"Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq çərçivəsi çox genişdir. Bu insan kapitalının inkişaf etdirilməsindən su ehtiyatlarının səmərəli idarəedilməsinə kimi bir sıra məsələləri əhatə edir".
Liderxeber.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko deyib.
O bildirib ki, "Su Təhlükəsizliyi Problemlərinin Həll edilməsi üçün Su Sektorunda Effektiv İnstitutlara və Proqramlara Keçid" hesabatı Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) Aİ tərəfindən maliyyələşdirilib: "Avropa İttifaqı bu təşəbbüsləri dəstəkləməkdən qürur duyur".
Mixalko əlavə edib ki, Aİ Azərbaycanda su ehtiyatlarının səmərəli idarə edilməsinə kömək etməyə davam edəcək.