillər yaratmaq üçün son dərəcə kəskin 108MP-lik kamera və rəngarəng funksiyalar
"Redmi 13" seriyası ilk dəfə olaraq 108 MP genişlənməyə və 3x sensor zum funksiyasına malik, habelə son dərəcə dəqiq təfərrüatlı şəkillər əldə etməyə imkan verən əsas kamera ilə təchiz edilib. Qabaqcıl Samsung ISOCELL HM6 1/1,67" sensoru və ən müasir "9-in-1 pixel binning" texnologiyası sayəsində "Redmi 13" son dərəcə canlı gecə fotoşəkilləri və parlaq HDR təsvirləri yarada bilir. Gözəl mənzərələri və ya yaxınlarınızla dəyərli ünsiyyət anlarını tarixə köçürməklə "Redmi 13" istifadəçilərə asanlıqla heyrətamiz fotoşəkillər çəkməyə imkan verir.
Əsas kameranın müstəsna performansından savayı, "Redmi 13" həm də selfi həvəskarları üçün nəzərdə tutulub. Yenilənmiş 13MP ön kamera və displey vasitəsilə təbii və balanslaşdırılmış işıqlandırma yaradan yumşaq işıq halqası sayəsində "Redmi 13" inanılmaz selfilər yaratmağa imkan verir.
İstifadəçilər nostalji, klassik hisslər yaratmaqla real zamanda ilkin baxışı təmin edən müxtəlif vintaj "Film Camera" filtrləri və kadrlarınıza müxtəlif çərçivə seçimləri əlavə etməyə imkan verən "Film Frame" kimi bir sıra yaradıcı funksiyalarla fotoşəkillərini gözəlləşdirə bilərlər. "Redmi 13" müxtəlif funksiyalar sayəsində istifadəçilərə səyahətləri əbədiləşdirmək və ya unudulmaz təəssüratları paylaşmaqla yaradıcılıq qabiliyyətlərini ifadə etmək imkanı verir.
Şüşə arxa qapağın eleqant dizaynı tərzinizi vurğulayır
“Redmi 13” arxa panelin hamar şüşə dizaynı sayəsində “Redmi” seriyasına zəriflik bəxş edir. Üslub və zəriflik axtarışında olan istifadəçilər üçün nəzərdə tutulmuş “Redmi 13” dörd rəng variantında təqdim olunur. Bunlar qara (“Midnight Black”), qızılı (“Sandy Gold”) və dalğaları imitasiya edən heyrətamiz effekt yaradan mavi (“Ocean Blue”) rənglərdir. Yüngül, lakin çox keyfiyyətli “Redmi 13” smartonunun qalınlığı cəmi 8,3 mm-dir⁴. IP53 sertifikatı onu rütubətli hava şəraitindən və təsadüfi su axıntılarından qoruyur.⁵ “Redmi 13” həyat tərzini mükəmməl şəkildə tamamlayan cihaz axtarışında olan istifadəçilər üçün üslubun, performansın və etibarlılığın mükəmməl ahəngidir.
“Adaptive Sync” yenilənmə tezliyinə malik 6,79" displey mükəmməl baxış təcrübəsini təmin edir
Geniş 6,79 düymlük FHD + “Adaptive Sync” texnologiyası ilə təchiz edilmiş displeyi sayəsində “Redmi 13” istifadə ssenarilərindən asılı olaraq 90 Hz-dək yeniləmə tezliyini tənzimləyir¹, rəvan və həssas iş prosesini təmin edir və batareyanın ömrünü optimallaşdırır. Üstün rəng dərinliyi və 550 nit parlaqlığı sayəsində “Redmi 13” smartfonunda kontent parlaq gün işığında belə canlı və son dərəcə təmiz görünür.
Rahatlıq və davamlılıq tələbləri nəzərə alınmaqla yaradılmış “Redmi 13” gündəlik aşınmadan qorunmaq, həmçinin toxunuşların oxunmasını və idarəetməni yaxşılaşdırmaq üçün şüşədən hazırlanmış “Corning® Gorilla® Glass” displeyi ilə təchiz edilib. Bu, həm də su damcılarının təsiri ilə təsadüfi işə düşmə hallarının qarşısını effektiv şəkildə almağa imkan verir.
Bundan əlavə, istifadəçilər aşağı mavi işıq səviyyəsi, titrəmənin olmaması və sirkad rejimi üçün “TÜV Rheinland” üçlü sertifikatları sayəsində cihazın gözlərinin qayğısına qalacağına əmin ola bilərlər. Daimi cərəyanın parlaqlığının tənzimlənməsi sayəsində cihaz göz üzərində təzyiqi azaldır və az işıqlanma şəraitdə komfortu yüksəldir ki, bu da istifadəçilərə əlavə rahatlıq verir.
33 Vt² sürətli şarj imkanına malik 5030 mAs həcmli akkumulyator istifadəçilərə günü maksimum effektiv keçirməyə imkan verir
5030 mAs həcmli akkumulyator ilə təchiz edilmiş “Redmi 13” bir dəfə şarj olunmaqla bütün gün ərzində etibarlı işi təmin edir. İstifadəçilər cihazı cəmi 1 saat şarj etməklə 23 saatadək söhbətdən və ya 28 saat musiqi dinləməkdən həzz ala bilərlər.⁶ Bundan əlavə, cihazı cəmi 5 dəqiqə şarj etməklə istifadəçilər iki saat söhbət edə bilərlər.⁶ 33Vt-luq sürətli şarj² imkanı “Redmi 13” smartfonunu cəmi 62 dəqiqə ərzində 100%-dək⁶ şarj etməyə imkan verir.
Lakin “Redmi 13” təkcə güc deyil, həm də fasiləsiz və intuitiv istifadəçi təcrübəsi deməkdir. Cihaz ən müasir “Xiaomi HyperOS” əməliyyat sistemi ilə işləyir⁷ və genişləndirilmiş əsas ekran imkanlarına, təkmilləşdirilmiş bildiriş idarəetməsinə, həmçinin asan naviqasiya və fərdiləşdirmə üçün intuitiv vidcetlərə malik yenilənmiş istifadəçi interfeysinə malikdir. Cihaz “MediaTek Helio G91-Ultra” mobil platforması ilə təchiz edilib ki, bu da ən müasir oyunlarda sürətli performansı və tətbiqlər arasında rəvan çoxfunksiyalılığı təmin edir. 8 GB-a qədər operativ yaddaş və 256 GB yaddaş dəstəyi ilə⁸ istifadəçilər yüksək performansdan və yaddaş həcmindən zövq ala bilərlər, yaddaşın genişləndirilməsi texnologiyası isə həcmi 16 GB-dək artırmağa imkan verir.⁹ Bundan əlavə, 128 GB və 256 GB-lıq yaddaşların konfiqurasiyaları dəstək sayəsində 1 TB-dək genişləndirilə bilir ki, bu da istifadəçilərə sevimli tətbiqləri, oyunları və media kontenti üçün daha çox yer təklif edir⁹.
Əlavə rahatlığı təmin etmək məqsədilə “Redmi 13” rahat audioqoşulmanı təmin edən qulaqlıqlar üçün 3,5 mm-lik konnektor, sürətli və təhlükəsiz giriş üçün yan tərəfə quraşdırılmış barmaq izi oxuyucusu, həmçinin zəngli saatlar və daxil olan zənglər üçün arxa LED flaş bildiriş funksiyası kimi praktik funksiyalarla təchiz edilib. 10
Qiymət və əlçatanlıq
“Redmi 13” qara, qızılı və mavi³ konfiqurasiyalarda əlçatandır:
- 8 GB+128 GB - 419,99 AZN
- 8 GB+256 GB - 489,99 AZN
Yeni məhsulu aşağıdakı pərakəndə satış şəbəkələrində əldə edə bilərsiniz:
Kontakt, Baku Electronics, Irshad, World Telecom, Soliton,
Diskleymer
1 Yeniləmə tezliyi faktiki vəziyyətdən asılı olaraq avtomatik olaraq 36/48/60/90Hz-ə tənzimlənəcək. İstifadəçilər yeniləmə tezliyini mexaniki olaraq 60/90Hz-ə təyin edə bilərlər. Yeniləmə tezliyi tətbiq dəstəyi ilə məhdudlaşdırıla bilər.
² Enerji adapteri yalnız bəzi ölkələrdə və regionlarda mövcuddur. Enerji adapteri və məlumat ötürülməsi kabeli ayrıca satılır. “Xiaomi 33W Charging Combo” (Type-A) şarj cihazından istifadə etmək tövsiyə olunur.
³ Rəng mövcudluğu bazara görə dəyişə bilər.
⁴ Ayrı-ayrı məhsulların faktiki ölçüləri fərqlənə bilər. Bütün xüsusiyyətlər faktiki məhsuldan asılıdır.
⁵ IP53 sertifikatlı cihazlar IEC 60529:1989+A1:1999+A2:2013 standartı əsasında IP53 nüfuzetməyə qarşı mühafizə təsnifatı üzrə müəyyən laboratoriya şəraitində sıçrayışlara və toza qarşı davamlılıq sınağından keçirilib.
⁶ Məlumatlar “Xiaomi”nin daxili laboratoriyalarında sınaqdan keçirilib, faktiki nəticələr fərqlənə bilər.
⁷ “Xiaomi HyperOS” funksiyalarının, tətbiqlərinin və xidmətlərinin mövcudluğu proqram təminatının versiyasından və telefonun modelindən asılı ola bilər.
⁸ Mövcud konfiqurasiyalar regionlara görə dəyişə bilər. Əvvəlcədən quraşdırılmış əməliyyat sisteminin və proqram təminatının cihazda tutduğu yer səbəbindən mövcud yaddaş və operativ yaddaş həcmi ümumi yaddaş həcmindən azdır.
⁹ Genişləndirilmiş 8GB-lıq operativ yaddaş 8GB-lıq operativ yaddaş modelinə əsaslanır. Əlavə operativ yaddaş ROM-da müvafiq həcm tutacaq. Yaddaşın genişləndirilməsi yalnız cihazda kifayət qədər yaddaş olduqda mümkündür. Operativ yaddaşın həcminin faktiki artırılması modellərə görə dəyişir.
10 “Flash bildirişlər” funksiyası “Kökləmələr”də idarə olunur və yalnız ekran söndürülmüş olduqda işləyir. O, OTA yeniləməsi vasitəsilə əlçatan olacaq. Hazırda “Flash” bildirişləri yalnız “Saat” tətbiqində daxil olan zəngləri və zəngli saatları dəstəkləyir.
“Xiaomi” korporasiyası haqqında
“Xiaomi” korporasiyası 2010-cu ilin aprelində təsis edilib, 9 iyul 2018-ci ildə Honkonq Fond Birjasında (1810.HK) qeydiyyatdan keçib. “Xiaomi” əsasını IoT platforması ilə əlaqələndirilən smartfonlar və “ağıllı” avadanlıqlar təşkil edən istehlakçı elektronikasının və “ağıllı” cihazların istehsalı ilə üzrə ixtisaslaşmış şirkətdir.
“İstifadəçilərlə dostluq etmək və istifadəçilərin qəlbində ən yaxşı şirkət kimi yer tutmaq” baxışımıza uyğun olaraq “Xiaomi” daima innovasiyalara, istehlakçılara yüksək keyfiyyətli xidmət göstərilməsinə və fəaliyyət səmərəliliyinin təmin edilməsinə səy göstərir. Şirkət innovativ texnologiyalar sayəsində dünyada hər kəsə daha yaxşı həyatdan zövq almaq almaq imkanı bəxş etmək üçün daim ədalətli qiymətləri ilə seçilən heyrətamiz məhsullar istehsal edir.
“Xiaomi” dünya üzrə smartfon istehsalçıları arasında aparıcı mövqelərdən birini tutur və bu cihazların qlobal tədarük həcminə görə ilk üçlükdə yer alır. Smartfonlar və planşetlər də daxil olmaqla qlobal aylıq aktiv istifadəçi (MAU) sayı 2023-cü ilin dekabrında 641,2 milyon nəfər təşkil edib. Şirkət həmçinin 2023-cü ilin dekabr ayının sonuna qədər təxminən 739,7 milyon smart cihazın (smartfonlar, noutbuklar və planşetlər istisna olmaqla) qoşulduğu dünyanın aparıcı istehlakçı platforması olan AıoT-un (AI+IoT) yaradıcısıdır. 2023-cü ilin oktyabr ayında “Xiaomi” şirkəti fərdi cihazları, ev üçün “ağıllı” məhsulları və avtomobilləri inteqrasiya etməklə strategiyasını "İnsan × Avtomobil × Ev" “ağıllı” ekosisteminədək yeniləyib. “Xiaomi”nin prioriteti hər zaman insan ehtiyaclarını ödəmək, hərtərəfli və ən yaxşı istifadəçi təcrübəsini təmin etmək olub. “Xiaomi” şirkətinin məhsulları dünyanın 100-dən çox ölkə və regionunda təmsil olunur. 2023-cü ilin avqustunda şirkət ardıcıl beşinci il “Fortune Global 500” siyahısına daxil olaraq 360-cı yeri tutub.
“Xiaomi” həmçinin “Hang Seng”, “Hang Seng China Enterprises”, “Hang Seng TECH” və “Hang Seng China 50” indekslərinə daxildir.