“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”.
Liderxeber.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov bildirib.
“Kifayət qədər yüksək əməkhaqqı alacaqlar. Bu, xüsusilə regionlardakı tibb işçilərinə aiddir. Dəfələrlə burada müzakirə etmişik ki, bölgələrdə tibb işçilərinin qıtlığı var. Mən əminəm ki, tibb işçilərinin əməkhaqqının artırılması bu problemin həllinə böyük təkan verəcək.
Bu addım nəticəsində tibb işçilərinin illik əməkhaqqı fondu 189 milyon manat artırılıb. Bu, çox böyük rəqəmdir”, - deyə komitə sədri bildirib.