• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

AzTU tələbələrindən Çində yüksək nəticə - 2 qızıl, 1 gümüş medal

Ölkə

1-09-2026, 13:28
AzTU tələbələrindən Çində yüksək nəticə - 2 qızıl, 1 gümüş medal

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri Çin Xalq Respublikasının Quançjou şəhərində keçirilən “XII Beynəlxalq İxtiralar Sərgisi – The 12th International Exhibition of Inventions (IEI 2026)”də Azərbaycanı uğurla təmsil ediblər.

Liderxeber.az xəbər verir ki, 21-23 avqust 2026-cı il tarixlərində keçirilən beynəlxalq sərgidə AzTU-nu magistratura səviyyəsində təhsil alan tələbələr Səfərəli Səfərli, Telman Məmmədov, Zaman Səfərov, həmçinin bakalavriat səviyyəsində kompüter mühəndisliyi ixtisasında təhsil alan Mirvaqif İbrahimzadə təmsil ediblər.

AzTU nümayəndə heyətinin layihə rəhbəri Səfərəli Səfərli olub. O, eyni zamanda sərginin açılış mərasimində Azərbaycan nümayəndə heyəti adından çıxış edərək ölkəmizi təmsil edib.

Sərgidə 29 ölkədən, 50-dən çox nümayəndə heyətinin tərkibində 600-dən artıq beynəlxalq elm, texnologiya və innovasiya nümayəndəsi iştirak edib. Sərgi çərçivəsində 3700-dən çox yerli və beynəlxalq ixtira və innovasiya layihəsi nümayiş etdirilib. Layihələrin qiymətləndirilməsi elektronika və cihazqayırma, tibb və səhiyyə də daxil olmaqla, ümumilikdə 7 kateqoriya üzrə həyata keçirilib.

Beynəlxalq sərgidə AzTU tələbələrinin təqdim etdiyi üç innovativ layihənin hər biri beynəlxalq münsiflər heyəti tərəfindən medala layiq görülüb.

Smart Bed System - qızıl medal. Kosmik missiyalar və mikroqravitasiya şəraiti üçün nəzərdə tutulmuş, astronavtların sağlamlıq göstəricilərinin monitorinqi və yuxu şəraitinin optimallaşdırılmasına yönəlmiş ağıllı həyat təminatı və istirahət sistemi;

A.I.N.O.S - qızıl medal. Astronomiya, mexatronika və robototexnika istiqamətlərini birləşdirən, 360 dərəcə robotik izləmə platforması və onun rəqəmsal əkizi üzərində qurulmuş innovativ təhsil sistemi;

M.R.S. (Mercy Rescue Snake) - gümüş medal. Dağıntılar altında axtarış-xilasetmə əməliyyatları üçün hazırlanmış, çətin və insan üçün əlçatmaz sahələrdə zərərçəkənlərin aşkarlanması və onlara ilkin dəstəyin göstərilməsi məqsədi daşıyan robotik sistem.

Beləliklə, AzTU tələbələrinin layihələri “IEI 2026” sərgisində 2 qızıl və 1 gümüş olmaqla, ümumilikdə 3 medala layiq görülüb.

AzTU tələbələrinin sərgidə qazandığı 2 qızıl və 1 gümüş medal universitetin tələbə innovasiyalarının beynəlxalq səviyyədə təqdimatı və Azərbaycan gənclərinin elmi-texnoloji potensialının nümayiş etdirilməsi baxımından mühüm nəticə olub.





Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

14-01-2026, 16:07

“Bu il 4 bakalavr tələbəmiz TAU-da işlə təmin olunub”

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Cəmiyyət

11-08-2026, 17:00

I qrupda təhsil haqları: ən ucuz və ən bahalı İXTİSASLAR

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə
Sonradan əldə edilən barışıq cəzaya necə təsir edir?
Sonradan əldə edilən barışıq cəzaya necə təsir edir?
Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq
Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq
Sabah 28° isti olacaq
Sabah 28° isti olacaq
Kamran Əliyevdən yeni - Təyinatlar
Kamran Əliyevdən yeni - Təyinatlar
Siyasət
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
Dünən, 16:30
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Dünən, 15:42
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Prezident onları təltif etdi - Siyahı
Dünən, 14:44
Prezident onları təltif etdi - Siyahı
Bakı Bəyannaməsi qəbul edildi
15-10-2026, 16:34
Bakı Bəyannaməsi qəbul edildi
Bakıda görüşdülər - Foto
15-10-2026, 15:20
Bakıda görüşdülər - Foto
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
15-10-2026, 14:57
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
Xəbər Lenti
  • Bu gün, 15:15
    Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi olduğunu təsdiqlədi
  • Bu gün, 15:00
    Qar yağacaq - Xəbərdarlıq
  • Bu gün, 14:53
    Azərbaycan klubu səfərə gedə bilmədi - Avrokubok matçı təxirə salındı
  • Bu gün, 14:35
    “Qalatasaray” istədi, UEFA rədd etdi
  • Bu gün, 14:17
    Qalkinin İstanbuldakı konsertinin ləğv edilməsini istəyirlər
  • Bu gün, 13:30
    Sonradan əldə edilən barışıq cəzaya necə təsir edir?
  • Bu gün, 13:23
    Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq
  • Bu gün, 13:01
    Sabah 28° isti olacaq
  • Bu gün, 12:40
    Kamran Əliyevdən yeni - Təyinatlar
  • Bu gün, 12:28
    “Sabah” azarkeşlər üçün pulsuz avtobuslar ayırdı
  • Bu gün, 11:35
    Zəngilanda 215 milyon kVts “yaşıl enerji” istehsal edilib - Fotolar
  • Bu gün, 10:57
    Qırmızı xətt gücləndirilmiş qrafikdə işləyəcək
  • Bu gün, 10:31
    Biləsuvarda ağır qəza - Bir ölü, bir yaralı
  • Bu gün, 10:15
    “Kupça”sız evə bu yolla sənəd almaq olar
  • Bu gün, 09:29
    İsrailə gizli səfər etdi
  • Bu gün, 09:17
    Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı
  • Bu gün, 08:52
    Azad Zəngilanın altıncı ili
  • Dünən, 17:50
    Türkiyədə radikallar yəhudi qadına hücum çəkdilər
  • Dünən, 17:28
    Mətbuat Şurasından Türkiyənin media qurumlarına - Çağırış
  • Dünən, 16:30
    Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
  • Dünən, 15:42
    “Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
  • Dünən, 15:23
    Xanım atletimiz Avropa birinciliyində 3 medal qazandı
  • Dünən, 15:07
    Etirazçılar Luvra girişi bağladı, turistlər etiraz etdi
  • Dünən, 14:44
    Prezident onları təltif etdi - Siyahı
  • Dünən, 14:07
    Bu marşrutun son dayanacağı müvəqqəti dəyişdirildi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə