• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Qızılcanın əsas kliniki əlamətləri - Açıqlandı

Ölkə

19-01-2024, 13:25
Qızılcanın əsas kliniki əlamətləri - Açıqlandı

«Qızılca virusu bütün bədəndə əsasən səpkilərlə müşahidə olunan, respirator simptomlarla keçən yoluxucu infeksion xəstəlikdir. Yüksək hərarət və halsızlıqla özünü göstərən qızılca, infeksiyaya yoluxan xəstələrin öskürməsi, asqırması və danışması əsnasında hava-damcı yolu ilə yayılır».

LiderXəbər xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günel Əliyeva bildirib.

G.Əliyeva qeyd edib ki, qızılca əlamətləri virusa yoluxduqdan sonra 8-12 gün arası meydana çıxır:

«Xəstəlik ictimai yerlərdə, hətta yoluxmuş insanla təmasda olmadığı təqdirdə də ötürülə bilər. Bu virus xüsusilə qış və yaz aylarında müşahidə olunur. Yoluxma bütün yaşlarda baş verə bilər. Bununla belə, 1-8 yaş ən həssas qrup hesab edilir».

Həkim qızılcanın əsas kliniki əlamətlərini də açıqlayıb:

«Burun axıntısı, yüksək hərarət, halsızlıq, konyuktivit, quru öskürək, boğaz ağrısı, ağız içində kiçik ölçüdə ağ ləkələr („Belski-Filatov-Koplik ləkələri“) və bütün bədəndə səpkilər şəklində özünü göstərir.

Xəstəliyin orta inkubasion dövrü 10-14 gündür. Bununla belə, 7-23 gün arası dəyişə bilər. Xəstə ilə təmasdan qızdırmanın başladığı günə qədər olan dövrü əhatə edir. 2-4 günlük prodromal dövr (xəstəliyin inkubasiya dövrü ilə xəstəlik arasında baş verən dövrü) qızdırma, səpkilər, kataral əlamətlər, öskürək, konyuktivit əlamətləri, «Belski-Filatov-Koplik ləkələri» ilə təzahür edir.

Prodromal əlamətlərin başlanmasından 2-4 gün sonra mərhələli eritematoz makulopapulyar səpkilər əmələ gəlməyə başlayır. Səpkilər əvvəlcə üz nahiyyəsində əmələ gəlir, daha sonra isə mərhələli şəkildə gövdədə aşağı ətraflara yayılır. 4-7 gün müddətində davam edən səpkilər itdikdən sonra müvafiq nahiyyələrdə qabıqlanma müşahidə edilir».

«Kiçik yaşlı uşaqlar arasında qızılca ilə yoluxma daha çox peyvənd olunmayanlarda müşahidə olunur. Bu zaman onlarda pnevmoniya, otit, ensefalit, larinqotraxeobranxit, ishal və stomatit kimi ağırlaşmalar müşahidə oluna bilər. Əgər uşaqlarda qızılcanın ağır halları, xüsusən də ensefalit, meningit, sətəlcəm kimi ağırlaşmalar inkişaf edirsə, o zaman bu uşaqları xəstəxanaya yerləşdirmək lazımdır.

Qızılcanın xüsusi müalicəsi yoxdur, sadəcə immuniteti gücləndirən müalicə aparılır. Əgər sağlam insan qızılca xəstəsi ilə təmasda olubsa, o zaman ona 72 saat ərzində peyvənd vurulması tövsiyə olunur.

Bu xəstəlikdən qorunmağın ən effektiv yolu peyvəndlənmədi. Qeyd edim ki, Azərbaycanda tətbiq olunan və Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə gətirilən 3 komponentli «QPM» vaksini qızılca ilə yanaşı, parotit və məxmərək kimi virus mənşəli xəstəliklərə qarşı olan bir peyvənddir», — nazirlik rəsmisi əlavə edib.


Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

7-11-2023, 13:38

Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

Ölkə

15-12-2023, 14:05

SN qızılca peyvəndi ilə bağlı valideynlərə xəbərdarlıq edib

Ölkə

6-12-2023, 15:50

Qızılcaya yoluxanların antibiotikdən istifadəsi məsələsinə aydınlıq gətirilib

Ölkə

3-03-2023, 11:19

Uşaqlardakı eşitmə probleminin səbəbləri açıqlanıb

Ölkə

1-11-2023, 16:57

Səhiyyə Nazirliyi mövsümi virusla bağlı əhaliyə müraciət edib

Ölkə
Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
“İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
“İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
Qubada iki bələdiyyənin adı dəyişdirildi
Qubada iki bələdiyyənin adı dəyişdirildi
Siyasət
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Bu gün, 15:26
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Bu gün, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Dünən, 17:14
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Dünən, 14:00
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
19-10-2026, 16:30
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
19-10-2026, 15:42
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Xəbər Lenti
  • Bu gün, 17:05
    Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
  • Bu gün, 16:55
    Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurub
  • Bu gün, 16:10
    Etiraz aksiyalarını qadağan edəcəklər
  • Bu gün, 15:26
    Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
  • Bu gün, 15:00
    “İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
  • Bu gün, 14:11
    Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
  • Bu gün, 14:08
    ABŞ-yə cavab olaraq “bombaların atası”nı təqdim edəcəklər
  • Bu gün, 13:38
    Paşinyan növbədənkənar seçkiləri istisna etmir
  • Bu gün, 13:17
    Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
  • Bu gün, 12:30
    Qubada iki bələdiyyənin adı dəyişdirildi
  • Bu gün, 12:10
    Süni intellektlə yaradılmış 50 milyondan çox musiqi məhdudlaşdırıldı
  • Bu gün, 11:32
    “Tramp” dəmir barmaqlıqlar arxasında
  • Bu gün, 11:20
    Bu forumda Azərbaycana yeni birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır - Foto
  • Bu gün, 11:09
    Payız niyə yaz kimi keçir?
  • Bu gün, 10:51
    2 yaşlı uşaq su kanalında boğuldu
  • Bu gün, 10:38
    “Atəşgah” Sığortanın maliyyə göstəricilərində artım qeydə alınıb
  • Bu gün, 10:27
    Xaricə gedənlərin sayı azalıb
  • Bu gün, 09:49
    “Təhdid edərək müzakirələrdən danışa bilməzsiniz”
  • Bu gün, 09:35
    Atlantik okeana da adını vermək istəyib - “Google” “yox” deyib
  • Bu gün, 09:17
    Bu qidalar insult və unutqanlıq yaradır
  • Bu gün, 09:06
    İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
  • Bu gün, 09:00
    Səudiyyə Ərəbistanında hava limanına hücum - Ölən və yaralananlar var
  • Dünən, 17:14
    Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
  • Dünən, 16:25
    Kirayə mənzil mexanizmi ilə bağlı qaydalar dəyişdi
  • Dünən, 16:00
    “Judo Club 2012” Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək - İlk dəfə
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə