• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Neftçalanın icra başçısı səyyar görüş keçirib

Ölkə

19-02-2026, 17:41
Neftçalanın icra başçısı səyyar görüş keçirib
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Xol Qarabucaq kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 
Xol Qarabucaq kəndində şəhidlərin əziz xatirəsinə inşa olunan xatirə kompleksi ziyarət olunub və önünə gül dəstələri düzülüb.
 
İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
 
Səyyar qəbul zamanı Xol Qarabucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və 2025-ci il ərzində kənd ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.
 
Çıxış edən natiqlər “Ölkə başçısı cənab İlham Əliyevin uğurlu xarici siyasət kursu Azərbaycanın beynəlxalq nüfuzunu artırmış, ölkəmizi regionun aparıcı siyasi və iqtisadi güc mərkəzinə çevirmişdir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi dövrü müasir Azərbaycan dövlətçiliyinin ən parlaq, sistemli və strateji inkişaf mərhələsi kimi tarixə düşüb. Bu dövr ölkəmizin həm daxili, həm də beynəlxalq müstəvidə güclənməsi, müstəqilliyinin möhkəmlənməsi və milli maraqlarının qətiyyətlə təmin olunması ilə səciyyələnir. Dövlət başçısının həyata keçirdiyi çoxşaxəli, uğurlu xarici diplomatiya nəticəsində Azərbaycan dünya dövlətlərilə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurub və ölkəmiz dünya dövlətləri arasında xüsusi söz sahibinə çevrilib.
 
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilən müstəqil və çoxşaxəli xarici siyasət kursu Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli maraqların qorunmasında və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasında müstəsna rol oynayıb. Ulu Öndərin uzaqgörən və praqmatik siyasəti nəticəsində Azərbaycan qısa müddət ərzində siyasi sabitliyə nail olub, beynəlxalq aləmdə etibarlı və prinsipial tərəfdaş kimi tanınıb. Ulu Öndərin əsasını qoyduğu balanslaşdırılmış diplomatiya xətti ölkəmizin həm region dövlətləri, həm də dünyanın aparıcı güc mərkəzləri ilə qarşılıqlı hörmət və milli maraqlara əsaslanan münasibətlər qurmasına zəmin yaradıb. Məhz bu strateji kurs nəticəsində Azərbaycan beynəlxalq və regional təşkilatlarda fəal mövqe tutub, qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və etibarlı iştirakçısı kimi çıxış edir. Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası ölkənin iqtisadi potensialının gücləndirilməsinə, xarici sərmayələrin cəlb olunmasına və Azərbaycanın geosiyasi əhəmiyyətinin artmasına xidmət edib. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli maraqların qətiyyətlə müdafiəsi və xalqın rifahının yüksəldilməsi həmin siyasətin əsas prioritetləri olub.
 
RİH-in başçısı qeyd edib ki, Ulu Öndərin yaratdığı siyasi xətt bu gün Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni məzmunla zənginləşdirilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və prinsipial xarici siyasət kursu ölkəmizin beynəlxalq nüfuzunu daha da artırıb, Azərbaycanı regionun aparıcı siyasi və iqtisadi güc mərkəzinə çevirilib. Dövlətimizin başçısının təşəbbüsü ilə reallaşdırılan genişmiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələri Azərbaycanın Avropa ilə Asiya arasında mühüm strateji körpü rolunu daha da möhkəmləndirib. Prezident cənab İlham Əliyevin qətiyyətli diplomatiyası nəticəsində Azərbaycan bir çox beynəlxalq platformalarda fəal iştirak edərək qlobal və regional təhlükəsizlik, enerji təhlükəsizliyi, multikulturalizm və sivilizasiyalararası dialoq kimi mühüm məsələlərdə prinsipial mövqe nümayiş etdirir. Azərbaycanın milli maraqlara əsaslanan müstəqil siyasəti ölkəmizin suverenliyinin tam təmin olunmasına, ərazi bütövlüyünün qorunmasına, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin gücləndirilməsinə xidmət edir.
 
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
 
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən Akkuşa magistral kanalının və suvarma şəbəkəsinə aid bəzi kanalların lildən təmizlənməsi, suvarma kanalına suburaxıcı qurğu quraşdırılması, yaşayış evinin sənədlərinin düzəldilməsinə köməklik, kənd ərazisində mərasim evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
 
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 
Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.
1
1
1
1
Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

16-09-2024, 14:12

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Ölkə

2-09-2024, 07:00

MSK ilkin nəticələri açıqladı

Ölkə

8-01-2026, 17:36

Neftçalanın icra başçısı 2026-cı il üçün ilk səyyar görüşünü keçirib

Ölkə

12-02-2026, 17:21

Neftçalanın icra başçısı Kükrənd kəndində səyyar görüş keçirib

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə
İşə qəbul prosesində ən çox edilən səhvlər və həll yolları
İşə qəbul prosesində ən çox edilən səhvlər və həll yolları
Dizinə antibiotik iynəsi vuran şəxs öldü
Dizinə antibiotik iynəsi vuran şəxs öldü
Neftçalanın icra başçısı səyyar görüş keçirib
Neftçalanın icra başçısı səyyar görüş keçirib
Vaqif Əsədov jurnalistləri təbrik etdi
Vaqif Əsədov jurnalistləri təbrik etdi
Siyasət
Berlində Azərbaycan-Almaniya sənədləri imzalandı
21-07-2026, 16:15
Berlində Azərbaycan-Almaniya sənədləri imzalandı
Azərbaycan və Almaniya prezidentləri geniş tərkibdə görüşdü - Fotolar
21-07-2026, 13:00
Azərbaycan və Almaniya prezidentləri geniş tərkibdə görüşdü - Fotolar
Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
17-07-2026, 11:22
Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirildi
16-07-2026, 15:02
DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirildi
“Pakistan diplomatiyası buna görə də təqdir olunmalıdır”
16-07-2026, 12:12
“Pakistan diplomatiyası buna görə də təqdir olunmalıdır”
Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolar
14-07-2026, 14:03
Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolar
Xəbər Lenti
  • Bu gün, 09:03
    Qızardılmış ət sevənlər oxusun
  • Dünən, 16:00
    Qastroenteroloq qaz və köp yarada bilən gözlənilməz qidaları açıqlayıb
  • Dünən, 15:46
    Panik atakdan ölmək mümkündürmü? - psixiatr izah etdi
  • Dünən, 14:23
    Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti media nümayəndələri üçün tədbir təşkil edib
  • Dünən, 13:59
    İşə qəbul prosesində ən çox edilən səhvlər və həll yolları
  • Dünən, 13:31
    Həddindən artıq tərləmə hansı xəstəliklərin əlaməti ola bilər? Professor açıqladı
  • Dünən, 11:29
    Dizinə antibiotik iynəsi vuran şəxs öldü
  • Dünən, 11:20
    Dərman qəbulunda edilən səhv
  • Dünən, 09:00
    Badımcanı yayda çox yeyin
  • Dünən, 15:01
    Kompüter qarşısında çalışanların göz ağrısına çarə
  • Dünən, 14:21
    Neftçalanın icra başçısı səyyar görüş keçirib
  • Dünən, 13:35
    Həkim idmanın ürəyə nə vaxt təhlükəli ola biləcəyini açıqladı
  • Dünən, 12:17
    İnfarkt hansı halda öldürür? - Həkimdən məsləhətlər
  • Dünən, 10:14
    Yayda açıq havada gəzərkən bu mikroblara diqqət edin
  • 23-07-2026, 09:10
    Şirniyyat yeyəndə kökəlirsiniz?
  • 22-07-2026, 15:16
    Qarpızın oynaqlara və dəriyə gözlənilməz faydaları açıqlanıb
  • 22-07-2026, 14:18
    İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 SƏHV
  • 22-07-2026, 12:12
    Yağ yandırmaq üçün qidalanma qaydalar
  • 22-07-2026, 09:07
    ABŞ İrana yenidən zərbələr endirməyə başladı
  • 21-07-2026, 19:09
    Vaqif Əsədov jurnalistləri təbrik etdi
  • 21-07-2026, 16:15
    Berlində Azərbaycan-Almaniya sənədləri imzalandı
  • 21-07-2026, 15:48
    Kəlbəcərdə sursat partladı - Çoban xəsarət aldı
  • 21-07-2026, 14:48
    Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir
  • 21-07-2026, 13:09
    Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
  • 21-07-2026, 13:00
    Azərbaycan və Almaniya prezidentləri geniş tərkibdə görüşdü - Fotolar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə