• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Qrip əlamətlərini paylaşan metapnevmovirus: Hədəfdə uşaqlar var

Cəmiyyət

6-01-2025, 17:53
Qrip əlamətlərini paylaşan metapnevmovirus: Hədəfdə uşaqlar var

Çində insanlar arasında az tanınan metapnevmovirus (HMPV) adlı yeni bir virusun yayılması narahatlıq yaradıb. Xüsusilə də virusun, əsasən, uşaqlar arasında sürətlə yayılması diqqət çəkib.

Liderxeber.az xəbər verir ki, yayılan məlumatlara görə, metapnevmovirusun simptomları qrip əlamətlərinə bənzəyir - öskürək, qızdırma, burun tutulması və axması. Adətən, öskürmə və asqırma zamanı, eləcə də xəstə insanla yaxın təmasda, məsələn, qucaqlaşma və ya öpüşmə zamanı insandan-insana keçə bilir.

Xəstəliyin faktiki miqyası məlum olmadığı üçün Azərbaycanda da bu virusun olub-olmaması insanların diqqət mərkəzinə düşən suallardan biridir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla açıqlamasında bildirib ki, hazırda Çində 14 yaşa qədər uşaqlar arasında yayılan metapnevmoniya virusunun bu gün Azərbaycanda da olması ilə bağlı birmənalı söz demək mümkün deyil:

"Çünki rəsmi mənbələr bunu deməlidirlər, virus identifikasiya olunmalıdır. Amma hər halda mənzərə qarışıqdır - bir tərəfdən, "Omicron" ştammının mutasiya variantları, bir tərəfdən, yeni viruslar, elə qrip virusunun özü xeyli qarışıq mənzərə yaradıb.

Əhali arasında geniş yayılma imkanları var və biz xeyli insandan şikayətlər alırıq. Sutka ilə yataqdan qalxa bilmir, halsızlıq, zəiflik, burun tutulması, asqırma, öskürmə, ümumi baş ağrıları, bel ağrıları. Bütün bunlar insanları haldan salıb.

Bir məsələ də var ki, həddən artıq insan özbaşına müalicə ilə məşğuldur - antibiotiklər alırlar və bir-birinin məsləhəti ilə özlərinə "müalicə" təyin edirlər. Bu işi sistemə salmaq lazımdır".

İşi sistemə salmağın yolunu isə A.Qeybulla əhalinin maariflənməsində görür.

"Televiziya ekranlarından maarifləndirməni artırmaq, insanları başa salmaq lazımdır ki, boşuna antibiotiklərdən istifadə etməsinlər, həkimə müraciət etsinlər, həkim təyinatını həyata keçirsinlər, ev şəraitində nələri etmək mümkündür, yataq rejimində olmaq lazımdır və s. Təəssüf ki, bəzən insanlar yataq rejimini gözləmirlər, işə çıxır, kollektivi yoluxdururlar. Nəticədə geniş bir mənzərə yaranır. Düşünürəm ki, uşaqlar arasında bu gün yayılan infeksiya metapnevmoniya virusu da ola bilər, rinovirus (Rhinovirus (RV) da ola bilər, influenza (Influenza A) da. Durum bu cürdür. Biz çalışmalıyıq ki, bunun maarifləndirmə işini artıraq", - deyə həkim bildirib.

Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-infeksionisti Polina Əliyeva da açıqlamasında indiki epidemik vəziyyətlə bağlı məlumatların az olduğunu diqqətə çatdırıb.

O qeyd edib ki, pnevmosistik (mikoplazma) pnevmoniyası ilə metoplazma pnevmoniyası eyni şey deyil, patologiyaları fərqlidir:

"Pnevmosistik pnevmoniya göbələk mənşəlidir, metoplazmatik pnevmoniya isə hüceyrədaxili bakterial pnevmoniyadır. Pnevmosistik pnevmoniya yalnız immun çatışmazlığı zamanı və onkoloji xəstələrdə müşahidə olunur.

Son vaxtlar biz bir çox uşaqlarda pnevmosistik pnevmoniya müşahidə edirik. Bunlar yanaşı xəstəliyi olmayan uşaqlar olduğu üçün bəzi suallar yaradır və biz bilmirik ki, niyə pnevmosistik pnevmoniya hallarını müşahidə edirik.

Metoplazma ilə əsaslı müayinələr illərdir var. Kəskin ümumi zəiflik, halsızlıq və əzələ ağrıları ümumi intoksikasiyanın simptomlarıdır. Əgər xəstədə hansısa respirator virus infeksiyasından şübhələniriksə və ya müşahidə ediriksə, başa düşürük ki, bu, ümumi virus intoksikasiyası nəticəsində əmələ gələn əlamətlərdir".

"Əvvəllər, adətən, bu simptomlar çox kəskin və ilk plana çıxan əlamətlər olmurdu. Əsas simptomlar öskürək, yüksək hərarət, oynaq və əzələ ağrıları isə dördüncü, ya beşinci yerdə idi.

İndiki dövrdə isə respirator virus infeksiyalı xəstələrdə bu əlamətlər ilk plana çıxır və xəstə uzun müddət bu simptomlardan əziyyət çəkir.

Bu o deməkdir ki, müşahidə olunan virus həddindən artıq virulentdir və toksikdir. Biz ya hansısa bir yeni bir virus növü, ya da hansısa virus ştammı ilə rastlaşmışıq və o səbəbdən bunu müşahidə edirik.

Son beş ildir ki, biz yeni bir virus növü ilə mübarizə aparırıq - koronavirus infeksiyası, daha doğrusu, SARS COV19. Ondan sonra həm xəstələrdən, həm də digər vətəndaşlardan kifayət qədər suallar gəlir ki, biz necə müəyyən edək ki, yoluxduğumuz bakterial infeksiyadır, yoxsa virus infeksiyasıdır?

Ona görə tövsiyə edirik ki, əgər respirator virus əlamətləri, qızdırma və yaxud soyuqdəymə varsa və üç gündən çox müşahidə olunursa, mütləq qanın ümumi analizi və digər spesifik biokimyəvi analizlər verilməlidir. Bu analizlərə baxılmalıdır və yalnız ondan sonra müəyyən olunmalıdır ki, bu, virus infeksiyasıdır, yoxsa bakterial infeksiya.

Son üç ay ərzində şəxsən mənə müraciət edən xəstələrdə belə bir mənzərəni müşahidə edirik. Görürük ki, CRP, C reaktiv zülalın (belə bir biokimyəvi analiz var ki, bizə iltihab və infeksion fonu göstərir) yüksəlir, amma qanın ümumi analizlərində infeksion fon sakitdir və ya virus infeksiyasına qarşı bizə səslənir ki, misal üçün, bəzi göstəricilər var ki, onlar azalır, bəziləri çoxalır. Ona əsasən də biz virus infeksiyasından şübhələnirik və virus infeksiyası kimi bu pnevmoniyaları müalicə edirik", - deyə P.Əliyeva bildirib.

İnfeksiyaya yoluxan insanlarda sağaldıqdan sonra belə uzunmüddətli quru və yaş öskürək müşahidə olunmasının səbəblərinə gəlincə isə həkim-infeksionist bildirib ki, bu, ağciyərin zədələnməsi səbəbindən baş verir.

"Son üç-dörd ay ərzində, yəqin, özünüz də tanışlarınızda və ya ailə üzvlərinizdə belə bir simptomla rastlaşmısınız ki, soyuqdəymə keçir, amma öskürək uzun müddət qalır. Bu, onun göstəricisidir ki, proses çox çətindir və ağciyər mütləq bu prosesdə iştirak edib, zədələnib.

O səbəbdən öskürək çox uzun müddət çəkir və hazırda satışda olan öskürək dərmanları effekt vermir. Bunun səbəbi haqqında çox danışmaq olar.

Ola bilər ki, yenə də hansısa bir yeni virus infeksiyası növüdür, əgər metapnevmovirus infeksiyalarından danışırıqsa, Çində və digər ölkələrdə, məsələn, Ukrayna, Malayziya, Böyük Britaniya və Qazaxıstanda təsdiqlənmiş hallar var. Son məlumatlara əsasən, bu ölkələrdə bu virus infeksiyası hazırda mövcuddur.

Metapnevmovirus infeksiyaları ilə biz hələ 2001-ci ildən məlumat əldə etmişik və bu cür virusların olduğundan xəbərdarıq.

Maraqlı məqam odur ki, adətən, bu viruslar ya üç-beş yaşına qədər uşaqlarda və yenidoğulmuşlarda, ya da yaşlı nəslin nümayəndələrində müşahidə olunurdu. Hətta ölümlə nəticələnən çox az, iki ya üç hal da var.

İndiki epidemik vəziyyətlə bağlı isə məlumat o qədər az gəlir ki. Yaşlı nəsildən başqa, cavan nəsil də yoluxur və aktiv olaraq bu xəstəliyi keçirirsə, burada virusun artıq mutasiya olduğu və yeni bir metapnevmovirus ştammının əmələ gəlməsi məsələsi ortaya çıxır. Çox güman ki, belə bir vəziyyət var. Amma bizim məlumatlarına daha çox inandığımız, bizə məlumatı verən mənbələr olan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və böyük virus laboratoriyalarına sahib olan tibb universitetləri hələ ki bu barədə hər hansı məlumat vermirlər. Buna görə də tam dəqiq bilmirik ki, metapnevmovirusun belə sürətlə yayılma səbəbi nədir", - deyə həkim-virusoloq bildirib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Cəmiyyət

6-01-2025, 12:06

Son günlər yayılan virus nədir?

Ölkə

29-01-2024, 12:53

SN: 5-14 yaş qrupu uşaqlar Hepatit A virusuna daha çox yoluxur

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

19-01-2024, 13:25

Qızılcanın əsas kliniki əlamətləri - Açıqlandı

Ölkə
Bakı və Sumqayıtda peyvəndlənmə başlandı

“İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi

Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto

Qubada iki bələdiyyənin adı dəyişdirildi

Siyasət
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Bu gün, 15:26
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Bu gün, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Dünən, 17:14
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Dünən, 14:00
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
19-10-2026, 16:30
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
19-10-2026, 15:42
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Xəbər Lenti
  • Bu gün, 17:05
    Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
  • Bu gün, 16:55
    Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurub
  • Bu gün, 16:10
    Etiraz aksiyalarını qadağan edəcəklər
  • Bu gün, 15:26
    Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
  • Bu gün, 15:00
    “İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
  • Bu gün, 14:11
    Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
  • Bu gün, 14:08
    ABŞ-yə cavab olaraq “bombaların atası”nı təqdim edəcəklər
  • Bu gün, 13:38
    Paşinyan növbədənkənar seçkiləri istisna etmir
  • Bu gün, 13:17
    Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
  • Bu gün, 12:30
    Qubada iki bələdiyyənin adı dəyişdirildi
  • Bu gün, 12:10
    Süni intellektlə yaradılmış 50 milyondan çox musiqi məhdudlaşdırıldı
  • Bu gün, 11:32
    “Tramp” dəmir barmaqlıqlar arxasında
  • Bu gün, 11:20
    Bu forumda Azərbaycana yeni birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır - Foto
  • Bu gün, 11:09
    Payız niyə yaz kimi keçir?
  • Bu gün, 10:51
    2 yaşlı uşaq su kanalında boğuldu
  • Bu gün, 10:38
    “Atəşgah” Sığortanın maliyyə göstəricilərində artım qeydə alınıb
  • Bu gün, 10:27
    Xaricə gedənlərin sayı azalıb
  • Bu gün, 09:49
    “Təhdid edərək müzakirələrdən danışa bilməzsiniz”
  • Bu gün, 09:35
    Atlantik okeana da adını vermək istəyib - “Google” “yox” deyib
  • Bu gün, 09:17
    Bu qidalar insult və unutqanlıq yaradır
  • Bu gün, 09:06
    İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
  • Bu gün, 09:00
    Səudiyyə Ərəbistanında hava limanına hücum - Ölən və yaralananlar var
  • Dünən, 17:14
    Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
  • Dünən, 16:25
    Kirayə mənzil mexanizmi ilə bağlı qaydalar dəyişdi
  • Dünən, 16:00
    “Judo Club 2012” Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək - İlk dəfə
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə