• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“Torpaqlarımızın azadlığında Aprel Zəfəri” mövzusunda tədbir keçirildi

Ölkə

25-04-2025, 16:25
“Torpaqlarımızın azadlığında Aprel Zəfəri” mövzusunda tədbir keçirildi

Beynəlxalq Diaspora Mərkəzinin və Qərbi Azərbaycan İcmasının Dərələyəz icmasının birgə təşkilatçılığı ilə “Torpaqlarımızın azadlığında Aprel Zəfəri” mövzusunda tədbir keçirildi.

Liderxeber.az xəbər verir ki, tədbir 1918-ci ilin aprelində Azərbaycan xalqının azadlığı uğrunda şəhid olmuş Qafqaz İslam Ordusunun (QİO) naməlum döyüşçüsünün Bakı-Şamaxı avtomobil yolunun kənarında ucaldılmış abidəsinin ziyarəti ilə başlandı.

Daha sonra iştirakçılar Azərbaycan, Türkiyə və İrəvan xanlığının bayraqları, həmçinin şüarlarla abidəyə doğru yürüş etdilər. Yol boyunca bayraqlar dalğalanıb, vətənpərvərlik ruhunda şüarlar səsləndirildi. 

Sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirildi.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev iştirakçıları salamlayaraq bildirdi ki, bu tədbirin əsas məqsədi torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhunu yad etmək və onların şanlı mübarizəsini unutmamaqdır. 

İsmayıl Ağayev çıxışında ermənilərin dünyaya təqdim etməyə çalışdığı saxta “erməni soyqırımı” iddialarının tamamilə əsassız olduğunu vurğulayaraq, əslində türk xalqına qarşı soyqırımı və terror aktlarının həyata keçirildiyini qeyd etdi. O bildirdi ki, bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, tarixi ədaləti bərpa etmək Beynəlxalq Diaspora Mərkəzinin və Qərbi Azərbaycan İcmasının əsas vəzifələrindən biridir.

Daha sonra Qərbi Azərbaycan İcmasının, Dərələyəz mahalının Paşalı rayon icmasının sədri, a.e.ü.f.d., dosent Faiq Xudayev Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərlinin və Dərələyəz mahalının Keşkənd icmasının sədri, professor Mahirə Hüseynovanın salamlarını tədbir iştirakçılarına çatdırdı.

O bildirdi ki, müstəqilliyimizə gedən yol torpaq uğrunda canını qurban vermis şəhidlərimizin qanı bahasına başa gəlir. Əsrin əvvəlindən bu günümüzə qədər dünya ictimaiyyətini aldadan, saxta informasiyalar yayan erməni vandallarının “saxta soyqırım” ifadəsini kəskin lənətləyirik və qəbul etmirik. Biz bir daha bəyan edirik ki, tarixin yaddaşından silinməyən əsl soyqırım erməni vandalları tərəfindən törədilib.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvləri Zaur İbrahimli və Fariz Əkbərov da çıxış edərək tədbirin əhəmiyyətini vurğuladı. Zaur İbrahimli Aprel Zəfərinin yalnız hərbi uğur deyil, həm də milli birliyin və Azərbaycan-Türkiyə qardaşlığının təntənəsi olduğunu qeyd etdi.

Çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, kimya üzrə fəlsəfə doktoru, tədqiqatçı alim Nazir Əhmədli tariximizin saxtalaşdırılmasından, türk ordusunun 1918-ci ildə Azərbaycan bolşevik ünsürlərindən və erməni vandallarından azad etməsindən danışdı.

Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni isə Ermənistan tərəfindən illərlə aparılan saxta soyqırımı təbliğatına qarşı türk və Azərbaycan xalqlarının haqq səsinin ucaldılmasının vacibliyini vurğuladı. O qeyd edib ki, Aprel döyüşləri və Qafqaz İslam Ordusunun qəhrəmanlığı bu saxta iddialara tutarlı cavabdır. 

Dərələyəz mahalının Keşkənd rayon icmasının sədr müavini və iş adamı Məhəmməd Rəsuloğlu Türkiyə Respublikasının Konya şəhərindən canlı tədbirə qoşularaq qardaşlığımızın daimi və əbədi olduğunu vurğuladı və çox yaxın zamanda dogma yurd yerimiz olan Qərbi Azərbaycanımıza dönəcəyimizi vurğuladı. İşgüzar səfərdə olduğu Konya şəhərindən Türkiyəli iş adamlarının salamlarını və dəstəyini iştirakçılara çatdırdı.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, Paşalı rayonunun İstisu icmasının sədri, filologiya üzrə fəlsəfə doktoru Alı Əliyev, Sabunçu rayon icmasının sədri Ələmdar Nəbiyev və digər natiqlər də Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını dəstəklədiklərini və bu istiqamətdə mübarizəni davam etdirəcəklərini bəyan etdilər.

Çıxış edən Qərbi Azərbaycan İcması Dərələyəz mahalının Paşalı rayon İcması üzrə Qadınlar Şurasının sədri Xatirə Mehdiyeva tarixi, doğma Qərbi Azərbaycana qayıdışın yaxın olduğunu vurğuladı. Dərələyəz mahalının Paşalı rayon İcması üzrə Qadınlar Şurası adından qeyd etdi ki, belə tədbirlərin keçirilməsi çox böyük əhəmiyyət kəsb edir, Qadınlar Şurası olaraq bir daha bəyan edirik ki, bizim dədə-baba torpaqlarımıza qayıtmaq hüququmuz var və mütləq qayıdacağıq.

Tədbirdə Paşalı rayonunun İstisu, Gomur, Terp, Kotanlı, Gabud, Cul, Keşkənd rayonunun Amağu icma sədrləri və kənd nümayəndələri iştirak etdilər.  

Tədbirin rəsmi hissəsindən sonra iştirakçılar “Təklə” restoranında təşkil olunmuş ziyafətdə bir araya gəldilər. Məclis yüksək milli ruhda keçdi. İştirakçılar İrəvan xanlığının bayraqları altında milli rəqslər ifa etdilər. Tədbirin bədii hissəsində müğənni Rəşad İdrisoğlu gözəl ifası ilə xalq mahnılarından “Üç ayaq”, “Yallı”, “İrəvanda xal qalmadı”, “Dərələyəz” və digər əsərləri səsləndirərək məclisə xüsusi rəng qatdı. Onun ifası təkcə musiqi baxımından deyil, həm də verdiyi mesaj və yaratdığı milli ruh baxımından tədbir iştirakçılarına dərin təsir bağışladı. Tədbirdə çıxış edənlər arasında Beynəlxalq Diaspora Mərkəzinin (BDM) sədrinin birinci müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Ceyhun Şakiroğlu, İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev, Zəkiyyə xanım, Xəqani müəllim, BDM Gənclər Departamentinin rəhbəri Ramal İsmayılov, Paşalı rayonunun Terp icmasının üzvlərindən şair İnqilab Dərələyəzli və şair Bilman Qüdrət çıxışlarında tədbirin əhəmiyyətindən bəhs edərək, belə tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyətiə malik olduğunu vurğuladılar.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

19-12-2024, 16:04

Beynəlxalq Diaspor Mərkəzi: Qərbi Azərbaycanlıların deportasiyası və vətəndaş cəmiyyətinin rolu mövzusunda tədbir keçirdi

Ölkə

15-06-2024, 19:39

“Dərəlyəzə, Paşalıya qayıtmaq arzusuyla Her-herlilərlə bir gün” adlı tədbir keçirilib

Ölkə

24-02-2025, 12:01

“Qərbi Azərbaycana – Dərələyəzə (İstisuya) qayıdış” adlı tədbir keçirilib

Ölkə
ADHTİ-nin dosenti IFOS 2026 Ümumdünya Konqresində Azərbaycanı təmsil edib
ADHTİ-nin dosenti IFOS 2026 Ümumdünya Konqresində Azərbaycanı təmsil edib
Nahid Şəmşirova 6 il şərti cəza verildi
Nahid Şəmşirova 6 il şərti cəza verildi
Bu bələdiyyələrin adları - Dəyişir
Bu bələdiyyələrin adları - Dəyişir
Surfkastinq üzrə Azərbaycan çempionatı keçiriləcək
Surfkastinq üzrə Azərbaycan çempionatı keçiriləcək
Siyasət
Xatirə Mehdiyevadan Ermənistan tərəfinin mövqeyinə dair AÇIQLAMA
Bu gün, 15:26
Xatirə Mehdiyevadan Ermənistan tərəfinin mövqeyinə dair AÇIQLAMA
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 14:03
Qərbi Azərbaycan İcması bəyanat yayıb
“Hakan Fidanın bu səfəri xüsusi rəmzi məna daşıyır”
Dünən, 15:04
“Hakan Fidanın bu səfəri xüsusi rəmzi məna daşıyır”
Faiq Xudayevdən Ermənistan tərəfinin mövqeyinə dair AÇIQLAMA
Dünən, 15:01
Faiq Xudayevdən Ermənistan tərəfinin mövqeyinə dair AÇIQLAMA
Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar
Dünən, 12:03
Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar
Vətəndaşlarımız 90 gün İordaniyada vizasız qala biləcək
14-09-2026, 14:03
Vətəndaşlarımız 90 gün İordaniyada vizasız qala biləcək
Xəbər Lenti
  • Bu gün, 15:26
    Xatirə Mehdiyevadan Ermənistan tərəfinin mövqeyinə dair AÇIQLAMA
  • Bu gün, 15:07
    ADHTİ-nin dosenti IFOS 2026 Ümumdünya Konqresində Azərbaycanı təmsil edib
  • Bu gün, 14:03
    Qərbi Azərbaycan İcması bəyanat yayıb
  • Bu gün, 13:29
    "Formula-1"in 2027-ci il təqvimi açıqlandı: Bakı yarışı nə vaxt keçiriləcək? - foto
  • Bu gün, 13:06
    Nahid Şəmşirova 6 il şərti cəza verildi
  • Bu gün, 12:08
    Azərbaycan nümayəndə heyəti CORLEAP-ın 15-ci illik yığıncağında iştirak edib - Fotolar
  • Bu gün, 11:26
    İranın zərbələrindən sonra ABŞ bazalarının vəziyyəti - Fotolar
  • Bu gün, 11:18
    Avropa Liqasında mövsümə start verilir
  • Bu gün, 11:09
    Bu bələdiyyələrin adları - Dəyişir
  • Bu gün, 11:05
    Surfkastinq üzrə Azərbaycan çempionatı keçiriləcək
  • Bu gün, 10:14
    Yük maşını aşdı, toyuqlar yola dağıldı
  • Bu gün, 10:06
    Borcu məhkəməsiz necə tələb etmək olar?
  • Bu gün, 09:29
    Niyə gözəllik prosedurlarının nəticəsi çox vaxt qalıcı olmur? - Ekspert səbəbləri izah edir
  • Bu gün, 09:00
    UEFA Avropa Liqasında yeni mövsüm başlayır: İlk turun qarşılaşmaları
  • Dünən, 17:37
    Ronaldu çıxış etdiyi Səudiyyə klubunu almaq istəyir
  • Dünən, 17:24
    “Avropa Parlamenti rüşvətxorlar yuvasıdır”
  • Dünən, 17:20
    Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
  • Dünən, 16:21
    Yardımlının icra başçısı vəzifəsindən azad edildi - Sərəncam
  • Dünən, 16:03
    Qara dənizdə mülki gəmilərə hücumdan danışdı
  • Dünən, 15:04
    “Hakan Fidanın bu səfəri xüsusi rəmzi məna daşıyır”
  • Dünən, 15:01
    Faiq Xudayevdən Ermənistan tərəfinin mövqeyinə dair AÇIQLAMA
  • Dünən, 14:29
    Bu şəxslərin Azərbaycanda qalma müddətləri - Qanunla müəyyənləşəcək
  • Dünən, 13:57
    Onlara da xüsusi rütbə veriləcək
  • Dünən, 13:32
    Cinayət törədən yeniyetmələrlə bağlı - Mühüm açıqlama
  • Dünən, 13:03
    Prezident Hakan Fidanı qəbul etdi - Fotolar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə