Bu gün səhər saatlarında Xırdalan şəhərində baş verən yanğın söndürülüb.
Məlumat Liderxeber.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilib.
"Nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektdə baş vermiş yanğın qısa müddətdə söndürülüb", - deyə məlumatda bildirilib.