• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Fazil Mustafaya qarşı terror aktı parlamentdə kəskin pislənib

Ölkə

4-04-2023, 11:49
Fazil Mustafaya qarşı terror aktı parlamentdə kəskin pislənib

“Milli Şuranın yaxın günlərdə Fazil Mustafaya qarşı terror görə saxlanılanları da xəyali “siyasi məhbus” elan edəcəklərini də gözləyirəm ”.

Liderxəbər xəbərinə görə, bunu bu gün Milli Məclisin iclasında deputat Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, İrandakı əmmaməli mollaların niyyəti, törədilən terror aktının məqsədi bəllidir: “Ancaq nə mola rejimi, nə də antimilli şura məqsədinə çatmayacaq. Fazil Mustafaya qarşı terror aktı törədənlər qısa müddətdə saxlandı, bununla da Azərbaycan dövləti molla rejiminə cavab verdi”.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli də terror aktını törədənlərin qısa müddətdə saxlandığını nəzərə çatdırıb. O, Fazil Mustafaya şəfa diləyib.

Deputat Sahib Alıyev qeyd edib ki, Fazil Mustafaya qarşı terror aktı törədənlərin qısa müddətdə tutulması Tehran rejiminin öz məqsədinə çatmayacağını, buradakı nökərlərinin qanunun sərt üzünü görəcəyini söyləməyə əsas verir: “Fazil Mustafaya atılan güllə həm də Azərbaycana, savaşda qazanılan Zəfərə, hər birimizə yönəlib. Yaratdıqları terror şəbəkələrinə peyğəmbərimizin adını verənlərdən uzaq durulmalıdır. Mediada və sosial şəbəkədə belələrinə açıq dəstək verənləri lənətləyirik”.

Deputat Razi Nurullayev isə İranın bu gün də Ermənistanla nümayişkaranə əməkdaşlıq etdiyinə diqqət çəkib: “Ancaq İran Azərbaycanın İsraildə səfirlik açmasına xüsusi düşmənçiliklə yanaşır. İran normal münasibətlər üçün gərək səfirliyimizə hücumla bağlı lazımi addımlar atsın, Fazil Mustafaya qarşı terrora görə üzr istəsin”.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, martın 2-də Hacı Şahinin müəmmalı ölümü, martın 4-də hipermarketə hücum, martın 9-da Bakıda silahlı atışma və martın 28-i millət vəkilinə sui-qəsd vahid zəncirdə birləşir: “Terrorun silahı nə olursa olsun, onun əsas niyyəti xalqın üzərində dövlətdən üstün hakimiyyət qazanmaq, qorxu, xof və panika ilə ictimai təhlükəsizliyə zərbə vurmaq və bu yolla dövlət siyasətlərinə təsir göstərməkdir: “Prezident İlham Əliyevin və hörmətli Mehriban xanımın silahlı qəsdə qarşı verdikləri reaksiya 3 il əvvəl müharibə zamanı göstərdikləri iradə ilə eynidir. “Bizimlə ultimatum diliylə danışmaq mümkün deyil” söyləyən ölkə rəhbərinin seçdiyi yoldan geri çəkilməyəcəyini göstərir. Terror aktı Azərbaycan dövlətinin sülh quruculuğu naminə həyata keçirdiyi siyasətə inamı sarsıtmaq məqsədi daşıyır. Fazil Mustafaya qarşı terrorun Ramazan ayında baş verməsi sifarişçilərin İslama, etiqadlı insanlara, müsəlmanlara münasibətinin göstəricisidir. Son aktı törədənlər Danimarka və Niderlandda Quranı yandıranlardan fərqlənmirlər. Orucluq ayında iftardan çıxan inanclı bir adama qarşı terror aktı törədənlər Zori Balayanla, Yaxın Şərqdə din bayrağı altında edamlar həyata keçirən İŞİD-la eyni səngərdədir. Ona görə də silahlı dindarları, islam tarixində yüksək mərtəbə tutan İmam Hüseyn adına terror təşkilatı yaradanları həqiqi inanclı adamlar, bütün konfessiyaların təmsilçiləri pisləməli, terroru hamı lənətləməlidir”.

Deputat qeyd edib ki, vətəndaşlar terrora susqunluq göstərmir, millətimizin son 30 ildə yaşadığı terrora dirəniş refleksi oyanıb: “Biz terror şəbəkəsinin bütün üzvlərini, dövlətə və vətəndaşlara qarşı yeni təxribat və potensial təhlükələrin qarşısını almaq üçün təhlükəsizlik və hüquq mühafizə orqanlarının peşəkar tədbirlərini alqışlayırıq. “Silahlı “dindar”ların həbsi İrana zərbə deyil, dövlətə inamı zəiflədən hadisədir” deyən adamlar nə təklif edirlər, ölkəmizdə “yaşıl inqilab” edib, müstəqillikdən imtinanımı istəyirlər?”

Deputat əlavə edib ki, terror aktı hərbi meydanda ordumuza məğlub olanların paytaxt Bakıda və digər qeyri-döyüş ərazilərində dövlətimizdən və xalqımızdan qisas almaq məqsədi güdsə də, sui-qəsdlər və siyasi qətllər, iqtisadi diversiyalar və casus şəbəkələrinin təxribatları ölkəmizi parlaq Qələbəsindən və yeni qazandığı ərazilərdə möhkəmlənməkdən, Xankəndi-Laçın yolundan və 10 noyabrda ordunun dayandığı mövqelərdən irəli gedərək qazandığı yeni strateji yüksəkliklərdən çəkindirə bilməz.

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Fazil Mustafaya qarşı terror aktı ilə gözümüzü qorxutmaq istəyirlərsə, səhv edirlər.

Siyavuş Novruzov deyib ki, bu gün İran Naxçıvanla sərhədə qoşun yıxıb: “Biz döyüşməyə hazırıq. Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil, güclü Azərbaycan, güclü rəhbəri var. İranın da, başqa dövlətlərin də əlaltılarına xəbərdarlıq edirik ki, özlərini yığışdırsınlar”.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov İran xüsusi xidmət orqanlarının növbəti təxribatını qətiyyətlə pisləyib: “Ziya Bünyadov, Rafiq Tağının qətl sifarişi İrandan gəlmişdi. Ermənistanla əməkdaşlıq edən İranın belə terror aktının arxasında durması təsadüfi deyil. Azərbaycana qarşı tələ quranlar özləri bu tələyə düşəcəklər”.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli nəzərə çatdırıb ki, Fazil Mustafaya qarşı törədilən əməl terror aktı kimi dəyərləndirilib: “Spiker Sahibə Qafarova, deputat həmkarları Fazil Mustafanı daim diqqətdə saxlayır. İnanırıq ki, terror aktının təşkilatçıları, iştirakçıları cəzalandırılacaq”.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

7-02-2023, 10:34

Sahibə Qafarova Misirin Baş naziri ilə görüşüb

Ölkə

24-01-2023, 11:29

Parlament “Lombardlar haqqında” və “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihələrini qəbul edəcək

Ölkə

21-02-2023, 11:33

Elektrik enerjisi istehlakçılarının hüquqları artırılır

Ölkə

20-01-2023, 07:14

Qanlı 20 Yanvar faciəsindən 33 il ötür

Siyasət

31-03-2023, 09:35

Tarix düşündürür: “Daşnaksutyun” xisləti - ERMƏNİ YALANLARI

Ölkə
Xankəndi Stadionunda hansı komandalar oynayacaq? - PFL açıqladı
Xankəndi Stadionunda hansı komandalar oynayacaq? - PFL açıqladı
Prezident bu hərbçilərə ali hərbi rütbələr verdi - Adlar
Prezident bu hərbçilərə ali hərbi rütbələr verdi - Adlar
Metronun iş rejimi 4 günlük dəyişdirilir
Metronun iş rejimi 4 günlük dəyişdirilir
Xankəndi Stadionu açıldı - Fotolar
Xankəndi Stadionu açıldı - Fotolar
Siyasət
Bu gün Azərbaycanda Zəfər Günüdür
Dünən, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Dünən, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Zəngilan Aqroparkı yaradıldı - Fərman
5-11-2026, 16:00
Zəngilan Aqroparkı yaradıldı - Fərman
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
5-11-2026, 15:21
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
5-11-2026, 13:40
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Xəbər Lenti
  • Dünən, 15:01
    Ağdaşda möhtəşəm “Heyva Festivalı” keçirilib - FOTOLAR
  • Dünən, 01:54
    Bu gün Azərbaycanda Zəfər Günüdür
  • Dünən, 14:18
    Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
  • Dünən, 13:49
    Xankəndi Stadionunda hansı komandalar oynayacaq? - PFL açıqladı
  • Dünən, 13:38
    Prezident bu hərbçilərə ali hərbi rütbələr verdi - Adlar
  • Dünən, 12:43
    Metronun iş rejimi 4 günlük dəyişdirilir
  • Dünən, 12:03
    Xankəndi Stadionu açıldı - Fotolar
  • Dünən, 11:11
    Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində - Fotolar
  • Dünən, 10:26
    8 Noyabr - Qürurumuz, tariximiz, gələcəyimiz - Fotolar
  • Dünən, 10:10
    “Döyüş yolu anbaan gözümün qarşısındadır” - Zəfərimizlə adaş olan komandir
  • Dünən, 10:00
    “Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı
  • Dünən, 09:46
    Həmin şəxslərə 20 milyon mükafat verəcəklər
  • Dünən, 09:22
    Prezident Şuşada açılışda - Fotolar
  • Dünən, 09:00
    “Vens iki həftədir İranla gizli danışıqlar aparır”
  • 6-11-2026, 17:47
    Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
  • 6-11-2026, 17:18
    Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
  • 6-11-2026, 16:33
    Türkiyədə 8 nəfərin qətlə yetirildiyi dəhşətli cinayətin - Təfərrüatı
  • 6-11-2026, 16:27
    Zəfər Günü ilə əlaqədar Şəkidə “Qəhrəmanlar Bağı” layihəsi həyata keçirilib
  • 6-11-2026, 16:14
    Neftçalada “Zəfər Günü”nə həsr olunan ağacəkmə aksiyası keçirilib
  • 6-11-2026, 15:29
    Bakının bu küçələrində məhdudiyyət olacaq - Siyahı
  • 6-11-2026, 15:11
    Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
  • 6-11-2026, 14:54
    Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
  • 6-11-2026, 14:46
    Dövlət qurumlarının informasiya təhlükəsizliyi diaqnostikası bu quruma həvalə edildi
  • 6-11-2026, 14:28
    Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
  • 6-11-2026, 13:45
    Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə