• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Tarix düşündürür: “Daşnaksutyun” xisləti - ERMƏNİ YALANLARI

Siyasət

31-03-2023, 09:35
Tarix düşündürür: “Daşnaksutyun” xisləti - ERMƏNİ YALANLARI

“31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ” tariximizin qanla yazılmış hər bir faciəsinin, bu faciədə şəhid olmuş soydaşlarımızın anım günü kimi bütün xalqımız tərəfindən ehtiramla qeyd edilir.

Bu tarix qan yaddaşımızdır. Qan yaddaşımızın qorunması, əsrlərdən keçərək nəsillərin yaddaşında yaşaması çox mühüm amildır. Elə bu vacibliyi də dərindən düşünən Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə bu qanlı faciələrə dövlət tərəfindən siyasi qiymət verilməsini təmin etdi. Bu tarixi Fərman qanla yazılmış tariximizə bir daha mübarizlik, dönməzlik, qətiyyəti gətirdi. Hər il 31 mart tarixində faciə qurbanları yad edilərkən bir daha tarixə baxış keçiririk,  düşünürük  ki, “Bu erməni nə bəladı millətə?” Öz çirkin, yalan və iftira dolu missiyasından əl çəkmir, çəkə də bilməyəcəkdir.

Onun yolu çirkablar üzərində qurulmuş bataqlıqdan ibarətdir. Bu bataqlıq isə bəşər var olduqca lənətlənəcəkdir! Tarixi torpaqlarımızda özünə dövlət qurmaqla kifayətlənməyən, hər dəfə daha çoxuna həvəslənən, zamanla yurdumuzdan oğurladıqları sərvətlərlə özünə “tərəfdaş” toplayan  erməni,  proqramlaşdıraraq maliyyələşdirdiyi terror təşkilatları ilə  dəhşətli faciələr törətmişdir. Bu faciələri sadalamaq belə insanın damarda qanın dondurur. Lakin  tarix bu yalanla, vəhşilik və qəddarlıqla yazılmış tarixin  mənfur  təşkilatçılarını,  xislətini  unutmayaraq  üzə  çıxarır. İnsanlığa ləkə, bəşərə qəddarlıqla  ad qoyan  bu təşkilatların sahibi erməni mənfurluğunu hər dəfə təkrarlayır, yeni,  daha  eybəcər formada öz  xislətini üzə çıxarır.  İnsanlığın qatili olan erməni soyu, dünyanın müxtəlif yerlərində bir neçə erməni terror təşkilatları yaradıb  və yaratmaqda  davam edir. Onlar  bu  terror  təşkilatları  vasitəsilə  qətliamlar  törətməklə, haqsız olaraq  öz  məqsədlərinə  çatmaqdan  ötrü  səy göstərir. Zamanla  bu  partiyaların  yeni qollarını artırırlar. Bu məqsədlə  yaradılan terror partiyalarından - 1885-ci ildə yaradılan “Armenakan”, 1887-ci ildə yaradılan  “Hnçak”, 1890-cı  ildə yaradılan “Daşnaksütyun”, 1975-ci  ildə  yaradılan “Erməni gizli azadlıq ordusu-ASOA”, 1975-ci  ildə  “Ermənistanın  azadlığı  uğrunda  erməni  gizli ordusu - ASALA”, 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən “Orli Qrupu”, 2001-ci ildə “Apostol” və onlarla başqalarını qeyd etmək olar. Cenevrdə  yaradılan “Hnçak” partiyasının  əsas  məqsədi - Türkiyənin Anadolu  bölgəsini, “Rus”  və “İran” Ermənistanları  adlandırdıqları  əraziləri  birləşdirməklə  “Böyük Ermənistan” dövləti yaratmaq, bu məqsədin həyata  keçməsi  üçün təbliğat, təşviqat, terrorizm  və  dağıdıcı  təşkilat yaradılması metodundan istifadə  edilməsi  seçilmişdir.  Bu  istiqamətdə  “Armenakan”  partiyası  da yardımçı olaraq Türkiyənin Van, Muş, Bitlis, Trabzon  bölgələrində  və  İstanbulda  silahlı toqquşmalar yaratmaq, eyni zamanda İran və Rusiyada  yaşayan  ermənilərlə  sıx  birlik  yaratmaq  missiyasını zamanla reallaşdırır. Öz  tarixi və  törətdiyi qətliamlarla  seçilən, daha  çox adı  keçən  terror  təşkilatlarından  olan “Daşnaksütyun”  erməni  federativ partiyası olmaqla  “Böyük Ermənistan”  xülyası  ilə  qətliamlar  törətməkdə israrlıdır. İlk dəfə Tiflisdə  yaradılan  bu  partiya  da  Azərbaycanın  Qarabağ, Naxçıvan  ərazilərində  Türkiyənin  Anadolu torpaqlarında “Böyük Ermənistan” üçün terror fəaliyyəti göstərməkdədir.

“Daşnaksütyun”  terror  partiyası 1972-ci ildə Vyanada  keçirdiyi  qurultayı  zamanı  “Erməni soyqırım ədalət komandosları”  təşkilatını  yaratmışdır  ki,  onun da  əsas  məqsədi  erməni  əsilli  gənc  Livan  vətəndaşlarını  hərbi  birləşmələrdə cəmləşdirərək  türklərə  və  azərbaycanlılara  qarşı  qanlı  terror hadisələri törətmək olmuşdur. Nisbətən  daha  sonra  yaradılan “ASALA”  terror  təşkilatı   da  1979-cu  ildə  “Erməni azadlıq cəbhəsi”, 1988-ci  ildə  Moskvada  yaradılmış  “Erməni  birliyi”, 1991-ci  ildə  Fransada  yaradılmış “Erməni azadlıq hərəkatı - AOD”,  2001-ci ildə yaradlmış  “GEQARON”  terrorçu  təşkilat  qolları, birlikləri  ilə türk və azərbaycanlılara qarşı terror hadisələrini  hər formada  həyata keçirməklə məşğul olurlar. Müxtəlif  saxta sənədlər, müzdlu  döyüşçülər, diplomat  və  yüksək vəzifəli  insanlara qarşı terror, hava limanlarında qətl və s. qanlı  hadisələr  məhz  bu  terror təşkilatları,  onların  qolları,  qruplaşmaları tərəfindən  həyata  keçirilməkdədir. Bu  terror  təşkilatları  təkcə  türk  soylu  xalqlara  qarşı  deyil, öz  missiyasını  yerinə  yetirmək  üçün hər cür formaya düşərək bütün insanlığa qarşı, bəşərə  qarşı  yaradılmış təşkilatlardır. “Daşnaksütyun” “türkü  də,  kürdü  də,  hər  yerdə  öldür, sözündən dönənləri, xain erməniləri də öldür, intiqam al!”  əmrini  vermişdir. Terrorçu  ermənilərin,  xüsusilə   “Daşnaksütyun”  partiyasının növbəti terror hadisələrindən biri də 1918-ci idə Mərdəkanda olmuşdur. Bakıda törədilən 1918-ci ilin mart soyqırımında "Daşnaksutyun" bolşeviklərin zərbə  qüvvəsini təşkil  etdi. Digər tərəfdən, S.Şaumyanın təşkilatçılığı ilə Birinci Dünya müharibəsi cəbhələrindən geri çəkilən erməni əsgər və zabitləri Bakıda cəmləşdirildi. Sonradan, 1918-ci il aprelin 19-da Bakı Sovetinin yığıncağında S.Şaumyan etiraf etmişdi ki, Bakının milli tərkibi onu çox qorxudurmuş və o, erməni-daşnak alaylarının köməyindən heç cür imtina edə bilməzdi. Həqiqətən də, Bakıda azərbaycanlılara qarşı törədilən mart soyqırımın əsas təşkilatçısı və icraçısı V. Leninin Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin etdiyi S.Şaumyan idi. Onun təşkil etdiyi “Qırmızı ordu”nun tərkibi də, demək olar ki, tamamilə ermənilərdən ibarət olmuşdur. Həmin qanlı hadisələrdə bir çox müsəlman məhəllələri məhv edildikdən sonra martın 31-də axşamüstü İçərişəhərin alınması əməliyyatı başlandı.

Bununla bağlı Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra yaradılan fövqəladə istintaq komissiyası sədrinin Ədliyyə Nazirliyinə təqdim etdiyi məruzədə aşağıdakı faktlar göstərilir: Nikolay (indiki İstiqlaliyyət) küçəsilə hücuma keçmiş erməni əsgərlərinə başlıca olaraq, erməni ziyalılarının nümayəndələri rəhbərlik ediblər. Belə dəstələrdən biri evə girib, səkkiz qadın və uşağı güllələmişdir. Başqa dəstə Fars küçəsində Bala Əhməd Muxtarovun evinə girərək, doqquz müsəlmanı küçəyə çıxarmış və kilsə meydanında güllələmiş, meyitlərin ikisini “Dağıstan” mehmanxanasının alovu içinə atmışlar... Dəhşətli soyqırımına məruz qalan azərbaycanlılar martın 31-də müqaviməti dayandırdılar. Lakin erməni daşnak birləşmələri soyqırımını aprelin 2-si gecədən xeyli keçənədək davam etdirdilər.

Ulu Öndər Heydər Əliyev 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikasının Müzəffər Prezidenti cənab İlham Əliyev 18  yanvar 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Allah xalqımızın azadlığı, haqq yolu uğrunda candan keçən bütün şəhidlərimizi rəhmət eləsin.Yaşasın Azərbaycan!

Bədirə Niftalıyeva;
Neftçala rayon ziyalısı, yazıçı-publisist

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

19-01-2023, 23:06

Jalə Əhmədova: “20 yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına mühüm təsir göstərdi

Ölkə

29-03-2023, 09:35

YAP Neftçala rayon təşkilatının 30 illiyi qeyd olunub

Ölkə

20-01-2023, 07:14

Qanlı 20 Yanvar faciəsindən 33 il ötür

Ölkə

31-03-2023, 05:40

31 Mart soyqırımından 105 il ötür

Ölkə
Neftçalada Polis işçilərinin peşə bayramı qeyd olunub
Neftçalada Polis işçilərinin peşə bayramı qeyd olunub
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
Şabranda meşə yanır
Şabranda meşə yanır
Siyasət
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib
Bu gün, 18:25
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib
İlham Əliyev Şavkat Mirziyoyevi qarşıladı
Bu gün, 14:20
İlham Əliyev Şavkat Mirziyoyevi qarşıladı
Şahin Şıxlinskiyə idarədə hansı suallar verilib? - Özü danışdı
Bu gün, 10:17
Şahin Şıxlinskiyə idarədə hansı suallar verilib? - Özü danışdı
Onlar viza tələbindən azad edilir
Dünən, 17:04
Onlar viza tələbindən azad edilir
İspaniyada Qlobal Konfrans keçirilir - Foto
Dünən, 13:49
İspaniyada Qlobal Konfrans keçirilir - Foto
Azərbaycan səfiri Rəhman Mustafayev Rusiya XİN-ə gedib
Dünən, 10:42
Azərbaycan səfiri Rəhman Mustafayev Rusiya XİN-ə gedib
Xəbər Lenti
  • Dünən, 18:25
    Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib
  • Dünən, 17:48
    Rusiya İstintaq Komitəsi Yekaterinburqda saxlanılan azərbaycanlılar haqqında məlumat yayıb
  • Dünən, 17:37
    Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi dəfn olunacaq
  • Dünən, 17:21
    “Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”
  • Dünən, 17:07
    Neftçalada Polis işçilərinin peşə bayramı qeyd olunub
  • Dünən, 17:05
    Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
  • Dünən, 17:01
    Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
  • Dünən, 16:31
    Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
  • Dünən, 16:13
    Şabranda meşə yanır
  • Dünən, 15:19
    Acun Ilıcalı məhkəmə qarşısında
  • Dünən, 15:17
    "Chrome"da sıfır gün təhdidi: İstifadəçilərə brauzerləri təcili yeniləmələri tövsiyə olundu
  • Dünən, 15:10
    Peterburqda azərbaycanlı iş adamının evinə basqın
  • Dünən, 14:41
    Səyyar ASAN xidmət davam edir
  • Dünən, 14:20
    İlham Əliyev Şavkat Mirziyoyevi qarşıladı
  • Dünən, 14:16
    Rusdilli məktəblərdən sonra universitetlərlə bağlı da xəbər yayıldı - Yenilənib
  • Dünən, 14:08
    Külək, yağış, 33° isti... - Sabahın havası
  • Dünən, 11:50
    Mirziyoyev Azərbaycandadır - Yenilənib
  • Dünən, 11:39
    “Ziyəddin Səfərov Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
  • Dünən, 10:17
    Şahin Şıxlinskiyə idarədə hansı suallar verilib? - Özü danışdı
  • Dünən, 10:13
    BMT-dən Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə - Reaksiya
  • Dünən, 09:36
    Sumqayıtda qadın küçədə öldürüldü - Əri saxlanıldı
  • Dünən, 18:00
    "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları " İB-də daha iki təyinat
  • Dünən, 17:04
    Onlar viza tələbindən azad edilir
  • Dünən, 16:17
    Həftəsonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
  • Dünən, 15:24
    Bu şəxslər Azərbaycanı tərk etməlidirlər - Rəsmi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə