• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Neftçalanın icra başçısı səyyar qəbul keçirib

Ölkə

2-03-2023, 18:51
Neftçalanın icra başçısı səyyar qəbul keçirib

Neftçala Rayon İcra Hakimiyyəti başçısı Xol Qaraqaşlı kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib. ⠀

Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə, idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak edib.

Xol Qaraqaşlı kəndində şəhidlərin xatirəsinə ucaldılan Abidə Kompleksi şəhid ailələri ilə birlikdə ziyarət olunub, ruhlarına dualar oxunub və gül dəstələri düzülüb.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların, qardaş Türkiyə Cümhuriyyətində 6 fevral 2023-cü ildə baş verən zəlzələ qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad olunub.

Xol Qaraqaşlı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək Xol Qaraqaşlı kəndi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.

Çıxış edənlər “XX əsrdə Respublikamızda bədən tərbiyəsi və idmanın inkişafı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və XX əsrdə Azərbaycan xalqının həyatında çox böyük hadisələr baş verib. Ötən əsrdə ölkəmizdə iqtisadi, sosial sahələrdə olduğu kimi bədən tərbiyəsi və idman da böyük inkişaf yolu keçib. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə yenidən siyasi hakimiyyətə qayıdışından sonra respublikada bu sahənin əhəmiyyətli maddi-texniki bazası yaradılıb. İmperiya meyarları milli komanda və idmançılarımızın beynəlxalq nüfuzunun formalaşması prosesini iflic etsə də, Ulu Öndər Heydər Əliyevin qayıdışından sonra bədən tərbiyəsinin kütləvililiyi sahəsində müəyyən irəliləyişlər haqqında görüş iştirakçılarına məlumat verilib.

Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov  44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan və sentyabr ayının 12-dən 13-nə keçən gecə düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərbiçilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-in başçısı 1991-1993-cü illərdə respublikamız böyük çətinliklərlə üz-üzə qaldığı bir zaman xalq üzünü Heydər Əliyevə tutdu və dahi şəxsiyyətin xalqın tələbilə yenidən hakimiyyətə qayıdışı ilə müstəqilliyimizin yeni bir dövrü başlandı. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi, mədəni həyatının bütün sahələrində böyük uğur qazanaraq, bütün dünyada tanınmağa, eyni zamanda, ölkəmizdə idman və Olimpiya Hərəkatı özünün yüksəliş dövrünə başladı.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində həyatımızın digər sahələrində inkişafa nail olunduğu kimi, bədən tərbiyəsi və idmanın kütləvililiyində geniş uğurlar əldə olunmağa başladı. Ulu öndər Heydər Əliyevin 179 saylı Fərmanına əsasən 1994-cü ili respublikamızın idman həyatında dönüş ili adlandırmaq olar. Məhz həmin ildən müstəqil Azərbaycan dövləti rəsmən bədən tərbiyəsi və idmana sahib çıxdığını bəyan etdi və bu sahənin dövlət siyasətində önəmli yer tutduğunu sübuta yetirdi. Ölkəmizdə idmana olan xüsusi diqqət və qayğı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, respublikanın regionlarında yeni Olimpiya İdman Kompleksləri inşa olunur, məktəblərdə yeni idman qurğuları quraşdırlır, idmana və idmançılara xüsusi diqqət olunur. RİH-in başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, əsgər və zabitlərimizin, xalqımızın birliyi nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunub, işğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarını məlumatlandırıb.

Səyyar qəbulda ilk öncə vətəndaşlar rayonda aparılan abadlıq-quruculuq işlərilə əlaqədar təşəkkürlərini bildiriblər, Kür çayında suyun azlığı, suvarma suyu ilə təmin olunma, idman meydançasının məktəbin ərazisinə daxil olunması və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

17-02-2023, 11:47

Mirhəsən Seyidov rayon sakinlərinin problemlərini dinləyib

Ölkə

26-01-2023, 21:13

Neftçalada vətəndaşların problemləri həll edilir

Ölkə

24-02-2023, 10:04

Neftçala sakinlərinin problemləri diqqət mərkəzində saxlanılır

Ölkə

26-02-2023, 15:24

Neftçalada Xocalı soyqırımının 31-ci il dönümü yad olunub

Ölkə

19-01-2023, 23:06

Jalə Əhmədova: “20 yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına mühüm təsir göstərdi

Ölkə
Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
Temperatur 10° enəcək - Xəbərdarlıq
Temperatur 10° enəcək - Xəbərdarlıq
Neftçalada Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
Neftçalada Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi
Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi
Siyasət
“Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk”
Bu gün, 11:19
“Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk”
Kərim Vəliyev iranlı generalla görüşdü - Foto
Dünən, 17:48
Kərim Vəliyev iranlı generalla görüşdü - Foto
Azərbaycan və Gürcüstan Ali məhkəmələri arasında Memorandum imzalandı - Fotolar
Dünən, 15:25
Azərbaycan və Gürcüstan Ali məhkəmələri arasında Memorandum imzalandı - Fotolar
Ombudsman haqqında qanuna dəyişiklik edilir
Dünən, 12:50
Ombudsman haqqında qanuna dəyişiklik edilir
Həmin qanun layihəsi müzakirəyə çıxarıldı
Dünən, 12:30
Həmin qanun layihəsi müzakirəyə çıxarıldı
Payız sessiyası başladı
Dünən, 11:52
Payız sessiyası başladı
Xəbər Lenti
  • Bu gün, 17:59
    Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
  • Bu gün, 17:02
    Tbilisiyə hər gün 2 reys olacaq - Biletlər 36 manatdan başlayır...
  • Bu gün, 16:38
    “Qarabağ” “Zirə” ilə qarşılaşacaq
  • Bu gün, 16:11
    Temperatur 10° enəcək - Xəbərdarlıq
  • Bu gün, 15:21
    Bakıda üzgüçülük üzrə Dünya Kuboku başladı - Fotolar
  • Bu gün, 15:17
    Neftçalada Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
  • Bu gün, 15:17
    Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi
  • Bu gün, 14:19
    “Manatlıq” taksilərə qadağa qoyuldu - İnsanlar yollarda qaldı
  • Bu gün, 14:00
    Sabah leysan yağacaq - 02.10.2026
  • Bu gün, 13:49
    Kaliforniyada uşaq evlilikləri qadağan edildi - 32 ştatda hələ də qalır
  • Bu gün, 13:00
    Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür
  • Bu gün, 11:56
    Beynəlxalq turnirin ikinci günündə komandamız 7 medal qazandı - Fotolar
  • Bu gün, 11:19
    “Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk”
  • Bu gün, 10:24
    Prezidentdən AQEM Media Forumunun iştirakçılarına müraciət
  • Bu gün, 10:17
    İki ölümcül iynəyə tab gətirdi - Edamı bu səbəbdən baş tutmadı
  • Bu gün, 09:20
    Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
  • Bu gün, 09:00
    ABŞ-nin enerji layihələrinə 200 milyard yatıracaqla
  • Bu gün, 08:41
    Zığ şosesində yük maşını aşdı - Yenilənib
  • Dünən, 17:48
    Kərim Vəliyev iranlı generalla görüşdü - Foto
  • Dünən, 16:44
    Tbilisidə Azərbaycan bayrağı olan stend aşırdılıb - Fotolar
  • Dünən, 16:30
    20 min manatlıq limitlə bağlı yenidən dəyişiklik ediləcək - Yenilənib
  • Dünən, 15:25
    Azərbaycan və Gürcüstan Ali məhkəmələri arasında Memorandum imzalandı - Fotolar
  • Dünən, 13:47
    Bakıda professor Ziya Səlcuqun ustad dərsi keçiriləcək
  • Dünən, 13:36
    Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir
  • Dünən, 12:50
    Ombudsman haqqında qanuna dəyişiklik edilir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə