• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

ANAMA sədri: "Vətən müharibəsindən sonra 170 000 hektardan artıq ərazi minalardan təmizlənib"

Ölkə

15-11-2024, 18:01
ANAMA sədri: "Vətən müharibəsindən sonra 170 000 hektardan artıq ərazi minalardan təmizlənib"

İqlim dəyişikliyinə təsir edən amillərdən biri də münaqişələr və onun yaratdığı fəsadlardır.

Xüsusilə, müharibələr zamanı basdırılan minalar savaş bitəndən illər sonra da insanların həyatını təhlükəyə atır, ətraf mühitə ciddi zərər vurur, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq səylərinə ciddi şəkildə əngəl törədir.

Partlayışlar zamanı yaranan plastik tullantılar ekoloji fəsadlara səbəb olaraq torpaqların strukturuna mənfi təsir göstərir. Uzun müddət torpağın içində qalan minalar zərərli kimyəvi reaksiyalara gətirib çıxarır.

Minalara görə istifadə olunmayan torpaqlar təbii eroziyaya və aşınmaya məruz qalır. Bu baxımdan, Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) bu problemə qarşı birgə mübarizə aparmaq və həll yolları axtarmaq baxımımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov COP29 sammiti zamanı mövzu ilə bağlı özəl müsahibə verib.

- Minaların iqlim dəyişikliyinə hansı təsirləri var və bunun qarşısını necə almaq olar?

- Mina probleminin ətraf mühitə mənfi təsirləri çoxdur və biz bu təsirləri görürük. Hər bir mina və sursat partlayışı torpağın, havanın çirklənməsi deməkdir. Çünki havaya tullantılar atılır, torpağa zərər vurulur və bu da öz mənfi təsirlərini göstərir.

- ANAMA bu istiqamətdə hansı işləri görür?

- Biz çalışırıq ki, bu sahədə də öz töhfəmizi verək. Bu ilin may ayında sırf mina probleminin ətraf mühitə təsiri mövzusunda beynəlxalq konfransımız oldu. Bu gün də COP çərçivəsində bizim həmin problemə həsr olunan yan tədbirimiz keçiriləcək.

- Azərbaycanın bu istiqamətdə beynəlxalq arenadakı rolunu necə dəyərləndirmək olar? Çünki mina problemindən ən çox zərər çəkən ölkələrdən biriyik. Təcrübəmizi də nəzərə alaraq, dünyaya hansı çağırışlar edə bilərik?

- Bizim bu sahədə 25 ildən artıq təcrübəmiz var. Sözsüz ki, 44 günlük Vətən müharibəsinə qədər ANAMA kiçik bir təşkilat idi. Çünki problemin həcminə uyğun qurulmuş bir qurum idi. Lakin 44 günlük müharibədən sonra biz mina problemləri ilə ciddi şəkildə üzləşəndə aydın oldu ki, bu problemi həll etmək üçün imkanlarımız, qüvvələrimiz, maddi-texniki bazalarımız artmalıdır və bu istiqamətdə də işlər gedir.

- Bu günə qədər, yəni Vətən müharibəsindən sonra nə qədər ərazi minalardan təmizlənib?

- Azərbaycan ərazilərinin işğalı zamanı basdırılan 1,5 milyona yaxın mina dağıdıcı ekoloji ziyan törədib. 44 günlük müharibədən sonra bu günə qədər 170 000 hektardan artıq ərazi artıq minalardan təmizlənib və son istifadəçilərə təhvil verilib. Eləcə də, 170 000-ə yaxın da mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

- COP29 həm də bu problemin öhdəsindən daha asan, daha tez və daha təhlükəsiz gəlmək üçün fürsət sayılır. Çünki beynəlxalq ictimaiyyətə dəstək və birlikdə mübarizə aparmağa çağırış etmək imkanları yaranır. Siz necə düşünürsünüz?

Bizim də yan tədbirimizi keçirməkdə məqsədimiz budur. Bildiyiniz kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda 18-ci Dayanıqlı İnkişaf Məqsədi qəbul olundu. Biz 18-ci DİM-in qlobal səviyyədə qəbul olunmasının tərəfdarıyıq və buna çağırış edirik.

Oxu.az

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

İqtisadiyyat

15-11-2024, 17:34

“Azərenerji”-“SOCAR Trading”-“Ansaldo Energia” arasında sənəd imzalanıb

Ölkə

27-01-2024, 13:08

Mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin siyahısı təsdiqlənib

Ölkə

6-11-2024, 13:37

Dini Liderlərin Qlobal Sammiti yekunlaşıb

Ölkə

12-08-2024, 11:33

Bakı ilk dəfə olaraq İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək

Ölkə
Qarabağa səfərin ilk günündən bu görüntüləri paylaşdı
Qarabağa səfərin ilk günündən bu görüntüləri paylaşdı
Dənizə getmək istəyənlərin nəzərinə!
Dənizə getmək istəyənlərin nəzərinə!
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? - VİDEO
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? - VİDEO
Yol polisi yanan avtomobili söndürdü
Yol polisi yanan avtomobili söndürdü
Siyasət
Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi - Sərəncam
Dünən, 17:30
Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi - Sərəncam
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiqləndi
Dünən, 14:39
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiqləndi
Prezident Qaradağda açılışda - Fotolar
Dünən, 11:56
Prezident Qaradağda açılışda - Fotolar
Prezident Əziz Səncəri təltif etdi
7-09-2026, 14:15
Prezident Əziz Səncəri təltif etdi
Putin Əliyevə zəng etdi
7-09-2026, 13:16
Putin Əliyevə zəng etdi
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
5-09-2026, 09:00
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
Xəbər Lenti
  • Bu gün, 11:00
    Qarabağa səfərin ilk günündən bu görüntüləri paylaşdı
  • Bu gün, 10:07
    Sağlam qalmağın yolları açıqlandı
  • Bu gün, 09:44
    Dənizə getmək istəyənlərin nəzərinə!
  • Bu gün, 09:19
    Analoqu olmayan tədbir - Orkestrə robot dirijorluq etdi
  • Bu gün, 09:10
    Nepaldakı daşqınlarda ölənlərin sayı artdı
  • Bu gün, 09:00
    Şimali Koreya Yapon dənizinə ballistik raketlər buraxdı
  • Dünən, 20:44
    Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? - VİDEO
  • Dünən, 17:30
    Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi - Sərəncam
  • Dünən, 16:21
    Yol polisi yanan avtomobili söndürdü
  • Dünən, 16:03
    Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri - Açıqlandı
  • Dünən, 15:53
    Mərhum prokurorun general oğlu yeni idarənin rəisi təyin edildi
  • Dünən, 15:40
    İranın elektrik şəbəkəsi Azərbaycanın enerji sisteminə qoşulub
  • Dünən, 15:28
    “Naxçıvan istiqamətində işlər yekunlaşıb”
  • Dünən, 14:54
    Ərini öldürüb basdırdığı yerdə güllər əkmişdi - 12 il həbs verildi
  • Dünən, 14:01
    11 fərqli ölkə, 1 komanda - “Sabah” ÇL-in tarixinə düşdü
  • Dünən, 13:57
    Şəkidə 4 nəfəri çaqqal dişlədi - Yenilənib
  • Dünən, 13:19
    Xankəndidə bu qədər əhali yaşayır
  • Dünən, 12:32
    Universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi təklif olunur
  • Dünən, 12:14
    “Emin Əmrullayev dedi ki, dərsliklərlə bağlı iclas olsa, tapşırıq verəcək”
  • Dünən, 11:18
    Brokkolini müntəzəm yesəniz, orqanizmdə nə baş verər?
  • Dünən, 11:09
    “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başladı
  • Dünən, 11:02
    “Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimələnə bilərsiniz-Yenilənib
  • Dünən, 10:08
    2030-cu il DÇ-nin final oyunu burada keçirilə bilər
  • Dünən, 10:06
    Heyva Festivalına nə üçün getməliyik?
  • Dünən, 09:49
    Danimarkadan radikal addım: Məktəblərdə mobil telefonlar tam qadağan edilir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə