• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Deputata sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: Fazil Mustafaya sui-qəsd üçün 30 min dolların az olduğunu dedi

Ölkə

25-05-2024, 12:02
Deputata sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: Fazil Mustafaya sui-qəsd üçün 30 min dolların az olduğunu dedi

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Liderxeber.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Fazil Mustafa nümayəndəsi vasitəsilə məhkəməyə müraciət ünvanlayıb. O, müraciətdə uzun illərdir siyasətlə məşğul olduğunu, baş verən terrorun onun siyasi fəaliyyəti ilə bağlı olduğunu deyib: "Dövlətimizin müstəqilliyini qazanmasında müstəsna rol oynamışam. 2003-cü ildən Böyük Quruluş Partiyasının sədriyəm. Bundan başqa 2005-ci ildən millət vəkiliyəm. Fəlsəfə üzrə fəlsəfə doktoruyam. Özüm də dini inancları olan biriyəm. Baş verən terror aktının mənim siyasi fəaliyyətimlə və dünya görüşümlə bağlı olduğunu düşünürəm. İş üzrə dindirilmişəm. Mənə qarşı terror edən şəxsləri tanımıram. Ölkəmizdə terrorçuluq fəaliyyəti həyata keçirmək istəyən erməni-iran terrorçularına qarşı çıxışlarım olub", - millət vəkili deyib.

Deputat qeyd edib ki, ötən il Azərbaycanın İrandakı səfirliyinə terror aktı törədilmişdi. O, vurğulayıb ki, bütün bu olanların əsas məqsədi ölkədə din pərdəsi altında əmin-amanlığı, sabitliyi pozmaqdır. Fazil Mustafanın müraciətindən sonra Rəşad Əhmədovun istintaqa verdiyi ifadə elan edilib. O, deyib ki, silahı digər təqsirləndirilən şəxs Azər Sərıcanovdan alıb. Müttəhimin sözlərinə görə, Azər Səricanovu bir ildir tanıyır. Azər onlara gələndə Fazil Mustafadan şikayət edib. Onun çıxışlarının dinə qarşı qərəzli olduğunu deyib. “Bir gün Azərlə söhbət edərkən mənə dedi ki, silah verəcəm bunu saxlayarsan. Sonra çöldən içərisində 7 güllə və patron olan çanta gətirdi. Həmin axşam çantanı alıb evə qayıtdım. Onu evdə gizlətdim. Azərgildə olanda otaqda ikimizdən başqa heç kim yox idi. Bir dəfə ondan silahı nə vaxt məndən alacağını soruşanda, narahat olmamağımı və götürəcəyini dedi. Azər deyirdi ki, Fazil Mustafa dini tənqid edir, ona görə də onu öldürəcək. O, mənə onun haqda məlumat toplamağı tapşırmışdı. Daha sonra başa düşdüm ki, Azər mənə verdiyi silahla Fazil Mustafanı vurmaq istəyirmiş”, - müttəhim deyib.

R.Əhmədov istintaqa ifadəsində onu da qeyd edib ki, İranda Valeh adında dostu yaşayır. Suriyada müharibə başlayanda ora döyüşməyə gedib və daha sonra Azərbaycana qayıtmayıb:
“Valehlə əlaqəmiz hələ də mövcud idi. O, Suriyaya gedəndə mənə də təklif etsə də, getmədim. İrana gedəndə 4-5 dəfə onunla görüşmüşdüm. Sonuncu görüşümüzdə ona Azər barədə danışdım. Valeh bunu xoş qarşıladı. Dedi ki, Azər Fazili öldürsə, dəstək verəcək və Azəri İranda yaşamağa kömək edəcək. Bu məqsədlə mənə 30 min dollar da pul verdi. Bundan başqa Valeh məndən Səngəçalda və Qaradağda olan hərbi obyektlərin fotosunu çəkməyimi və İrana gedəndə ona verməyimi istədi. İrana getmək üçün xərcləri qarşılamağa görə iki min dollar pul verdi”. Müttəhim vurğulayıb ki, Bakıya gələndə Azər Səricanovla görüşüb. Azərə Valehlə olan görüşündən danışıb, həmçinin görüş zamanı Azər ona Fazil Mustaya sui-qəsd üçün 30 min dollar pulun az olduğunu deyib.

Qeyd edək ki, hadisə ötən il martın 28-də baş verib. Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb. Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

7-11-2023, 13:38

Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

Ölkə

4-04-2023, 11:49

Fazil Mustafaya qarşı terror aktı parlamentdə kəskin pislənib

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Ölkə

8-04-2023, 09:54

Fazil Mustafa hücumdan sonra ilk paylaşımını edib

Ölkə
Sürət həddi endirilib - Sürücülərin nəzərinə!
Sürət həddi endirilib - Sürücülərin nəzərinə!
Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı
Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı
Toyuq əti bu səbəblərdən - Bahalaşır
Toyuq əti bu səbəblərdən - Bahalaşır
Bazar günü leysan olacaq
Bazar günü leysan olacaq
Siyasət
Bayramov Əraqçi ilə danışdı
Bu gün, 13:35
Bayramov Əraqçi ilə danışdı
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Bu gün, 12:03
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
“Düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri Azərbaycanda görüşürlər”
Bu gün, 09:05
“Düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri Azərbaycanda görüşürlər”
Fərid Əhmədov Xankəndidə qəbul keçirdi - Fotolar
Dünən, 17:24
Fərid Əhmədov Xankəndidə qəbul keçirdi - Fotolar
Kamran Əliyev Baş prokurorların 24-cü iclasında - Fotolar
Dünən, 15:21
Kamran Əliyev Baş prokurorların 24-cü iclasında - Fotolar
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Dünən, 11:33
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Xəbər Lenti
  • Dünən, 14:06
    Sürət həddi endirilib - Sürücülərin nəzərinə!
  • Dünən, 14:00
    Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı
  • Dünən, 13:40
    Toyuq əti bu səbəblərdən - Bahalaşır
  • Dünən, 13:35
    Bayramov Əraqçi ilə danışdı
  • Dünən, 13:08
    Bazar günü leysan olacaq
  • Dünən, 12:26
    Türk seriallarında Azərbaycan, onun böyük tarixi niyə aşağılanır?
  • Dünən, 12:03
    “Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
  • Dünən, 11:31
    Qusar və Şahdağda qar yağır - Faktiki hava
  • Dünən, 10:08
    Ərzaq köşkündə yanğın - Ölən var
  • Dünən, 09:41
    “Artıq altı ildir ki, kirayədə yaşayıram” - Şəhid xanımına ev nə vaxt veriləcək?
  • Dünən, 09:05
    “Düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri Azərbaycanda görüşürlər”
  • Dünən, 08:57
    “Turan Tovuz” “Fənərbaxça”ya qarşı
  • Dünən, 18:00
    Ronaldonu belə geri qaytarmaq istəyirlər
  • Dünən, 17:24
    Fərid Əhmədov Xankəndidə qəbul keçirdi - Fotolar
  • Dünən, 16:21
    Ermənistana keçən azərbaycanlı hərbçi həbs edilib
  • Dünən, 15:21
    Kamran Əliyev Baş prokurorların 24-cü iclasında - Fotolar
  • Dünən, 14:35
    Texnologiyada qadın gücü - “Bir” “Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
  • Dünən, 14:03
    Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama
  • Dünən, 13:41
    Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
  • Dünən, 13:10
    Leysan, dolu, qar... - Sabahın havası
  • Dünən, 12:25
    FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi
  • Dünən, 12:21
    Kütləvi etirazlara görə distant təhsilə keçdilər - Fotolar
  • Dünən, 12:01
    30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı
  • Dünən, 11:33
    Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
  • Dünən, 11:05
    Məktəbdə gözünə kimyəvi məhlul düşən şagirdin vəziyyəti açıqlandı - Yenilənib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə