2024-cü ilin yanvar-iyun aylarında Çində alternativ enerji vasitələrilə (elektrik, hibrid, hidrogen və s.) çalışan avtomobillərin istehsalı və satışı illik müqayisədə 30,1% və 32% artaraq müvafiq olaraq 4,929 milyon və 4,944 milyona çatıb.
Çin Avtomobil Sənayesi Assosiasiyasının hesabatına görə, belə nəqliyyat vasitələrinin bazar payı 35,2%-ə çatıb.
Ümumilikdə, 2024-cü ilin birinci yarısında Çində avtomobil istehsalı və satışının həcmi 13 milyon 891 min ədəd olub.