Oktyabrın 16-da İran Prezidenti Məsud Pezeşkian Ermənistana qısamüddətli səfər edəcək.
Liderxeber.az xarici mətbuata istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
İran Prezidenti İrəvanda keçiriləcək BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) iştirak edəcək.
Səfər çərçivəsində Pezeşkianın sammitdə iştirak edəcək bir sıra ölkələrin liderləri ilə danışıqlar aparması planlaşdırılır.