• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Neftçalada “Ordu dövlətin dayağı, xalqın qürurudur” mövzusunda görüş keçirilib

Ölkə

26-06-2024, 19:35
Neftçalada “Ordu dövlətin dayağı, xalqın qürurudur” mövzusunda görüş keçirilib

Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunub və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd olunur.

Liderxeber.az xəbər verir ki, respublikamızın hər yerində olduğu kimi Neftçala rayonunda da bu əlamətdar gün ilə əlaqədar olaraq “Ordu dövlətin dayağı, xalqın qürurudur” mövzusunda rayon ictimaiyyətinin iştirakı ilə görüş keçirilib.
 
Görüşdən öncə Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, idarə, müəssisə, təşkilat rəhbərləri, müharibə iştirakçıları,şəhid ailələri, hərbi qulluqçular, digər ictimaiyyət nümayəndələri ilə Ümummilli Lider Heydər Əliyevin şəhər mərkəzində yerləşən abidəsi və şəhidlərin əziz xatirəsinə ucaldılan Şəhidlər Abidə Kompleksi ziyarət olunub, önünə gül dəstələri düzülüb və ehtiramla yad edilib.
 
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçularımızın ruhu bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səslənib.
 
Tədbirdə şəhid Mahmud Məlikovun atası Təhmasib Məlikov, ehtiyatda olan hərbi qulluqçu Mustafa Əliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsinin sədri Mübariz Hüseynov və “Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftəliyeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin ikinci dəfə yenidən siyasi hakimiyyətə gəldikdən sonra bütün sahələrdə olduğu kimi ordu quruculuğunda əvəzsiz rolu olduğunu, 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi qələbədən söz açaraq, Azərbaycan ordusunun gücündən, qüdrətindən danışıblar, şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları, qazilərə göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini, minnətdarlıqlarını bildiriblər.
 
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə gəlişindən sonra ordu-xalq münasibətlərini yeni bir səviyyəyə qaldırdı, bu əlaqələri daha da səmərələşdirdi, səmimiləşdirdi. Bütün fəaliyyətində xalqa güvənən, xalqın etimadına arxalanan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqı ordunun güc mənbəyi, ordunu  xalqın bir hissəsi bilirdi. Ulu Öndər əmin idi ki, xalqın orduya belə münasibəti, xalqın ordunu qayğı ilə əhatələməsi ordunun inkişafının və möhkəmlənməsinin əsas şərtlərindən biridir.
 
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi 44 günlük Vətən müharibəsində, 2023-cü ilin sentyabr ayında 24 saat davam edən lokal antiterror tədbirləri zamanı şanlı qalibiyyət tariximizi yazan, dövlətimizi qalib, müzəffər edən Azərbaycan Ordusu var. RİH-in başçısı bildirdi ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin  dediyi kimi: "Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalqı bilir və bütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan Ordusunun çox yüksək yeri vardır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır. Ordumuzda nizam-intizam hökm sürür. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir". RİH-in başçısı tarixin bu gününün düşmənin qorxulu kabusuna çevrilən qüdrətli ordumuzun, yurdumuza azadlıq, xalqa fəxarət bəxş edən hünərli, şücayətli oğullarımızın günü olduğunu bildirib və Silahlı Qüvvələr günü ilə əlaqədar təbrik edib.
 
Tədbirin sonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin rəisi, polkovnik- leytenant Tofiq Mehtiyev və əməkdaşları 26 İyun Silahlı Qüvvələr Günü münasibəti ilə Neftçala Rayon İcra Hakimiyyətinin fəxri fərmanlarla təltif olunublar.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

25-06-2023, 20:05

Neftçalada Silahlı Qüvvələr Günü qeyd olunub

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

29-03-2023, 09:35

YAP Neftçala rayon təşkilatının 30 illiyi qeyd olunub

Ölkə

2-03-2023, 18:51

Neftçalanın icra başçısı səyyar qəbul keçirib

Ölkə

8-11-2023, 21:33

Neftçalada möhtəşəm Zəfər coşqusu

Ölkə
“Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu
“Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu
Bakının bu rayonunda 30 bina söküləcək
Bakının bu rayonunda 30 bina söküləcək
İki bələdiyyənin adı dəyişəcək
İki bələdiyyənin adı dəyişəcək
Bu marşrut avtobuslarının dayanacaqları dəyişdirilir
Bu marşrut avtobuslarının dayanacaqları dəyişdirilir
Siyasət
Bakı Bəyannaməsi qəbul edildi
Dünən, 16:34
Bakı Bəyannaməsi qəbul edildi
Bakıda görüşdülər - Foto
Dünən, 15:20
Bakıda görüşdülər - Foto
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
Dünən, 14:57
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?
Dünən, 13:32
Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?
“Bu mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək” - Yenilənib
Dünən, 12:49
“Bu mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək” - Yenilənib
“Bu, regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir”
Dünən, 12:25
“Bu, regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir”
Xəbər Lenti
  • Bu gün, 15:33
    “Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu
  • Bu gün, 15:15
    Bakının bu rayonunda 30 bina söküləcək
  • Bu gün, 14:11
    İki bələdiyyənin adı dəyişəcək
  • Bu gün, 13:23
    Bu marşrut avtobuslarının dayanacaqları dəyişdirilir
  • Bu gün, 12:13
    Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
  • Bu gün, 11:44
    Millimiz DÇ-də yarımfinal matçına çıxır
  • Bu gün, 11:16
    “Ukrayna münaqişəsi Zelenskisiz həll olunacaq”
  • Bu gün, 10:18
    Jurnalistlərin IX qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı
  • Bu gün, 09:23
    “Şamaxı” “Şəfa”ya, “Sumqayıt” “Araz-Naxçıvan”a qarşı
  • Bu gün, 08:56
    Kürdəmirdə yük maşını “Mercedes”ə çırpıldı - Ölən var
  • Dünən, 17:11
    Pezeşkian Ermənistana gedir
  • Dünən, 16:44
    Azərbaycan daha 2 il AQEM-ə sədrlik edəcək
  • Dünən, 16:34
    Bakı Bəyannaməsi qəbul edildi
  • Dünən, 16:00
    U -23 millimiz qələbə qazandı - Yenilənib
  • Dünən, 15:20
    Bakıda görüşdülər - Foto
  • Dünən, 15:11
    Oyuncaq ayıdan yaranan - “Vinni-Pux” 100 yaşında
  • Dünən, 14:57
    Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
  • Dünən, 14:02
    “Navai” 2 ay müddətinə həbs edildi
  • Dünən, 13:38
    Sabah 31° isti olacaq
  • Dünən, 13:32
    Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?
  • Dünən, 13:20
    Tramp 51-ci ştatın hansı ölkə olacağını açıqladı
  • Dünən, 12:49
    “Bu mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək” - Yenilənib
  • Dünən, 12:25
    “Bu, regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir”
  • Dünən, 11:53
    Bakının Əhmədli kəndinin tarixindən bəhs edən əsər işıq üzü görüb
  • Dünən, 11:25
    İstanbulda leysan davam edir, 2 nəfər öldü
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə