• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“Qərbi Azərbaycana – Dərələyəzə (İstisuya) qayıdış” adlı tədbir keçirilib

Ölkə

24-02-2025, 12:01
“Qərbi Azərbaycana – Dərələyəzə (İstisuya) qayıdış” adlı tədbir keçirilib

Sumqayıtda, “Sevgilim” şadlıq sarayında Paşalı Rayon İstisu İcmasının təşkilatçılığı ilə “Qərbi Azərbaycana – Dərələyəzə (İstisuya) qayıdış” adlı möhtəşəm tədbir keçirildi.

Liderxeber.az xəbər verir ki, tədbir Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın birliyini gücləndirmək, tarixi yaddaşı qorumaq və qayıdış ideyasına mənəvi dəstək vermək məqsədilə təşkil edilmişdi.

Tədbir iştirakçıları əvvəlcə “İstisu xatirələrdə” adlı sərgi ilə tanış oldular. Burada İstisu bölgəsinin zəngin tarixi, deportasiya olunmuş soydaşlarımızın keçmişini əks etdirən nadir fotolar, arxiv sənədləri və xatirə əşyaları nümayiş olundu.

Tədbirin aparıcısı Həsən Əhmədov qonaqları salamladıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra İstisu İcmasının sədri Alı Safolu (Alıyev) çıxış edərək Qərbi Azərbaycanın tarixindən, İcmanın fəaliyyətindən və soydaşlarımızın birliyinin gücləndirilməsinin əhəmiyyətindən danışdı. O, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərliyə və Paşalı Rayon İcmasının sədri Faiq Xudayevə göstərdikləri dəstəyə görə minnətdarlıq etdi.

İlk çıxış edən İstisu İcmasının ağsaqqalı Yusif müəllim Qərbi Azərbaycan məsələsinin milli kimliyimiz üçün həyati əhəmiyyətini vurğuladı. Daha sonra Paşalı Rayon İcmasının sədri Faiq Xudayev diaspor təşkilatlarının qayıdış ideyasının reallaşmasında aktiv iştirakının vacibliyini qeyd etdi. O, İstisu İcmasında fərqlənən şəxslərə təşəkkürnamlər təqdim olundu. 

Keşkənd İcmasının sədr müavini Məhəmməd Rəsuloğlu, Gomur kənd İcmasının sədri Bəxtiyar Həsənov, Herher İcmasının sədri Afaq Sadıqova, Arınc İcmasının sədri Nigar Həsənova və eyni zamanda "Dərələyəz" qəzetinin redaktoru Raqub Kamal geniş çıxış edərək qayıdışımızın reallaşması istiqamətində daha da mübariz olmağın vacibliyini diqqətə çatdırdılar.Daha sonra çıxış edən Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəliyinin sədri Ramiz İsmayılov, İstisu İcmasının sədr müavini Şamil Alıyev və digər ictimai xadimlər İstisu İcmasının gördüyü işlərin mühüm əhəmiyyətini vurğuladılar.

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev çıxış edərək İstisu İcmasının təşkilatçılıq bacarığını yüksək qiymətləndirdi və onların Qərbi Azərbaycan hərəkatının öncüllərindən olduğunu vurğuladı. O, Terp kənd icmasının sədri Ceyhunə Şirəliyevanın fəaliyyətini də xüsusi qeyd etdi. Sonda İsmayıl Ağayev İstisu İcmasının sədri Alı Alıyevə Beynəlxalq Diaspor Mərkəzinin adından təşəkkürnamə və plaket təqdim etdi.

Tədbir çərçivəsində Beynəlxalq Diaspora Mərkəzinin Avropa nümayəndəliyinin rəhbəri, professor Azər Kərimovun təbrik mesajı səsləndirildi. 

İstisu İcması tərəfindən şəhid valideynlərinə və icmanın fəal üzvlərinə təşəkkürnamələr və mükafatlar təqdim olundu.

Tədbir xalq musiqiləri və milli rəqslərlə davam etdi, iştirakçılar üçün təşkil olunan musiqi proqramı mərasimin xüsusi bir ruhda yekunlaşmasına şərait yaratdı. Sonda xatirə şəkilləri çəkildi və bu tarixi gün yaddaşlara həkk olundu.

Beləliklə, “Qərbi Azərbaycana – Dərələyəzə (İstisuya) qayıdış” adlı tədbir həm tarixi məqamların vurğulandığı, həm də gələcəyə ümid dolu baxışın sərgiləndiyi bir toplantı kimi yadda qaldı.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

15-06-2024, 19:39

“Dərəlyəzə, Paşalıya qayıtmaq arzusuyla Her-herlilərlə bir gün” adlı tədbir keçirilib

Ölkə

19-12-2024, 16:04

Beynəlxalq Diaspor Mərkəzi: Qərbi Azərbaycanlıların deportasiyası və vətəndaş cəmiyyətinin rolu mövzusunda tədbir keçirdi

Ölkə

14-12-2024, 21:08

Qərbi Azərbaycan İcmasında gənclərlə görüş keçirilib - FOTO

Ölkə
Bakıda maşın velosipedçini vuraraq öldürüb
Bakıda maşın velosipedçini vuraraq öldürüb
Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
Prezident onları təltif etdi - Adlar
Prezident onları təltif etdi - Adlar
Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
Siyasət
Yenidən sədr və müavin oldular
Dünən, 16:42
Yenidən sədr və müavin oldular
Leysan Məmmədov vəzifəsindən azad edilib
Dünən, 10:08
Leysan Məmmədov vəzifəsindən azad edilib
Yeni Ombudsman namizədləri onlardır
Dünən, 09:46
Yeni Ombudsman namizədləri onlardır
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Dünən, 16:27
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Rəsmi Bakıdan Türkiyəyə təbrik
29-10-2026, 12:00
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Yeni Ombudsman seçiləcək
29-10-2026, 11:01
Yeni Ombudsman seçiləcək
Xəbər Lenti
  • Dünən, 14:27
    Füzuli teatrı İmişlidə “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası ilə çıxış edib
  • Dünən, 13:07
    Füzuli teatrı İmişlidə “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası ilə çıxış edib
  • Dünən, 12:52
    Bakıda maşın velosipedçini vuraraq öldürüb
  • Dünən, 12:10
    Mixail Qusmanın məşhur proqramı efirə qayıdır: Bu dəfə Azərbaycan kanallarında - Video
  • Dünən, 10:34
    Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
  • Dünən, 09:41
    İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
  • Dünən, 09:08
    Tehrandan Avropaya - Sərt xəbərdarlıq
  • Dünən, 09:00
    Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
  • Dünən, 17:39
    "Green Card"a qeydiyyatı gözləyənlərə pis xəbər
  • Dünən, 17:28
    Təyyarəsi 20 saatdan çox havada qaldı
  • Dünən, 16:42
    Yenidən sədr və müavin oldular
  • Dünən, 16:29
    Prezident onları təltif etdi - Adlar
  • Dünən, 15:31
    Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
  • Dünən, 15:00
    Laçın döyüşlərində şəhid olan polkovnik-leytenantın anım günüdür
  • Dünən, 14:58
    Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı
  • Dünən, 14:07
    Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
  • Dünən, 13:58
    Bu tarixdən Balakənə qatarla gedə bilərsiniz
  • Dünən, 12:31
    Yeni Suraxanı-Hövsan xəttinin bərpası davam etdirilir
  • Dünən, 11:36
    Mərkəzi Banka yeni səlahiyyət verilir
  • Dünən, 11:34
    Bu halda quruda kranlarla görülən bütün növ işlər dayandırılacaq
  • Dünən, 10:22
    Biləcəridə hotelin fəaliyyəti dayandırıldı - Video
  • Dünən, 10:19
    “Turan Tovuz” “Sabah”a qarşı
  • Dünən, 10:08
    Leysan Məmmədov vəzifəsindən azad edilib
  • Dünən, 09:46
    Yeni Ombudsman namizədləri onlardır
  • Dünən, 09:31
    İpoteka müraciətləri “SİMA İmza”nın üztanıma texnologiyası ilə təsdiqlənəcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə