• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“Rəqəmsal inkişaf cəmiyyətimizin ayrılmaz tərkib hissəsinə çevrilib”

Siyasət

12-02-2026, 13:34
“Rəqəmsal inkişaf cəmiyyətimizin ayrılmaz tərkib hissəsinə çevrilib”

“Rəqəmsal inkişaf cəmiyyətimizin ayrılmaz tərkib hissəsinə çevrilib. Prezident İlham Əliyevin liderliyi sayəsində ölkəmiz informasiya və rəqəmsal texnologiyalar istiqamətində də beynəlxalq səviyyədə etibarlı tərəfdaşa çevrilib. Məhz dövlət başçısının iradəsi və siyasi qətiyyəti nəticəsində son illər informasiya təhlükəsizliyinin təmin olunması və rəqəmsal inkişafın qorunması istiqamətində mühüm islahatlar həyata keçirilib”.

Liderxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

“Fevralın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi dövlətin bu sahənin inkişafına göstərdiyi iradənin ifadəsidir. Müşavirədə dövlət başçısının dediyi kimi, bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Ona görə də, Azərbaycanın gələcəyi üçün bu istiqamət prioritetdir”, - deputat bildirib.

Millət vəkilinin sözlərinə görə, qlobal çağırışlara cavab olaraq Azərbaycanda süni intellekt və rəqəmsal texnologiyaların tətbiq edilməsi, bu sahədə strateji baxış ortaya qoyması birbaşa Prezident İlham Əliyevin ölkəmizin gələcəyinə hesablanmış inkişaf kursunun tərkib hissəsidir: “Xatırlatmaq lazımdır ki, dövlət başçısı ötən ilin mart ayında  “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nı təsdiqləyib. Sənəd ölkəmizdə süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirmək məqsədi daşıyır. Digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da süni intellekt texnologiyaları ölkəmizin iqtisadi və sosial inkişafında və qlobal rəqabət mühitində üstünlüklər əldə etməsində mühüm rol oynaya bilər. Odur ki, bu sahədə sistemli yanaşmaya ehtiyac var. Süni intellektin dövlət idarəçiliyi, iqtisadi, sosial, təhsil, səhiyyə, müdafiə, təhlükəsizlik və digər sahələrə ciddi dəyişikliklər gətirəcəyi, eləcə də bununla bağlı yaranacaq çağırışlar və təhdidlər nəzərə alınaraq, süni intellekt üzrə milli strategiyanın hazırlanması zərurəti yaranıb. Prezident İlham Əliyevin müşavirədə söylədiyi kimi, süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır”.

Samir Vəliyev xatırladıb ki, Prezident İlham Əliyev ötən ilin dekabrında “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya”nı da təsdiqləyib: “Strategiyanın əsas hədəfləri ölkədə sahibkarlıq sahəsində rəqəmsal infrastrukturun genişləndirilməsi və transformasiyanın sürətləndirilməsi, iqtisadiyyatın rəqabətliliyinin yaxşılaşdırılması, innovasiya əsaslı inkişafın təşviqi, rəqəmsal bacarıqların gücləndirilməsi, eləcə də rəqəmsal iqtisadi fəaliyyətlərin dayanıqlığının artırılmasıdır. Strategiya informasiya texnologiyalarının və 4-cü Sənaye İnqilabının əsas Texnologiyalarının - süni intellekt, bulud texnologiyaları, “ağıllı şəhər” həlləri və s. sürətli inkişafı şəraitində rəqəmsal iqtisadiyyat ekosisteminin formalaşdırılması, onun dayanıqlığının təmin edilməsi və bütün iqtisadi sahələrdə rəqəmsal transformasiyanın geniş tətbiqi prinsiplərinə əsaslanır. Bu ssenariyə əsasən, iqtisadiyyatın inkişaf tələblərinə uyğun rəqəmsal infrastrukturun müasirləşdirilməsi, yeni rəqəmsal bizneslərin inkişafının təşviqi, startap və innovasiya yönümlü ekosistemin dəstəklənməsi, iqtisadi qərarvermədə data əsaslı analitikanın tətbiqi, beynəlxalq rəqəmsal inteqrasiyanın daha geniş tətbiqi, həmçinin yaşıl və dayanıqlı rəqəmsal iqtisadiyyatın inkişafı prioritet istiqamətlər kimi müəyyən edilib”.

“Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planı da dövlətimizin bu istiqaməti inkişaf hədəfi kimi seçdiyini bir daha sübut edir. Bu sahə ilə bağlı kadr hazırlığı da vacib məsələdir. Cənab Prezident bəyan edib ki, biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacağını nəzərə alsaq aidiyyatı qurumlar, o cümlədən təhsil müəssisələri dövlət başçısının bu tövsiyə və tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməlidir”,- deputat vurğulayıb.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

13-03-2025, 10:22

“Bu, Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi rolunu gücləndirəcək”

Cəmiyyət

6-01-2026, 16:43

Süni qida və ailə büdcəsi

Ölkə

3-06-2024, 10:05

Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edir

Ölkə

14-01-2026, 16:07

“Bu il 4 bakalavr tələbəmiz TAU-da işlə təmin olunub”

Ölkə
Rüşvət haqda məlumatları hansı orqana təqdim etməliyik?
Rüşvət haqda məlumatları hansı orqana təqdim etməliyik?
Moskvadan Gəncəyə uçmalı olan təyyarə gecikir
Moskvadan Gəncəyə uçmalı olan təyyarə gecikir
E-Bələdiyyə tətbiqi istifadəyə verildi
E-Bələdiyyə tətbiqi istifadəyə verildi
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
Siyasət
Naxçıvan Ali Məclisinin bəzi səlahiyyətləri ləğv edildi
Bu gün, 17:50
Naxçıvan Ali Məclisinin bəzi səlahiyyətləri ləğv edildi
Prezident Böyük Britaniyanın nazirini qəbul etdi - Fotolar - Yenilənib
Bu gün, 16:31
Prezident Böyük Britaniyanın nazirini qəbul etdi - Fotolar - Yenilənib
Qara dənizdə şəhidimizin adını daşıyan gəmidə yanğın
Dünən, 16:34
Qara dənizdə şəhidimizin adını daşıyan gəmidə yanğın
Bayramov Əraqçi ilə danışdı
3-10-2026, 13:35
Bayramov Əraqçi ilə danışdı
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
3-10-2026, 12:03
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
“Düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri Azərbaycanda görüşürlər”
3-10-2026, 09:05
“Düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri Azərbaycanda görüşürlər”
Xəbər Lenti
  • Dünən, 17:50
    Naxçıvan Ali Məclisinin bəzi səlahiyyətləri ləğv edildi
  • Dünən, 17:00
    Rəşid Məmmədəliyev üçüncülük görüşünə çıxacaq
  • Dünən, 16:40
    Azərbaycan və Birləşmiş Krallığın hökumətləri arasında mühüm sənədlər imzalandı
  • Dünən, 16:31
    Prezident Böyük Britaniyanın nazirini qəbul etdi - Fotolar - Yenilənib
  • Dünən, 16:05
    Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət
  • Dünən, 15:52
    Rüşvət haqda məlumatları hansı orqana təqdim etməliyik?
  • Dünən, 15:00
    Nikolas Maduronun ABŞ-də həbsdə olan arvadının vəziyyəti pisləşir
  • Dünən, 14:23
    Husilər Səudiyyə Ərəbistanında aeroportları və neft obyektlərini vurdular
  • Dünən, 14:18
    Hidayət Heydərov DÇ-də uduzdu - Yenilənir
  • Dünən, 14:06
    Moskvadan Gəncəyə uçmalı olan təyyarə gecikir
  • Dünən, 13:15
    İstanbulda məktəbdə bıçaqlı hücum - 8 yaralı
  • Dünən, 12:07
    E-Bələdiyyə tətbiqi istifadəyə verildi
  • Dünən, 11:48
    Duracaq və qarajlarla bağlı - Dəyişiklik
  • Dünən, 11:26
    Hidayət Heydərov dünya çempionatına qələbə ilə başladı
  • Dünən, 10:51
    Laçında daha üç SES tikilir - Video
  • Dünən, 10:37
    Yük gəmisinə hücumda daha 3 azərbaycanlı yaralanıb - XİN
  • Dünən, 10:09
    Baş nazirdən Qarabağdakı sahibkarlarla bağlı - Qərar
  • Dünən, 09:54
    Bu ərazilərə yağış yağıb
  • Dünən, 09:19
    Konqoda gəmilər toqquşdu - 30 nəfər öldü
  • Dünən, 09:00
    Dünya bazarında qızıl ucuzlaşdı
  • Dünən, 17:26
    Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi
  • Dünən, 16:34
    Qara dənizdə şəhidimizin adını daşıyan gəmidə yanğın
  • Dünən, 16:27
    “Vallah-billah, biabırçı vəziyyətdir...” - Video
  • Dünən, 15:47
    “Sabah”ın oyununa 45 min bilet satılıb
  • Dünən, 15:19
    Magistraturada “pullu”ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə