• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri bəlli olub

Ölkə

24-07-2024, 17:01
Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri bəlli olub

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri müəyyənləşib.

Müsabiqənin İşçi Qrupundan Liderxeber.az-a bildirilib ki, ölkəmizdə idarəetmə sahəsinin peşəkarları arasında təşkil olunmuş ilk müsabiqə hesab olunan “Yüksəliş”in builki final mərhələsində iştirak etmiş 118 namizəddən ən yüksək bal toplayan 25 nəfər qalib adını qazanıb. Dördüncü mövsümün qaliblərindən 18 nəfəri öncəki müsabiqələrin müxtəlif mərhələlərində iştirak edib. Ən gənc qalibin 24, ən yaşlı qalibin isə 38 yaşı var. Qalib gələn iştirakçıların 45.71 faizi dövlət, 42.86 faizi özəl, 2.86 faizi QHT-lərdə çalışır. Qeyd edək ki, final mərhələsi üzrə ən yüksək nəticə 19 bal olub.

Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqənin yarımfinal və final mərhələlərinin qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan “Qiymətləndirmə konfransı” metodu ilə həyata keçirilib. Yarımfinal mərhələsində strateji düşüncə, effektivliyin idarə edilməsi, nəticəyönümlülük, komanda işi, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, sosial məsuliyyət, liderlik səriştələri əsasında ekspertlər tərəfindən qiymətləndirmə aparılıb. Ötən illərdən fərqli olaraq bu il finalda iştirakçılar ekspertlər tərəfindən “İdarəçi rollar modeli” üzrə qiymətləndirilib.

Finalın ən yaddaqalan anlarından biri isə Təşkilat Komitəsinin üzvləri və mentorların iştirakı ilə baş tutan “Mentor keysi”ndə yaşanıb. Belə ki, mentorlar iştirakçılarla birlikdə İşçi Qrupunun hazırladığı “Süni intellekt və gələcəyin əmək bazarı” adlı tapşırığı yerinə yetiriblər. Maraqlı mübarizənin və fikir mübadiləsinin sonunda mentorlar iştirakçılara əlavə bal verərək qiymətləndiriblər. Təqdim edilən mentor balı iştirakçıların ümumi balına əlavə edilib.

Müsabiqənin şərtlərinə əsasən, 20 qalibin seçilməsi planlaşdırılsa da, 9 nəfər eyni nəticəni göstərdiyi üçün Təşkilat Komitəsi həmin iştirakçıların hər birinin səriştə və bacarıqlarının ədalətli qiymətləndirilməsi baxımından onların qalib elan olunmasına qərar verib.

Qaliblərin adlarını təqdim edirik:

1. Rəhimov Teymur Azər oğlu

2. Şamilzadə Orxan Müşfiq oğlu

3. Əmmayev Təbriz Bilal oğlu

4. Mustafayev Sənan Sahid oğlu

5. Nəcəfli Cəfər Yusif oğlu

6. Şirinli Qaraxan Bayraməli oğlu

7. Hüseynli Kamal Həsən oğlu

8. Həsənəlizadə Şəfəq İlham qızı

9. Musayeva Günel Elşad qızı

10. Yaqublu Toğrul Namiq oğlu

11. Göyüşov Səbuhi Nizami oğlu

12. Hüseynov İsmayıl Sayəddin oğlu

13. İsgəndərov Orxan Elman oğlu

14. Babazadə Salman Məhəmməd oğlu

15. Qocayev Nicat İlham oğlu

16. Məmmədov Ayaz Məmmədrahim oğlu

17. Hüseynov Seymur Elşad oğlu

18. Həsənli Aslan Yusif oğlu

19. Qasımov Anar Aslan oğlu

20. Məmmədxanlı Rüfət Cahangir oğlu

21. Əsgərov Əkbər Rövşən oğlu

22. Səmədov İnsafəli Cümeyir oğlu

23. Fətəliyev Eyyub İlqar oğlu

24. Məmmədov Şahlar Elman oğlu

25. Abdullazadə Elnur Fazil oğlu

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.

Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

18-04-2023, 07:46

Başlıbel faciəsindən 30 il ötür - VİDEO

Ölkə

6-06-2023, 18:16

II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan edilib

İqtisadiyyat

16-01-2023, 17:38

Azərbaycanda elektrik enerjisi istehsalı 4 faiz artıb

Dünya

3-07-2024, 18:05

Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub

Ölkə
Naxçıvanda minik avtomobili qaz xəttinə çırpılıb
Naxçıvanda minik avtomobili qaz xəttinə çırpılıb
Bakı-Tbilisi-Qars dəmir yolunun təhvil-təslim aktının imzalanması müzakirə olundu
Bakı-Tbilisi-Qars dəmir yolunun təhvil-təslim aktının imzalanması müzakirə olundu
Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu - Fotolar
Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu - Fotolar
İran gəmisi Xəzərdə qəzaya uğrayıb: Hava şəraiti xilasetmə işlərinə imkan vermir
İran gəmisi Xəzərdə qəzaya uğrayıb: Hava şəraiti xilasetmə işlərinə imkan vermir
Siyasət
Prezidentdən Şahin Bağırovla bağlı sərəncam
Bu gün, 17:30
Prezidentdən Şahin Bağırovla bağlı sərəncam
Azərbaycan “Roblox”a rəsmi müraciət edib - Bağlana bilər?
Dünən, 13:05
Azərbaycan “Roblox”a rəsmi müraciət edib - Bağlana bilər?
Prokurorlara bu sahəyə də nəzarət səlahiyyəti verilir
Dünən, 11:47
Prokurorlara bu sahəyə də nəzarət səlahiyyəti verilir
4 qanunda dəyişiklik edildi
26-01-2026, 16:39
4 qanunda dəyişiklik edildi
Ramin Bayramlıya vəzifə verildi - Yenilənib
26-01-2026, 13:34
Ramin Bayramlıya vəzifə verildi - Yenilənib
Donald Tramp İlham Əliyevə təşəkkür edib
24-01-2026, 09:00
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Xəbər Lenti
  • Dünən, 17:30
    Prezidentdən Şahin Bağırovla bağlı sərəncam
  • Dünən, 17:15
    Naxçıvanda minik avtomobili qaz xəttinə çırpılıb
  • Dünən, 16:54
    Bakı-Tbilisi-Qars dəmir yolunun təhvil-təslim aktının imzalanması müzakirə olundu
  • Dünən, 16:01
    Rusiya və Ukrayna BƏƏ danışıqlarından sonra üç əsas məsələdə dalana dirəniblər
  • Dünən, 15:37
    Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu - Fotolar
  • Dünən, 15:32
    Beş milyonluq cinayət işinə görə həbs edilən Ruslan Eyyubovla bağlı qərar verildi
  • Dünən, 15:23
    İran gəmisi Xəzərdə qəzaya uğrayıb: Hava şəraiti xilasetmə işlərinə imkan vermir
  • Dünən, 15:10
    "Barselona" və "Çelsi" klubları "Qarabağ" barədə paylaşım ediblər
  • Dünən, 14:08
    Araqçı sabah Türkiyəyə gedir
  • Dünən, 14:06
    Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq - Bu halda
  • Dünən, 13:44
    ABŞ-də qar fırtınasında ölənlərin sayı 73-ə çatdı
  • Dünən, 12:50
    Vüqar Oruc “İlin iqtisadçı-eksperti” mükafatına layiq görüldü
  • Dünən, 12:15
    Yasamaldakı həmin qara paltarlı qadın tutuldu - Video
  • Dünən, 11:30
    Aeroport yolunda sürət həddi endirildi
  • Dünən, 11:00
    Tramp bu gecə bəyanatla çıxış edəcək
  • Dünən, 10:37
    “9-11 Hazırlıq Məktəbi”nə 2026/2027 tədris ili üzrə qəbul başladı!
  • Dünən, 10:08
    3 nəfər dəm qazından zəhərləndi - İkisi öldü
  • Dünən, 09:23
    Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salınıb
  • Dünən, 09:02
    UEFA Avropa Liqasının əsas mərhələsinə yekun vurulur
  • Dünən, 09:00
    Yeni tarixin yazıldığı gecədən - Video
  • Dünən, 17:04
    “Ermənistandakı Aİ missiyasına yeni funksiyalar verilə bilər”
  • Dünən, 16:32
    2025-ci ildə sahibkarlar üçün bir sıra layihə və proqramlar icra edilib
  • Dünən, 16:21
    “Baku Medical Plaza”da yanğın olub? - Açıqlama
  • Dünən, 15:51
    Elçin Quliyev generalı rəis təyin etdi
  • Dünən, 15:33
    Bu avtomobillərin idxalı rüsumlardan azad edilir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə