• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Ölkə

25-07-2024, 11:10
Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Naxçıvan Bank" ASC-nin müraciəti əsasında onun lisenziyası ləğv edilib, bankın bazasında yaradılmış "E-Kredit" MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.

Liderxeber.az bu barədə AMB-yə istinadən xəbər verir.

Cari ilin ötən dövrünün maliyyə hesabatlarına əsasən "Naxçıvanbank" ASC-nin maliyyə göstəriciləri qənaətbəxş olmuş, likvid aktivləri kreditor öhdəliklərini dəfələrlə üstələyib. Beləliklə, "Naxçıvanbank" ASC-nin BOKT-a çevrilməsi bankın səhmdarları tərəfindən qəbul edilmiş biznes qərarından irəli gəlib və Qaydalar əsasında həyata keçirilib. Bununla bağlı 22 may 2024-cü il tarixində Mərkəzi Bank tərəfindən Qaydalarla nəzərdə tutulmuş formada "Naxçıvanbank" ASC-yə qabaqcadan razılıq verilib. Yenidən təşkil prosesi çərçivəsində "Naxçıvanbank" ASC tərəfindən öz əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planı təsdiq edilərək icrasına başlanılıb, bankın kreditorlarının məlumatlandırılması təmin edilib. Bu çərçivədə hesablarında olan vəsaitlərin əldə edilməsi üçün müraciət etməyən fiziki və hüquqi şəxslərin hesabları üzrə qalıqlar (cəmi 342 858.16 manat ekvivalenti) Mərkəzi Bankda açılmış xüsusi hesaba köçürülüb, digər kreditorlar qarşısında olan öhdəliklər isə "Naxçıvanbank" ASC tərəfindən icra edilib.

Mərkəzi Bankda açılmış xüsusi hesaba köçürülmüş qalıqlar 45 hüquqi şəxs (cəmi 5 794.14 manat ekvivalentində), 297 fərdi sahibkar (cəmi 66 543.35 manat ekvivalentində) və 1918 fiziki şəxsə (cəmi 270 520.67 manat ekvivalentində) məxsusdur. Fiziki şəxslər hesab qalıqlarını nağd şəkildə, fərdi sahibkar və hüquqi şəxslər isə hesab qalıqlarını digər bank hesabına köçürmə yolu ilə 25.07.2024-cü il tarixdən etibarən Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinə (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 32) və Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasına müraciət edərək əldə edə bilərlər.

Bildirilib ki, Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan qərarı ilə "Naxçıvanbank" ASC-nin lisenziyasının ləğv edilməsi anına olan bütün aktivləri, o cümlədən kredit tələbləri hüquqi varisi olan "E-Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC-yə keçib. "E-Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC öz fəaliyyətini lisenziyası ləğv edilmiş "Naxçıvanbank" ASC-nin əvvəlki hüquqi ünvanında (Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 27) həyata keçirəcək.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

İqtisadiyyat

22-06-2023, 10:30

Bir il müddətində iki dəfədən artıq inzibati tənbeh edilən elektron pul təşkilatının lisenziyası ləğv ediləcək

Ölkə

24-04-2024, 17:46

Korrupsiyaya qarşı sistemli mübarizə aparılır

İqtisadiyyat

17-05-2023, 10:19

Mərkəzi Bank “Günay Bank”ın lisenziyasını ləğv edib

Ölkə
Gündəlik baxış sayına görə əlavə ödəniş alacaqlar
Gündəlik baxış sayına görə əlavə ödəniş alacaqlar
İcarəçi təmir xərclərini hansı halda tələb edə bilər? - Ali Məhkəmədən Qərar
İcarəçi təmir xərclərini hansı halda tələb edə bilər? - Ali Məhkəmədən Qərar
Regionlarda həkim çatışmazlığı aradan qaldırılacaq
Regionlarda həkim çatışmazlığı aradan qaldırılacaq
Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyin edildi
Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyin edildi
Siyasət
“BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb”
Dünən, 15:55
“BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb”
Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - FOTO
Dünən, 14:08
Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - FOTO
İlham Əliyev Putinlə söhbət etdi - Foto
Dünən, 13:16
İlham Əliyev Putinlə söhbət etdi - Foto
Bayramov iranlı həmkarı ilə görüşdü - Foto
Dünən, 12:02
Bayramov iranlı həmkarı ilə görüşdü - Foto
Prezidentin ŞƏT “plyus” formatında görüşdə çıxışı gözlənilir
Dünən, 10:24
Prezidentin ŞƏT “plyus” formatında görüşdə çıxışı gözlənilir
Çinin Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir - Fotolar
Dünən, 15:39
Çinin Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir - Fotolar
Xəbər Lenti
  • Bu gün, 13:18
    Gündəlik baxış sayına görə əlavə ödəniş alacaqlar
  • Bu gün, 13:11
    İcarəçi təmir xərclərini hansı halda tələb edə bilər? - Ali Məhkəmədən Qərar
  • Bu gün, 12:39
    Regionlarda həkim çatışmazlığı aradan qaldırılacaq
  • Bu gün, 12:07
    Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyin edildi
  • Bu gün, 11:34
    Bu həkimlər 3 min manat əməkhaqqı alacaq
  • Bu gün, 11:26
    ABŞ-nin bu ölkələrdəki hərbi bazaları vuruldu - Yenilənib
  • Bu gün, 10:53
    Sabahdan I sinfə elektron qəbul yekunlaşır
  • Bu gün, 10:48
    Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşdi
  • Bu gün, 10:07
    Aclıq hissini necə idarə etmək olar? - Həkimdən məsləhət
  • Bu gün, 09:44
    “Süni intellektdir” dedilər, üzən ada kəşf edildi - Foto
  • Bu gün, 09:12
    Bəhreyndəki ABŞ bazası vuruldu
  • Bu gün, 09:05
    ABŞ-nin İsraildəki səfirliyi də xəbərdarlıq yaydı
  • Bu gün, 09:00
    Şamaxıda zəlzələ oldu
  • Bu gün, 08:43
    ABŞ İranda toy keçirilən yeri bombaladı - Yenilənib
  • Dünən, 17:22
    Paşinyandan Azərbaycanla münasibətlərə dair - Açıqlama
  • Dünən, 17:13
    232 minlik malı bəyan etmədilər
  • Dünən, 16:55
    Bağçaya gedən uşağın qanında psixotrop maddə aşkarlanıb?
  • Dünən, 16:30
    Bakıda yeni tribuna quraşdırıldı
  • Dünən, 16:21
    Nepalda daşqınların yuyub apardığı pulla dolu bank seyfləri axtarılır
  • Dünən, 16:20
    Qaxda ilk dəfə möhtəşəm "İLİSOUND Moto & Rock" Festivalı keçirildi
  • Dünən, 16:08
    Hindistanda tanınmış müğənni qətlə yetirildi
  • Dünən, 15:55
    “BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb”
  • Dünən, 15:43
    Ukrayna dənizə çıxışını itirib - KİV
  • Dünən, 15:32
    Azərbaycan millisi Türkiyəyə qarşı
  • Dünən, 14:08
    Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - FOTO
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə