• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Neftçalanın icra başçısı səyyar görüş keçirib

Ölkə

11-06-2026, 17:51
Neftçalanın icra başçısı səyyar görüş keçirib

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Pirəbbə kənd sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Səyyar qəbul zamanı Yuxarı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və 2025-ci il ərzində kənd ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.

Çıxış edən natiqlər “15 İyun- Xalqımızın və müstəqilliyimizin Qurtuluş tarixi” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, 15 İyun Azərbaycan xalqının müasir tarixində mühüm yer tutan əlamətdar gündür. 1993-cü ilin iyun ayında ölkədə yaranan mürəkkəb ictimai-siyasi vəziyyət, vətəndaş qarşıdurması təhlükəsi və dövlət müstəqilliyinin itirilməsi riski Azərbaycanı ciddi sınaqlarla üz-üzə qoymuşdu. Belə bir zamanda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi, qətiyyətli rəhbərliyi və uzaqgörən siyasəti sayəsində ölkədə sabitlik bərpa olundu, vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlət müstəqilliyi qorundu və möhkəmləndirildi. Sonrakı illərdə həyata keçirilən siyasi, iqtisadi və hüquqi islahatlar Azərbaycanın inkişafının əsasını qoydu, ölkəmizin beynəlxalq nüfuzu yüksəldi.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, 15 İyun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyətə malik gündür. Bu tarix ölkəmizin müstəqilliyinin təhlükə qarşısında qaldığı mürəkkəb bir dövrdə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə bağlıdır. 1993-cü ildə ölkədə dərin siyasi böhran, xaos və parçalanma təhlükəsinin hökm sürdüyü bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı vətəndaş qarşıdurması və dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas etdi. Ümummilli Liderin uzaqgörən siyasəti, qətiyyətli rəhbərliyi və zəngin dövlətçilik təcrübəsi nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, dövlət idarəçiliyi möhkəmləndirildi və milli inkişafın əsasları yaradıldı.

RİH-in başçısı bildirib ki, Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına, iqtisadi inkişafına və müstəqil dövlət kimi mövqeyinin güclənməsinə mühüm töhfələr verdi. Xüsusilə 1994-cü ildə imzalanan Əsrin Müqaviləsi ölkənin iqtisadi yüksəlişinin təməlini qoyaraq Azərbaycanı qlobal enerji xəritəsində strateji mövqeyə çıxardı. Ulu Öndər Heydər Əliyev milli birlik, vətənpərvərlik və dövlətçilik ideyalarının təbliğinə xüsusi önəm verib, Azərbaycançılıq məfkurəsini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib. Onun müəyyən etdiyi inkişaf strategiyası bu gün də ölkəmizin tərəqqisinə, suverenliyinin möhkəmlənməsinə və xalqın rifahının yüksəldilməsinə xidmət edir. Milli Qurtuluş Gününü qeyd edərkən Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdəki misilsiz xidmətlərini dərin ehtiramla yad edir, onun zəngin siyasi irsini gələcək nəsillərə örnək kimi təqdim edir. Ulu Öndərin ideyaları və siyasi kursu bu gün də Azərbaycanın inkişaf yoluna işıq salan etibarlı bələdçi olaraq qalır.

RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.


Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən kənddaxili yolların təmiri, Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun təmiri və dayanacaq quraşdırılması, torpaqla təmin olunma, ev təmirinə köməklik, elektrik təsərrüfatının yenilənməsi, Bucaq suvarma kanalının lildən təmizlənməsi, Neftçala rayon Müşfiq Babayev adına Pirəbbə kənd ümumi orta ümumtəhsil məktəbinin bağlanmaması üçün köməklik, kəndlər arası marşurutun bərpa edilməsi, örüş təyinatlı torpaqların kateqoriyasının dəyişdirilərək səmərəli istifadəsi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilmişdir. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı müzakirə olunub və onların həlli məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

16-09-2024, 14:12

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Ölkə

2-09-2024, 07:00

MSK ilkin nəticələri açıqladı

Ölkə

12-02-2026, 17:21

Neftçalanın icra başçısı Kükrənd kəndində səyyar görüş keçirib

Ölkə

7-05-2026, 15:08

Neftçalanın icra başçısı səyyar görüş keçirib

Ölkə

19-02-2026, 17:41

Neftçalanın icra başçısı səyyar görüş keçirib

Ölkə
Sonradan əldə edilən barışıq cəzaya necə təsir edir?
Sonradan əldə edilən barışıq cəzaya necə təsir edir?
Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq
Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq
Sabah 28° isti olacaq
Sabah 28° isti olacaq
Kamran Əliyevdən yeni - Təyinatlar
Kamran Əliyevdən yeni - Təyinatlar
Siyasət
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
Dünən, 16:30
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Dünən, 15:42
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Prezident onları təltif etdi - Siyahı
Dünən, 14:44
Prezident onları təltif etdi - Siyahı
Bakı Bəyannaməsi qəbul edildi
15-10-2026, 16:34
Bakı Bəyannaməsi qəbul edildi
Bakıda görüşdülər - Foto
15-10-2026, 15:20
Bakıda görüşdülər - Foto
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
15-10-2026, 14:57
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
Xəbər Lenti
  • Bu gün, 13:30
    Sonradan əldə edilən barışıq cəzaya necə təsir edir?
  • Bu gün, 13:23
    Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq
  • Bu gün, 13:01
    Sabah 28° isti olacaq
  • Bu gün, 12:40
    Kamran Əliyevdən yeni - Təyinatlar
  • Bu gün, 12:28
    “Sabah” azarkeşlər üçün pulsuz avtobuslar ayırdı
  • Bu gün, 11:35
    Zəngilanda 215 milyon kVts “yaşıl enerji” istehsal edilib - Fotolar
  • Bu gün, 10:57
    Qırmızı xətt gücləndirilmiş qrafikdə işləyəcək
  • Bu gün, 10:31
    Biləsuvarda ağır qəza - Bir ölü, bir yaralı
  • Bu gün, 10:15
    “Kupça”sız evə bu yolla sənəd almaq olar
  • Bu gün, 09:29
    İsrailə gizli səfər etdi
  • Bu gün, 09:17
    Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı
  • Bu gün, 08:52
    Azad Zəngilanın altıncı ili
  • Dünən, 17:50
    Türkiyədə radikallar yəhudi qadına hücum çəkdilər
  • Dünən, 17:28
    Mətbuat Şurasından Türkiyənin media qurumlarına - Çağırış
  • Dünən, 16:30
    Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
  • Dünən, 15:42
    “Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
  • Dünən, 15:23
    Xanım atletimiz Avropa birinciliyində 3 medal qazandı
  • Dünən, 15:07
    Etirazçılar Luvra girişi bağladı, turistlər etiraz etdi
  • Dünən, 14:44
    Prezident onları təltif etdi - Siyahı
  • Dünən, 14:07
    Bu marşrutun son dayanacağı müvəqqəti dəyişdirildi
  • Dünən, 13:52
    Son 18 ilin rekordçusu oldu
  • Dünən, 13:40
    Təyyarə Qazaxıstan səmasında təhlükə siqnalı verdi - Təcili endi
  • Dünən, 13:19
    Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - Foto
  • Dünən, 13:16
    Sabah yağış yağacaq
  • Dünən, 11:50
    Alyona Əliyeva konsertdə - Fotolar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə