• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Balıq ətri, kulinariya şousu və su macərası - Neftçala Festivalı böyük marağa səbəb oldu

İqtisadiyyat

6-12-2025, 15:32
Balıq ətri, kulinariya şousu və su macərası - Neftçala Festivalı böyük marağa səbəb oldu
4 dekabr 2025-ci ildə Neftçala şəhərinin Bayraq Meydanında keçirilən “Balıq və Aqrar Biznes Festivalı” böyük izdihamla baş tutub. Neftçala Rayon İcra Hakimiyyəti, Aqrar İnnovasiya Mərkəzi və Balıqçılıq və Akvakultura Mərkəzinin, “İODİCO” MMC-nin təşkil etdiyi tədbirə ölkənin müxtəlif bölgələrindən qonaqlar və dövlət rəsmiləri qatılıb. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Balıqçılıq və Akvakultura Mərkəzinin yaradılması,balıqçılığa dövlət qayğısının artırılması haqqında festival iştirakçılarına məlumat verilib.
 
Açılışda RİH başçısı Mirhəsən Seyidov festivalın Neftçalanın turizm və iqtisadi potensialının tanıdılmasına verdiyi töhfəni vurğulayıb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Neftçala rayonuna səfəri zamanı yeni açılıb istifadəyə verilən “Azerbaijan Fish Farm” MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatında yaradılan şərait haqqında məlumat verərək həmin təsərrüfatın əhalinin məşğulluqla təmin olunmasında, Neftçalada yetişdirilən balıq nümunələrinin yerli və xarici bazarlarda tanıtdırılmasındakı rolu haqqında danışıb. RİH başçısı Respublikada ilk balıqçılıq peşə təhsilinin də Neftçala Peşə Məktəbində tədris olunması barədə festival iştirakçılarına məlumat verib.Əlavə olaraq,festival iştiakçıları “Xıllı-Balıq” MMC-nin, “Oryad  Balıq” MMC-nin və Neftçala Sənayə Məhəlləsində fəaliyyət göstərən “AzProduct” MMC və “Kəhf” MMC-nin fəaliyyəti haqqında geniş məlumatlandırılb. O, sonda festivalın keçirilməsinə dəstək verən Kənd Təsərrüfatı Nazirliyinə,onun tabeli qurumlarına,Gənclər və İdman Nazirliyinə,Mədəniyyət Nazirliyinə və digər dövlət qurumlarına rayon ictimaiyyəti adından təşəkkürünü bildirib.   
 
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev və digər qonaqlar çıxış edərək festival iştirakçlılarına festivalın işlərində uğurlar arzu ediblər.
 
Ziyarətçilər gün ərzində balıq və aqrar məhsulların sərgisinə baxıb, balıqçılıq üzrə canlı təqdimatlara qatılıb, rəssamların əl işləri və yaradıcı guşələrlə tanış olublar. “Balığı Neftçalada yeyərlər” kulinariya zonasında müxtəlif mətbəx nümunələri təqdim edilib, ustad dərslərində sağlam qidalanma və balığın düzgün bişirilməsi barədə məlumat verilib.
 
Kür çayında qayıqla gəzinti, kanoe nümayişləri və balıq körpələrinin suya buraxılması festivalın ən yaddaqalan hissələrindən olub. Konsert proqramları, DJ çıxışları və uşaq əyləncə zonaları tədbirə bayram ab-havası yaradıb. Ümumilikdə, Xəzər dənizinin, Kür çayının və balıqçılıq təsərrüfatlarının  balıq məhsulları və digər aqrar məhsullar satışa çıxarılıb.
 
Sonda Kənd Təsərrüfatı Nazirliyi və Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən festivalda fəal iştirak edən şirkətlərin nümayəndələrinə təşəkkürnamələr təqdim olunub.
Neftçalanın ilk “Balıq Festivalı” bölgənin balıqçılıq irsinin və turizm imkanlarının tanıdılması baxımından uğurlu və rəngarəng bir layihə kimi yadda qalıb.
 

 

1
1
1
1
1
1
1
1
1
1
1
Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

26-08-2024, 08:50

Mehriban Əliyevanın doğum günüdür

İqtisadiyyat

14-09-2024, 19:24

Göygöldə ilk dəfə “Moruq Festivalı” keçirilib

Ölkə
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
Yeni marşrut xətti istifadəyə verilir
Yeni marşrut xətti istifadəyə verilir
Vətən Müharibəsi Qəhrəmanının yubileyidir
Vətən Müharibəsi Qəhrəmanının yubileyidir
“Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu
“Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu
Siyasət
Bakı Bəyannaməsi qəbul edildi
Dünən, 16:34
Bakı Bəyannaməsi qəbul edildi
Bakıda görüşdülər - Foto
Dünən, 15:20
Bakıda görüşdülər - Foto
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
Dünən, 14:57
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?
Dünən, 13:32
Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?
“Bu mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək” - Yenilənib
Dünən, 12:49
“Bu mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək” - Yenilənib
“Bu, regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir”
Dünən, 12:25
“Bu, regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir”
Xəbər Lenti
  • Dünən, 18:07
    Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
  • Dünən, 17:56
    Yeni marşrut xətti istifadəyə verilir
  • Dünən, 17:15
    Vətən Müharibəsi Qəhrəmanının yubileyidir
  • Dünən, 16:49
    423 reys təxirə salındı - Moskva hava limanları hazırda
  • Dünən, 15:33
    “Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu
  • Dünən, 15:15
    Bakının bu rayonunda 30 bina söküləcək
  • Dünən, 14:11
    İki bələdiyyənin adı dəyişəcək
  • Dünən, 13:23
    Bu marşrut avtobuslarının dayanacaqları dəyişdirilir
  • Dünən, 12:13
    Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
  • Dünən, 11:44
    Millimiz DÇ-də yarımfinal matçına çıxır
  • Dünən, 11:16
    “Ukrayna münaqişəsi Zelenskisiz həll olunacaq”
  • Dünən, 10:18
    Jurnalistlərin IX qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı
  • Dünən, 09:23
    “Şamaxı” “Şəfa”ya, “Sumqayıt” “Araz-Naxçıvan”a qarşı
  • Dünən, 08:56
    Kürdəmirdə yük maşını “Mercedes”ə çırpıldı - Ölən var
  • Dünən, 17:11
    Pezeşkian Ermənistana gedir
  • Dünən, 16:44
    Azərbaycan daha 2 il AQEM-ə sədrlik edəcək
  • Dünən, 16:34
    Bakı Bəyannaməsi qəbul edildi
  • Dünən, 16:00
    U -23 millimiz qələbə qazandı - Yenilənib
  • Dünən, 15:20
    Bakıda görüşdülər - Foto
  • Dünən, 15:11
    Oyuncaq ayıdan yaranan - “Vinni-Pux” 100 yaşında
  • Dünən, 14:57
    Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
  • Dünən, 14:02
    “Navai” 2 ay müddətinə həbs edildi
  • Dünən, 13:38
    Sabah 31° isti olacaq
  • Dünən, 13:32
    Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?
  • Dünən, 13:20
    Tramp 51-ci ştatın hansı ölkə olacağını açıqladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə