• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Bir il müddətində iki dəfədən artıq inzibati tənbeh edilən elektron pul təşkilatının lisenziyası ləğv ediləcək

İqtisadiyyat

22-06-2023, 10:30
Bir il müddətində iki dəfədən artıq inzibati tənbeh edilən elektron pul təşkilatının lisenziyası ləğv ediləcək

Ödəniş təşkilatının və elektron pul təşkilatının lisenziyasının ləğvi şərtləri məlum olub.

Liderxəbər-in xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində əksini tapıb.

Aşağıdakı bir və ya bir neçə əsaslar olduqda Mərkəzi Bank bu Qanuna uyğun olaraq ödəniş təşkilatına və elektron pul təşkilatına verilmiş lisenziyanı ləğv edir:

- lisenziya sahibi lisenziyasının ləğvi barədə müraciət etdikdə;

- ödəniş təşkilatı və elektron pul təşkilatı bu Qanuna uyğun olaraq tətbiq edilən təshih tədbirlərini yerinə yetirmədikdə;

- Mərkəzi Banka bilərəkdən yanlış hesabat və ya məlumat təqdim edildikdə və ya ardıcıl olaraq sonuncu iki hesabat tarixinə hesabat təqdim edilmədikdə;

- lisenziyada nəzərdə tutulmayan fəaliyyət növlərini həyata keçirdikdə;

- cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinin pozulmasına görə ödəniş təşkilatına və ya elektron pul təşkilatına 1 (bir) il müddətində 2 (iki) dəfədən artıq inzibati tənbeh tətbiq edildikdə;

- ödəniş təşkilatı və elektron pul təşkilatı ləğv edildikdə və ya müflis elan edildikdə;

- lisenziyanın verilməsi üçün təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və ya təhrif olunmuş məlumatlar sonradan aşkar edildikdə;

- lisenziyanın qüvvəyə mindiyi gündən 12 (on iki) ay müddətində ödəniş təşkilatı və elektron pul təşkilatı fəaliyyətə başlamadıqda və ya fəaliyyəti dövrü müddətində ardıcıl olaraq 6 (altı) ay müddətində ödəniş xidmətlərini göstərmədiyi müəyyən edildikdə;

- mühüm iştirak pay sahiblərinin və ya benefisiar mülkiyyətçilərin lisenziya sahibinə təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda.

- Xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialına verilmiş lisenziya aşağıdakı bir və ya bir neçə əsaslar olduqda ləğv edilir:

-Yuxarida sadalanan əsaslar olduqda;

- xarici ölkənin səlahiyyətli orqanı tərəfindən xarici ödəniş təşkilatının və ya xarici elektron pul təşkilatının yerli filialının fəaliyyət göstərməsi qadağan edildikdə;

- xarici ödəniş təşkilatının və ya xarici elektron pul təşkilatının öz ölkəsində ödəniş xidmətlərinin göstərilməsi üzrə lisenziyası (və ya bu fəaliyyəti həyata keçirmək hüququnu təsdiq edən sənəd) ləğv olunduqda;

- xarici ödəniş təşkilatına və ya xarici elektron pul təşkilatına yerləşdiyi ölkənin tənzimlənmə və nəzarət orqanı tərəfindən lazımınca nəzarətin təmin edilməməsi səbəbindən Mərkəzi Bank xarici ödəniş təşkilatının və ya xarici elektron pul təşkilatının yerli filialına nəzarəti həyata keçirə bilmədikdə.

Lisenziyanın ləğv edilməsi haqqında Mərkəzi Bankın qərarından məhkəməyə şikayət verilə bilər. Şikayətin verilməsi Mərkəzi Bankın qərarının icrasını dayandırmır.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

---

22-06-2023, 10:00

Elektron pul təşkilatlarının pulun təhlükəsizliyini təmin etmələri üçün tələblər məlum olub

Ölkə

14-07-2023, 12:29

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” yeni qanun layihəsi III oxunuşda təsdiqlənib

Ölkə

21-02-2023, 11:33

Elektrik enerjisi istehlakçılarının hüquqları artırılır

---

22-06-2023, 11:01

Ödəniş əməliyyatının vasitəçilik xidmətindən istifadə edilməklə aparılması mümkün olacaq

İqtisadiyyat

22-06-2023, 10:30

“Dövlət satınalmaları haqqında” yeni qanunun tətbiq dairəsi müəyyənləşir

Ölkə
Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
İnternat məktəbinin şagirdi 1500 manat oğurlayıb dönər aldı - Bu cəza verildi
İnternat məktəbinin şagirdi 1500 manat oğurlayıb dönər aldı - Bu cəza verildi
Hamilə qadın bıçaqlandı - Qardaşı saxlanıldı-Yenilənib
Hamilə qadın bıçaqlandı - Qardaşı saxlanıldı-Yenilənib
Siyasət
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
11-11-2026, 13:30
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
11-11-2026, 12:14
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
10-11-2026, 09:54
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün Azərbaycanda Zəfər Günüdür
8-11-2026, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
7-11-2026, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Xəbər Lenti
  • Bu gün, 13:43
    İtaliyada 3 gündür davam edən fırtına həyatı iflic etdi -
  • Bu gün, 12:48
    Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
  • Bu gün, 11:21
    Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
  • Bu gün, 10:21
    Rusiya NATO-dan nə istəyir? - Qafqaz da Moskvanın tələbləri arasındadır
  • Bu gün, 10:11
    Nəyi xatırlayacağımıza beynimiz necə qərar verir?
  • Bu gün, 10:05
    Azərbaycanda bu il 116 uşaq övladlığa verilib
  • Bu gün, 10:03
    Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər
  • Bu gün, 10:02
    Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
  • Bu gün, 10:01
    Yuxu iflici zamanı beyində nələr baş verir?
  • Bu gün, 10:00
    BMW 720 mindən çox avtomobili geri çağırır
  • Bu gün, 09:59
    "Apple"ın yeni telefonu alıcıları məyus etdi: Smartfonun hansı qüsurları üzə çıxdı?
  • Bu gün, 09:40
    10 mindən çox uçuşu təxirə salan səbəb açıqlandı - Fotolar
  • Bu gün, 09:00
    Si Cinpin və Putinlə üçtərəfli görüş keçirəcək
  • Dünən, 17:57
    İnternat məktəbinin şagirdi 1500 manat oğurlayıb dönər aldı - Bu cəza verildi
  • Dünən, 17:35
    Hamilə qadın bıçaqlandı - Qardaşı saxlanıldı-Yenilənib
  • Dünən, 16:13
    “Tərcümə mərkəzinə ayrılan büdcə AYB-yə geri qaytarılmalıdır”
  • Dünən, 16:09
    Motosikletlə vurulan məktəbli xəstəxanaya yerləşdirildi
  • Dünən, 16:00
    Temperatur 10° enəcək - Xəbərdarlıq
  • Dünən, 15:16
    Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcək
  • Dünən, 15:00
    Məktəblərdə bir həftə dərs olmayacaq
  • Dünən, 14:27
    Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar
  • Dünən, 14:12
    Rəqəmsal uçot sistemi vətəndaşlara - Hansı üstünlükləri verəcək?
  • Dünən, 13:26
    “BBG Energy”də rəhbərlik yenidən formalaşdırıldı - Yeni təyinatlar
  • Dünən, 13:18
    Media və Yayım Şurası media subyektlərinə çağırış etdi
  • Dünən, 13:02
    Tikilən və təmir edilən məktəblərin sayı açıqlandı - Yenilənib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə