• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

ADHTİ-nin dosenti IFOS 2026 Ümumdünya Konqresində Azərbaycanı təmsil edib

Ölkə

Bu gün, 15:07
ADHTİ-nin dosenti IFOS 2026 Ümumdünya Konqresində Azərbaycanı təmsil edib

9–13 sentyabr 2026-cı il tarixlərində İstanbul şəhərində Otorinolarinqologiya və Baş-Boyun Cərrahiyyəsi üzrə XXIII Ümumdünya Konqresi — IFOS Istanbul 2026 keçirilib.

Liderxeber.az xəbər verir ki, ingilis dilində keçirilən və dünyanın müxtəlif ölkələrindən minlərlə otorinolarinqoloq, baş-boyun cərrahı və tanınmış elm xadimini bir araya gətirən mötəbər beynəlxalq tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolarinqologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Məzahir Quliyev ADHTİ-ni və Azərbaycan tibb elmini təmsil edib.

Dosent Məzahir Quliyev konqresin elmi proqramı çərçivəsində iki mövzuda məruzəçi, iki beynəlxalq elmi sessiyada sədr, həmçinin bir sessiyada moderator qismində iştirak edib.

Konqresdə təqdim olunan hər iki məruzə müasir otorinolarinqologiya, estetik və rekonstruktiv burun cərrahiyyəsinin aktual problemlərinə həsr olunub.

Dosent Məzahir Quliyevin birinci məruzəsi “Preservation Extracorporeal Aesthetic Septoplasty in Pediatric Patients” — “Pediatrik pasiyentlərdə qoruyucu ekstrakorporal estetik septoplastika” mövzusunda olub.

Məruzədə uşaqlarda ağır septal deviasiyalar, uğursuz septoplastika əməliyyatlardan sonra yarana bilən fəsadlar və onların aradan qaldırılmasına yönəlmiş müasir cərrahi yanaşmalar təqdim edilib. Xüsusilə uşaqlarda burun arakəsməsinin böyümə mərkəzlərinin qorunması, əməliyyatdan sonrakı burun deformasiyalarının, burun belinin çökməsinin və burun ucunun aşağı düşməsinin qarşısının alınması məsələləri diqqət mərkəzində olub.

Məruzəçi tərəfindən təklif edilən qoruyucu ekstrakorporeal estetik septoplastika metodikası burun tənəffüsünün bərpası ilə yanaşı, inkişaf etməkdə olan burunun dayaq strukturlarının və böyümə zonalarının qorunmasını nəzərdə tutur. Metodun əsas məqsədi septal deformasiyanı tam şəkildə korreksiya etməklə bərabər, uşağın gələcək nazal inkişafına mümkün təsirləri minimuma endirmək və ikincili estetik deformasiyaların yaranmasının qarşısını almaqdır.

Təqdimatda 6–15 yaşlı 54 pediatrik pasiyent üzərində aparılmış klinik müşahidələrin nəticələri, cərrahi metodikanın əsas mərhələləri və uzunmüddətli izləmə göstəriciləri elmi auditoriyanın diqqətinə çatdırılıb.

Dosent doktor Məzahir Quliyev tərəfindən işlənib hazırlanmış bu müasir yanaşmanın elmi nəticələri plastik və estetik cərrahiyyə sahəsində nüfuzlu beynəlxalq nəşrlərdən biri olan “Aesthetic Plastic Surgery” jurnalında dərc edilib. Təqdim olunan metodika konqres iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və mövzu ətrafında elmi müzakirələr aparılıb.

İkinci elmi məruzə isə revizion rinoplastika və əyri burun deformasiyalarının cərrahi korreksiyasında tətbiq edilən innovativ yanaşmalara həsr olunub.

Məruzədə dosent Məzahir Quliyevin müəllifi olduğu “Rhino-Graft Technique for Revision Rhinoplasty” — “Revizion rinoplastikada Rhino-Graft texnikası” təqdim edilib. Rhino-Graft metodikasının əsas məqsədi burun arakəsməsinin kaudal hissəsinin möhkəm və uzunmüddətli stabilizasiyasını təmin etmək, burun skeletinin dayaq mexanizmlərini bərpa etmək və revizion əməliyyatlardan sonra deformasiyanın təkrar yaranma riskini azaltmaqdır.

Bununla yanaşı, təqdimatda əyri və assimetrik burunların korreksiyası zamanı tətbiq edilən Precision Piezo-Osteotomy — dəqiq piezo-osteotomiya metodikası haqqında məlumat verilib. Dosent Məzahir Quliyev tərəfindən hazırlanmış və patentləşdirilmiş xüsusi cərrahi alət və istiqamətləndirici sistem osteotomiya xəttinin daha dəqiq planlaşdırılmasına, sümük kəsiklərinin nəzarətli şəkildə aparılmasına və ətraf yumşaq toxumaların mümkün qədər qorunmasına imkan verdiyi təqdim olunub.

Bu metodika da beynəlxalq elmi ictimaiyyətə təqdim edilmiş və onun nəticələri “Aesthetic Plastic Surgery” jurnalında dərc olunmuşdur. Rhino-Graft texnikası ilə dəqiq piezo-osteotomiyanın birlikdə tətbiqi xüsusilə mürəkkəb revizion əyri burun deformasiyalarında struktur sabitliyin və daha dəqiq estetik nəticələrin əldə olunmasına yönəlib.

Hər iki məruzə konqres iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, təqdim olunan innovativ cərrahi yanaşmalar ətrafında fikir mübadiləsi və elmi müzakirələr aparılıb.

Dosent doktor Məzahir Quliyev, eyni zamanda, konqresin iki beynəlxalq elmi sessiyasına sədrlik edib və bir sessiyada moderator kimi fəaliyyət göstərib. Sessiyalar zamanı xarici mütəxəssislərin məruzələri təqdim olunub, müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

ADHTİ əməkdaşının dünyanın ən böyük otorinolarinqoloji elmi platformalarından biri olan IFOS Ümumdünya Konqresində iki elmi məruzə ilə çıxış etməsi, iki sessiyaya sədrlik və bir sessiyaya moderatorluq etməsi institutun elmi potensialının, Azərbaycan otorinolarinqologiyasının və ölkəmizdə hazırlanmış innovativ cərrahi metodikaların beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

19-02-2025, 12:01

"Bakı Ürək Günləri" doqquzuncu Beynəlxalq Konqresi keçiriləcək

Ölkə

25-01-2024, 12:10

Əcnəbilərin Azərbaycan dili üzrə imtahanlarda iştirakı üçün qeydiyyat elan edilib

Ölkə

3-07-2024, 16:34

Azərbaycan Rinoloqlarının II Beynəlxalq Konqresi keçirilib

Ölkə

14-01-2026, 16:07

“Bu il 4 bakalavr tələbəmiz TAU-da işlə təmin olunub”

Ölkə
ADHTİ-nin dosenti IFOS 2026 Ümumdünya Konqresində Azərbaycanı təmsil edib
ADHTİ-nin dosenti IFOS 2026 Ümumdünya Konqresində Azərbaycanı təmsil edib
Nahid Şəmşirova 6 il şərti cəza verildi
Nahid Şəmşirova 6 il şərti cəza verildi
Bu bələdiyyələrin adları - Dəyişir
Bu bələdiyyələrin adları - Dəyişir
Surfkastinq üzrə Azərbaycan çempionatı keçiriləcək
Surfkastinq üzrə Azərbaycan çempionatı keçiriləcək
Siyasət
Xatirə Mehdiyevadan Ermənistan tərəfinin mövqeyinə dair AÇIQLAMA
Bu gün, 15:26
Xatirə Mehdiyevadan Ermənistan tərəfinin mövqeyinə dair AÇIQLAMA
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 14:03
Qərbi Azərbaycan İcması bəyanat yayıb
“Hakan Fidanın bu səfəri xüsusi rəmzi məna daşıyır”
Dünən, 15:04
“Hakan Fidanın bu səfəri xüsusi rəmzi məna daşıyır”
Faiq Xudayevdən Ermənistan tərəfinin mövqeyinə dair AÇIQLAMA
Dünən, 15:01
Faiq Xudayevdən Ermənistan tərəfinin mövqeyinə dair AÇIQLAMA
Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar
Dünən, 12:03
Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar
Vətəndaşlarımız 90 gün İordaniyada vizasız qala biləcək
14-09-2026, 14:03
Vətəndaşlarımız 90 gün İordaniyada vizasız qala biləcək
Xəbər Lenti
  • Bu gün, 15:26
    Xatirə Mehdiyevadan Ermənistan tərəfinin mövqeyinə dair AÇIQLAMA
  • Bu gün, 15:07
    ADHTİ-nin dosenti IFOS 2026 Ümumdünya Konqresində Azərbaycanı təmsil edib
  • Bu gün, 14:03
    Qərbi Azərbaycan İcması bəyanat yayıb
  • Bu gün, 13:29
    "Formula-1"in 2027-ci il təqvimi açıqlandı: Bakı yarışı nə vaxt keçiriləcək? - foto
  • Bu gün, 13:06
    Nahid Şəmşirova 6 il şərti cəza verildi
  • Bu gün, 12:08
    Azərbaycan nümayəndə heyəti CORLEAP-ın 15-ci illik yığıncağında iştirak edib - Fotolar
  • Bu gün, 11:26
    İranın zərbələrindən sonra ABŞ bazalarının vəziyyəti - Fotolar
  • Bu gün, 11:18
    Avropa Liqasında mövsümə start verilir
  • Bu gün, 11:09
    Bu bələdiyyələrin adları - Dəyişir
  • Bu gün, 11:05
    Surfkastinq üzrə Azərbaycan çempionatı keçiriləcək
  • Bu gün, 10:14
    Yük maşını aşdı, toyuqlar yola dağıldı
  • Bu gün, 10:06
    Borcu məhkəməsiz necə tələb etmək olar?
  • Bu gün, 09:29
    Niyə gözəllik prosedurlarının nəticəsi çox vaxt qalıcı olmur? - Ekspert səbəbləri izah edir
  • Bu gün, 09:00
    UEFA Avropa Liqasında yeni mövsüm başlayır: İlk turun qarşılaşmaları
  • Dünən, 17:37
    Ronaldu çıxış etdiyi Səudiyyə klubunu almaq istəyir
  • Dünən, 17:24
    “Avropa Parlamenti rüşvətxorlar yuvasıdır”
  • Dünən, 17:20
    Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
  • Dünən, 16:21
    Yardımlının icra başçısı vəzifəsindən azad edildi - Sərəncam
  • Dünən, 16:03
    Qara dənizdə mülki gəmilərə hücumdan danışdı
  • Dünən, 15:04
    “Hakan Fidanın bu səfəri xüsusi rəmzi məna daşıyır”
  • Dünən, 15:01
    Faiq Xudayevdən Ermənistan tərəfinin mövqeyinə dair AÇIQLAMA
  • Dünən, 14:29
    Bu şəxslərin Azərbaycanda qalma müddətləri - Qanunla müəyyənləşəcək
  • Dünən, 13:57
    Onlara da xüsusi rütbə veriləcək
  • Dünən, 13:32
    Cinayət törədən yeniyetmələrlə bağlı - Mühüm açıqlama
  • Dünən, 13:03
    Prezident Hakan Fidanı qəbul etdi - Fotolar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə