• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Siyasət

Bu gün, 14:03
Qərbi Azərbaycan İcması bəyanat yayıb

"Ermənistanda Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə xarici diplomatların son səfəri ətrafında əsassız hay-küy kampaniyası səngimək bilmir.

İki ölkə arasında sülh və normallaşma prosesini zədələyən bu cür reaksiya erməni cəmiyyətinin bədnam "miatsum" siyasətindən tam şəkildə imtina etmək, Azərbaycanın suverenliyini qəbul etmək və dinc qonşuluq şəraitində yaşamaq məsələsində hələ də ciddi tərəddüdlərinin olduğunu göstərir. Ermənistan hakimiyyətinin irəli sürdüyü "Real Ermənistan" konsepsiyası faktiki olaraq, ciddi böhran keçirir".

Liderxeber.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının (QAİ) yaydığı bəyanatda öz əksini tapıb.

Bəyanatda qeyd olunub ki, son günlər bir daha erməni cəmiyyətində saxta tarix, saxta qədimlik, milli müstəsnalıq üzərində qurulan yanaşmaların yenidən önə çıxmasını müşahidə edirik. Böyük tarixə, zəngin mədəni irsə malik Azərbaycan xalqının tarixinin, mədəniyyətinin inkar edilməsi kökündən yanlış və təhlükəli siyasətdir. Sentyabrın 15-də bir sıra xarici ölkələrdən olan din xadimlərini qəbul edən Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan xalqı dünya mədəniyyətinə Nizami Gəncəvi, Xaqani Şirvani, Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai, Füzuli kimi dahi şəxsiyyətlər və mütəfəkkirlər bəxş edib.

Məhz bu kimi zəhərli ideologiya, yanaşmalar Ermənistanı, xüsusilə son 30 il ərzində, "miatsum" siyasətinə sürükləmiş, Qərbi azərbaycanlıların Ermənistandan deportasiyasına, Azərbaycan ərazilərinin işğalına, məqsədli şəkildə mədəni irsin, o cümlədən məscidlərin dağıdılmasına zəmin yaradıb. Bu siyasətin Ermənistan dövləti və erməni xalqı üçün hansı nəticələrə gətirib çıxarması hər kəsə aydındır.

Bəyanatda Qərbi Azərbaycan İcması erməni cəmiyyətini keçmişin səhvlərini təkrarlamamağa, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinə son qoymağa, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam şəkildə qəbul etməyə, habelə mütəmadi olaraq Azərbaycanda haqlı narazılıq yaradan təxribatçı əməllərdən çəkinməyə çağırıb.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

27-01-2024, 13:08

Mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin siyahısı təsdiqlənib

Ölkə

22-04-2024, 13:08

Birinci sinfə qəbul üzrə prioritet məktəblərin siyahısı açıqlanıb

Siyasət

21-08-2026, 13:59

Prezident Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Ölkə

25-04-2025, 16:25

“Torpaqlarımızın azadlığında Aprel Zəfəri” mövzusunda tədbir keçirildi

Ölkə
ADHTİ-nin dosenti IFOS 2026 Ümumdünya Konqresində Azərbaycanı təmsil edib
ADHTİ-nin dosenti IFOS 2026 Ümumdünya Konqresində Azərbaycanı təmsil edib
Nahid Şəmşirova 6 il şərti cəza verildi
Nahid Şəmşirova 6 il şərti cəza verildi
Bu bələdiyyələrin adları - Dəyişir
Bu bələdiyyələrin adları - Dəyişir
Surfkastinq üzrə Azərbaycan çempionatı keçiriləcək
Surfkastinq üzrə Azərbaycan çempionatı keçiriləcək
Siyasət
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 14:03
Qərbi Azərbaycan İcması bəyanat yayıb
“Hakan Fidanın bu səfəri xüsusi rəmzi məna daşıyır”
Dünən, 15:04
“Hakan Fidanın bu səfəri xüsusi rəmzi məna daşıyır”
Faiq Xudayevdən Ermənistan tərəfinin mövqeyinə dair AÇIQLAMA
Dünən, 15:01
Faiq Xudayevdən Ermənistan tərəfinin mövqeyinə dair AÇIQLAMA
Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar
Dünən, 12:03
Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar
Vətəndaşlarımız 90 gün İordaniyada vizasız qala biləcək
14-09-2026, 14:03
Vətəndaşlarımız 90 gün İordaniyada vizasız qala biləcək
Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi - Sərəncam
11-09-2026, 17:30
Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi - Sərəncam
Xəbər Lenti
  • Bu gün, 15:07
    ADHTİ-nin dosenti IFOS 2026 Ümumdünya Konqresində Azərbaycanı təmsil edib
  • Bu gün, 14:03
    Qərbi Azərbaycan İcması bəyanat yayıb
  • Bu gün, 13:29
    "Formula-1"in 2027-ci il təqvimi açıqlandı: Bakı yarışı nə vaxt keçiriləcək? - foto
  • Bu gün, 13:06
    Nahid Şəmşirova 6 il şərti cəza verildi
  • Bu gün, 12:08
    Azərbaycan nümayəndə heyəti CORLEAP-ın 15-ci illik yığıncağında iştirak edib - Fotolar
  • Bu gün, 11:26
    İranın zərbələrindən sonra ABŞ bazalarının vəziyyəti - Fotolar
  • Bu gün, 11:18
    Avropa Liqasında mövsümə start verilir
  • Bu gün, 11:09
    Bu bələdiyyələrin adları - Dəyişir
  • Bu gün, 11:05
    Surfkastinq üzrə Azərbaycan çempionatı keçiriləcək
  • Bu gün, 10:14
    Yük maşını aşdı, toyuqlar yola dağıldı
  • Bu gün, 10:06
    Borcu məhkəməsiz necə tələb etmək olar?
  • Bu gün, 09:29
    Niyə gözəllik prosedurlarının nəticəsi çox vaxt qalıcı olmur? - Ekspert səbəbləri izah edir
  • Bu gün, 09:00
    UEFA Avropa Liqasında yeni mövsüm başlayır: İlk turun qarşılaşmaları
  • Dünən, 17:37
    Ronaldu çıxış etdiyi Səudiyyə klubunu almaq istəyir
  • Dünən, 17:24
    “Avropa Parlamenti rüşvətxorlar yuvasıdır”
  • Dünən, 17:20
    Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
  • Dünən, 16:21
    Yardımlının icra başçısı vəzifəsindən azad edildi - Sərəncam
  • Dünən, 16:03
    Qara dənizdə mülki gəmilərə hücumdan danışdı
  • Dünən, 15:04
    “Hakan Fidanın bu səfəri xüsusi rəmzi məna daşıyır”
  • Dünən, 15:01
    Faiq Xudayevdən Ermənistan tərəfinin mövqeyinə dair AÇIQLAMA
  • Dünən, 14:29
    Bu şəxslərin Azərbaycanda qalma müddətləri - Qanunla müəyyənləşəcək
  • Dünən, 13:57
    Onlara da xüsusi rütbə veriləcək
  • Dünən, 13:32
    Cinayət törədən yeniyetmələrlə bağlı - Mühüm açıqlama
  • Dünən, 13:03
    Prezident Hakan Fidanı qəbul etdi - Fotolar
  • Dünən, 12:24
    Səfəvilər dövrünün Azərbaycan mütəfəkkirlərinə həsr olunmuş yeni kitab işıq üzü görüb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə