• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Bakının avtomobil bazarında mayda aktivlik artıb

Ölkə

2-06-2023, 13:35
Bakının avtomobil bazarında mayda aktivlik artıb

Ötən ay Bakının avtomobil bazarında aprel ayına nisbətən xeyli aktivlik müşahidə edilib, ikinci əl avtomobillər təqribən 5 % bahalaşıb.

Bunu “Report”a açıqlamasında avtomobil sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib.

“Yeni avtomobillərin satışında isə bahalaşma olmayıb. Buna baxmayaraq, iyul-avqust aylarında yeni avtomobillərin qiymətinin 3 % civarında yüksələcəyi gözlənilir. May ayında paytaxtın avtomobil bazarında ənənəvi Avropa, Yaponiya, Cənubi Koreya, Amerika istehsalı olan avtomobillərlə yanaşı Çin avtomobillərinin də artdığı nəzərə çarpıb”, - E. Cəfərov bildirib.

Ekspertin sözlərinə görə, sovet dövründə istehsal edilmiş Rusiya avtomobillərinin bazarda payı azalıb:

“Eyni zamanda müasir Rusiya avtomobillərinin satışı zəifləyib. İkinci əl avtomobil bazarında daha çox qənaətçil və dözümli avtomobillərə üstünlük verilib. Yeni avtomobillər sırasında isə krossoverlər və hibrid avtomobillər daha çox satılıb. Bazarda elektromobillərə də tələb var, amma çox deyil. Hələ də bu avtomobillər üçün elektrik doldurma məntəqələrinin sayının az olması vətəndaşlarımızı onları almaqdan bir qədər çəkindirir. Amma bu proses müvəqqətidir. İlin sonuna qədər ölkədə elektrik doldurma məntəqələrinin sayı xeyli artacaq. Nəticədə 2024-cü ilin əvvəllərindən Bakıda elektromobillərə tələbat artacaq”.

E. Cəfərov əlavə edib ki, ötən ay kreditlə satılan avtomobillərin də bazar payı bir qədər artıb: "İkinci əl avtomobil bazarında əsas tələb əvvəlki aylarda olduğu kimi yenə də mühərrik həcmi 1 500 kub santimetr olan avtomobillərə olub. Yeni avtomobillərdən isə mühərrik həcmi 3 min kub santimetrə qədər olanlar daha çox satılıb. İri həcmli mühərriki olan avtomobillərə isə tələb bir qədər azalıb”.

Paytaxtda ikinci əl avtomobillərin satışı ilə məşğul olan şəxslər bildirir ki, bazarda əsas üstünlük “Mercedes”, “Hyundai”, Toyota” kimi avtomobil modellərinə verilib. Avtomobil bazarında mühərrikin gücü, yürüş məsafəsi, texniki vəziyyəti və digər amillərə görə bir sıra avtomobillərin qiyməti aşağıdakı aralıqda dəyişir:

“Mercedes C-class” (2007-2008-ci il) - 14 500 -24 000 manat

“Mercedes GL-class” (2006-2007-ci il) - 20 000-33 000 manat

“Mercedes GL-class” (2015-ci il) - 60 000 – 93 500 manat

“Nissan Kicks” (2019-2021-ci il) 30 000 - 35 000 manat

“Nissan Sunny” (2010-2011-ci il) - 8 500 - 16 500 manat

“Hyundai Sonata” (2008-2009-cu il) - 12 500 - 28 000 manat

“Hyundai Santa Fe” (2021-ci il) – 68 500 - 76 500 manat

“Hyundai Santa Fe” (2014-2015-ci il) - 29 500 - 44 500 manat

“Hyundai Accent” (2021) – 27 500 - 36 000 manat

“Hyundai Accent” (2010-2011-ci il) – 13 500 – 20 000 manat

“Toyota Camry” (2014-2015-ci il) - 24 500 - 46 000 manat

“Toyota Camry” (2021-ci il) - 50 500 - 76 500 manat

“Opel Astra” (2006-2007-ci il) – 7 500 - 17 000 manat

“Chevrolet Cruze” (2012-2013-cü il) - 8 000 - 21 500 manat.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

14-04-2023, 13:46

Müharibə iştirakçıları və qazilərin nəqliyyat sahəsində hansı problemləri var?

Siyasət

2-02-2023, 21:31

Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

İqtisadiyyat

7-01-2023, 16:24

Azərbaycanda kompüter istehsalı azalıb

İqtisadiyyat

7-01-2023, 15:34

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara vergi təşviqləri verilib

Ölkə

14-03-2023, 11:30

Dövlət Xidməti: "İri market şəbəkələrində çörək ucuzlaşıb"

Ölkə
“Rus bölməsinin şagirdləri “Azərbaycan tarixi”ndəki terminləri anlamaqda çətinlik çəkirdi”
“Rus bölməsinin şagirdləri “Azərbaycan tarixi”ndəki terminləri anlamaqda çətinlik çəkirdi”
Azərbaycan Milli QHT Forumunda “İpək irsimiz – Kəlağayı” adlı tədbir keçirildi - Fotolar
Azərbaycan Milli QHT Forumunda “İpək irsimiz – Kəlağayı” adlı tədbir keçirildi - Fotolar
İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Səfirlikdən açıqlama
İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Səfirlikdən açıqlama
İşğaldan azad edilmiş ərazilərdə 47 əmək yarmarkası keçirilib
İşğaldan azad edilmiş ərazilərdə 47 əmək yarmarkası keçirilib
Siyasət
“Bununla rəqəmsal transformasiya siyasəti sistemli idarəetmə mərhələsinə keçdi”
Dünən, 17:17
“Bununla rəqəmsal transformasiya siyasəti sistemli idarəetmə mərhələsinə keçdi”
Prezident Litva XİN rəhbərini qəbul etdi - Fotolar
Dünən, 12:31
Prezident Litva XİN rəhbərini qəbul etdi - Fotolar
İmzaladığı 50-yə yaxın Fərman - Ləğv olundu
Dünən, 11:19
İmzaladığı 50-yə yaxın Fərman - Ləğv olundu
Baş nazirlər Bakıda görüşdü - Fotolar
24-11-2026, 15:13
Baş nazirlər Bakıda görüşdü - Fotolar
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
24-11-2026, 11:47
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
Pərviz Şahbazova yeni vəzifə verildi
23-11-2026, 16:33
Pərviz Şahbazova yeni vəzifə verildi
Xəbər Lenti
  • Bu gün, 16:34
    “Rus bölməsinin şagirdləri “Azərbaycan tarixi”ndəki terminləri anlamaqda çətinlik çəkirdi”
  • Bu gün, 16:28
    Azərbaycan Milli QHT Forumunda “İpək irsimiz – Kəlağayı” adlı tədbir keçirildi - Fotolar
  • Bu gün, 15:25
    İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Səfirlikdən açıqlama
  • Bu gün, 14:31
    İşğaldan azad edilmiş ərazilərdə 47 əmək yarmarkası keçirilib
  • Bu gün, 13:56
    “Bakı yox, ya Gəncə, ya da başqa şəhər...” - Simonyan
  • Bu gün, 12:59
    15° şaxta olacaq
  • Bu gün, 12:56
    Putinin böyük mətbuat konfransı bu tarixdə keçiriləcək
  • Bu gün, 12:17
    TRIPP-lə bağlı bu sazişi təsdiqlədilər
  • Bu gün, 11:07
    Azərbaycanda median sürətin artım tempi son illərin ən aşağı səviyyəsinə düşüb
  • Bu gün, 10:21
    Ali məktəblərə qəbulda vahid yanaşma - Test sistemi təkmilləşdirilməlidir
  • Bu gün, 10:08
    Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər
  • Bu gün, 10:01
    Neftimizin qiyməti 100 dolları ötdü
  • Bu gün, 09:25
    Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir
  • Bu gün, 09:00
    Qazaxda partlayış oldu - Xəsarət alanlar var - Video
  • Bu gün, 08:47
    “Barselona”ya iki-üç qol vura bilərdik”
  • Dünən, 17:44
    AzTU-nun bu fakültəsinin ISO standartlarına uyğun qurulduğu açıqlandı
  • Dünən, 17:26
    Sosial ödənişlərdə artım dinamikası gələn il də davam edəcək
  • Dünən, 17:17
    “Bununla rəqəmsal transformasiya siyasəti sistemli idarəetmə mərhələsinə keçdi”
  • Dünən, 16:58
    Zaqatalada 80 yaşlı kişi meşədə itkin düşdü
  • Dünən, 16:18
    “Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər
  • Dünən, 16:08
    Eyyubovun oğlunun İngiltərədə 10 milyonluq əmlakları üzə çıxdı - Siyahı
  • Dünən, 15:32
    İslam Rzayevin əmlakı üzərinə həbs qoyuldu - Siyahı
  • Dünən, 15:04
    Prezidentdən xarici ölkələrə ixracla bağlı - Fərman
  • Dünən, 13:54
    Gedişhaqqı bu saatlarda 1 qəpik olacaq
  • Dünən, 13:25
    Azərbaycanda yeni Mərkəz yaradılır - Fərman
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə