• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Getdikcə kəskinləşən PROBLEM: Bölgələrdə həkim çatışmazlığı pik həddə

Ölkə

3-02-2025, 11:08
Getdikcə kəskinləşən PROBLEM: Bölgələrdə həkim çatışmazlığı pik həddə

Bölgələrdə ciddi həkim çatışmazlığı var.

Müşahidələr göstərir ki, rayonlarda peşəkar yaşlı həkimlər kütləvi şəkildə paytaxtdakı özəl klinikalara üz tuturlar. Gənc həkimlər də bölgələrə getmək istəmirlər. Nəticədə çox xoşagəlməz mənzərə yaranır. Rayonlarda yaşayan insanlar adi bir cərrahiyə əməliyyatı üçün Bakıya üz tutmaq məcburiyyətində qalırlar.

Liderxeber.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Onları təqaüdə göndərməyin nə mənası var?!"

Sözügedən məsələ parlamentdə də gündəmə gəlib. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, bəzi rayonlarda 100-dən artıq həkim və orta tibb işçisi çatışmır. Komitə sədrinin sözlərinə görə, problemi daha da dərinləşdirən məsələ odur ki, 65 yaşı tamam olan həkimləri həmin gün çağırıb təqaüdə göndərirlər: "Əgər regionlarda həkim çatışmazlığı varsa, onları təqaüdə göndərməyin nə mənası var?! Çox vaxt həmin həkimlərin işləmə vaxtını bir il uzadırlar. Bu da böyük problemə çevrilir. Aidiyyəti üzrə dəfələrlə danışıqlar aparılır və bildirirlər ki, Bakıda təqaüdə çıxmış həkimləri bölgələrə göndərək. Təbii ki, bu, absurd məsələdir. Çünki Bakıda həmin yaşda olan hansı həkim gedib bölgədə fəaliyyət göstərəcək?!"

Bəs görəsən, getdikcə kəskinləşən problemin həlli üçün hansı addımlar atıla bilər?

"Təyinat olarsa, həkim də gedib işləyər"

Ekspert Rasif Bağırov hesab edir ki, həkimlərin bölgələrdən uzaq düşməsi kadrların yerləşdirilməsi prosesindəki nöqsanlardan qaynaqlanır: "Problemi aidiyyəti qurumlar özləri yaradırlar. Sonra da məsələni həll etmək üçün "baş sındırırlar". Əslində Azərbaycanda həkim sayı ilə bağlı problem yoxdur. Hətta bəzi ölkələrlə müqayisədə həkimlərin sayı daha çoxdur. Bizdə əsas problem yerləşdirilmə ilə bağlıdır". Ekspert vurğulayıb ki, sovet dövründə də Azərbaycan Tibb Universitetinin ildə təxminən indiki qədər məzunu olub. Amma bölgələrdə həkim çatışmazlığı müşahidə edilməyib: "Çünki o dövrdə həkimlərə məcburi qaydada üç illik təyinat verilirdi. Hər kəs də gedib işləyirdi, yer boş qalmırdı. İndi Tibb Universitetini bitirən məzunların dövlət xəstəxanalarına işə qəbulu müsabiqə yolu ilə aparılır. Təyinat məsələsi demək olar ki, yoxdur. Əgər təyinat olarsa, həkim də gedib işləyər. Bölgələrdə həkimlərin maaşı pis deyil, dolanmaq olar".

Bu say sürətlə artır

Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Birliyinin rəhbəri İlqar Hüseynlinin sözlərinə görə, hazırda demək olar ki, bütün rayonlarda həkimlərə ehtiyac var: "Ölkədə ciddi həkim qıtlığı mövcuddur. Sovet dönəmində tələbələr Tibb Universitetini bitirib dərhal ixtisas alıb həkim kimi fəaliyyətə başlayırdılar. Lakin indiki sistemdə rezidentura təhsili var, yeni ixtisasa yiyələnmə ilə bağlı problemlər var. Tutaq ki, əvvəllər ölkədə kardioloq, ginekoloq çatışmazlığı olardısa, bu zaman ixtisasdəyişmə edilirdi. Artıq bu da yoxdur. Eyni zamanda, həkimlərin normal əməkhaqqı təminatı da mövcud deyil. Çox təəssüf ki, müstəqillik illərində bu problem daha da dərinləşdi. Nəticədə digər ölkələr həkimlərimiz üçün daha cəlbedici oldu. Məsələn, son illərin statistikasına görə, yalnız Almaniyaya 2000-ə yaxın gəncimiz həkim kimi çalışmağa gedib. Bu say sürətlə artır. Problemin daha da dərinləşməməsi üçün həkimlərin əməkhaqqı artırılmalıdır. Rayonlara gedən ixtisaslı tibb işçilərinin mənzil təminatı yaxşılaşdırılmalı, onlara əlavə ödənişlər edilməldir. Bunlar olmasa, həkimlərimizi itirməyə davam edəcəyik".

Yaş senzinin aradan qaldırılmasına ehtiyac var

Ekspert həkimlər üçün nəzərdə tutulan yaş senzinin aradan qaldırılmasının vacibliyini də qeyd edib: "65 yaşa çatan həkimlərin yaş senzi səbəbindən kütləvi olaraq işdən azad edilməsini doğru saymıram. Ölkənin əsas universitetlərində 75 yaşına qədər çalışan professor, müəllim heyəti var. Pensiyanın təyin edilməsi o demək deyil ki, illərdir fəaliyyət göstərən təcrübəli həkimlərin hamısı işdən azad edilsin".

İ.Hüseynli deyib ki, inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən məşhur həkimlərin əksəriyyəti 65-70 yaşında olanlardır: "Onlar həm tibbi xidmət göstərirlər, həm də tədrislə məşğul olurlar".

TƏBİB-də də problemi inkar etmirlər

Problemin mövcudluğunu TƏBİB-də də inkar etmirlər. Mövcud vəziyyətlə bağlı "Kaspi"nin sorğusuna cavab olaraq bildirilib ki, hazırda qurumun tabeliyindəki tibb müəssisələrində 17 092 həkim fəaliyyət göstərir: "Bununla belə, bölgələrdə yerləşən bəzi tibb müəssisələrində müəyyən dar ixtisaslar üzrə həkim kadrlarının çatışmazlığı müşahidə edilməkdədir. Mövcud çatışmazlığın aradan qaldırılması istiqamətində TƏBİB tərəfindən səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görülür. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən isə "Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2023-2024-cü illər üçün Proqram" layihəsi həyata keçirilib. Bu layihə çərçivəsində müxtəlif ixtisaslar üzrə işə qəbul olunan 65 həkim-mütəxəssis (uzman) hazırda Abşeron, Biləsuvar, Şəki, Şəmkir, Samux rayon mərkəzi xəstəxanalarında, Gəncə Şəhər Birləşmiş Xəstəxanasında, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, Nərimanov Tibb Mərkəzi, Respublika Klinik Xəstəxanası, Sabunçu Tibb Mərkəzində çalışırlar. Həmin həkim-mütəxəssislər daha çox tələbat olan cərrahi, radioloji, terapevtik və pediatrik profilli ixtisaslar üzrə cəlb olunublar".

Yeni işə qəbul qaydası qüvvəyə minib

Qurumdan vurğulanıb ki, Nazirlər Kabineti "Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası"nı təsdiq edilib. Həmin qayda 2025-ci il yanvarın 1-dən qüvvəyə minib: "Sözügedən qayda ilə dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu vahid formada tənzimlənəcək".

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

19-11-2024, 13:00

“O həkimləri təqaüdə göndərmək nə dərəcədə doğrudur?”

Ölkə

22-04-2024, 13:08

Birinci sinfə qəbul üzrə prioritet məktəblərin siyahısı açıqlanıb

Cəmiyyət

6-01-2025, 17:53

Qrip əlamətlərini paylaşan metapnevmovirus: Hədəfdə uşaqlar var

Ölkə

18-04-2023, 07:46

Başlıbel faciəsindən 30 il ötür - VİDEO

Ölkə
Bu cərimənin məbləği kəskin azaldılır
Bu cərimənin məbləği kəskin azaldılır
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
Siyasət
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Bu gün, 17:25
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Dünən, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Penitensiar xidmətə yeni rəis təyin edildi
Dünən, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Dünən, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
26-10-2026, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
26-10-2026, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Xəbər Lenti
  • Bu gün, 17:36
    Kredit borcu zaminin əmlakına qadağa üçün əsas deyil
  • Bu gün, 17:25
    Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Bu gün, 16:39
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Bu gün, 16:22
    Azərbaycan Kubokunda 1:9 hesabı ilə uduzdular
  • Bu gün, 16:00
    Bu cərimənin məbləği kəskin azaldılır
  • Bu gün, 15:11
    Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
  • Bu gün, 15:03
    Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
  • Bu gün, 14:37
    İspaniya Superkuboku matçları Azərbaycanda keçirilə bilər
  • Bu gün, 14:10
    DYP elektroskuter istifadəçilərinə müraciət etdi
  • Bu gün, 13:30
    İspaniyada sürət qatarları toqquşdu - 10 ölü
  • Bu gün, 12:52
    Gələn il yaşayış minimumu və ehtiyac meyarı — Bu qədər olacaq
  • Bu gün, 11:40
    Serbiyada İsrail səfirliyinin əməkdaşına hücum olub - Fotolar
  • Bu gün, 11:12
    Yasamalda məktəbdə bədbəxt hadisə - Şagird öldü - Yenilənib
  • Bu gün, 10:30
    Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
  • Bu gün, 10:18
    İsraildə seçkilərin ilkin nəticələri - Netanyahunun bloku liderdir
  • Bu gün, 10:14
    Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
  • Bu gün, 10:00
    Azərbaycan millisi U-15 dünya çempionatında növbəti matçını keçirəcək
  • Bu gün, 09:09
    Benzin qiymətlərinə görə Baydeni tənqid etdi - Mübahisələrə səbəb oldu
  • Bu gün, 09:00
    ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
  • Dünən, 20:54
    Vyanada Azərbaycan səssiz filmləri nümayiş olunub - FOTO
  • Dünən, 16:48
    Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
  • Dünən, 16:39
    Hava dəyişəcək - Xəbərdarlıq
  • Dünən, 15:00
    Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
  • Dünən, 14:42
    Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
  • Dünən, 14:30
    Avropa liderləri Putinlə danışdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə