• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Neftçalada Silahlı Qüvvələr Günü qeyd olunub

Ölkə

25-06-2023, 20:05
Neftçalada Silahlı Qüvvələr Günü qeyd olunub

Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunub və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd olunur.

Respublikamızın hər yerində olduğu kimi Neftçala rayonunda da bu əlamətdar gün ilə əlaqədar olaraq “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda rayon ictimaiyyətinin iştirakı ilə görüş keçirilib.

Görüşdən öncə Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, idarə, müəssisə, təşkilat rəhbərləri, müharibə iştirakçıları,şəhid ailələri, hərbi qulluqçular, digər ictimaiyyət nümayəndələri ilə Ümummilli Lider Heydər Əliyevin şəhər mərkəzində yerləşən abidəsi və şəhidlərin əziz xatirəsinə ucaldılan Şəhidlər abidə kompleksi ziyarət olunub, önünə gül dəstələri düzülüb və ehtiramla yad edilib.

Tədbir Neftçala şəhər Mehman Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada Neftçala rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanan tədbirlə davam edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçularımızın ruhu bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səslənib.

Tədbirdə Neftçala rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən Mühariəbəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İlqar Həsənov, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun atası Vidadi İsmayılov, Hərbi Hava Qüvvələrinin mayoru Sabir Nəsirov çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqın təkidilə yenidən hakimiyyətə gəldikdən sonra bütün sahələrdə olduğu kimi ordu quruculuğunda əvəzsiz rolu olduğunu, 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi qələbədən söz açaraq, Azərbaycan ordusunun gücündən, qüdrətindən danışıblar, şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları, qazilərə göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini, minnətdarlıqlarını bildiriblər.

Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Ulu Öndər deyirdi: "Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam". Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qalibiyyət tariximizi yazan, dövlətimizi qalib, müzəffər edən Azərbaycan Silahli Qüvvələrinin yaranma tarixindən söz açan RİH-in başçısı tarixin bu gününün düşmənin qorxulu kabusuna çevrilən qüdrətli ordumuzun, yurdumuza azadlıq, xalqa fəxarət bəxş edən hünərli, şücayətli oğullarımızın günü olduğunu bildirib və Silahlı Qüvvələr günü ilə əlaqədar təbrik edib.

Tədbirin sonunda rayonun ictimai siyasi həyatında, o cümlədən hərbi xidmətləri zamanı fərqlənən bir qrup hərbi qulluqçulara Neftçala Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

Tədbirin sonunda Vətən Müharibəsi iştirakçıları ilə xatirə şəkli çəkilib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

2-03-2023, 18:51

Neftçalanın icra başçısı səyyar qəbul keçirib

Ölkə

29-03-2023, 09:35

YAP Neftçala rayon təşkilatının 30 illiyi qeyd olunub

Ölkə

12-05-2023, 15:13

Neftçalada Ulu Öndərin yubileyinə həsr edilmiş tədbir keçirilib

Ölkə

15-06-2023, 18:55

Neftçalada Qurtuluş günü qeyd olunub

Ölkə

26-02-2023, 15:24

Neftçalada Xocalı soyqırımının 31-ci il dönümü yad olunub

Ölkə
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq - Özəl
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq - Özəl
Bilgəhdə sürətlə hərəkət edən avtomobil aşdı - 2 nəfər öldü
Bilgəhdə sürətlə hərəkət edən avtomobil aşdı - 2 nəfər öldü
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər olacaq
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər olacaq
Sabah hava necə olacaq?
Sabah hava necə olacaq?
Siyasət
Japarov xanımı ilə Bakıya gəldi - Fotolar
Bu gün, 17:47
Japarov xanımı ilə Bakıya gəldi - Fotolar
Hakan Fidan Bakıya gəlir
Bu gün, 15:06
Hakan Fidan Bakıya gəlir
“Ermənistanla Azərbaycan arasında anklav və eksklavlar olmamalıdır”
Bu gün, 11:09
“Ermənistanla Azərbaycan arasında anklav və eksklavlar olmamalıdır”
Prezidentdən sərgi iştirakçılarına - Müraciət
Bu gün, 10:41
Prezidentdən sərgi iştirakçılarına - Müraciət
Dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi
Bu gün, 09:00
Dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi
İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Video - Fotolar
12-10-2026, 17:09
İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Video - Fotolar
Xəbər Lenti
  • Dünən, 17:47
    Japarov xanımı ilə Bakıya gəldi - Fotolar
  • Dünən, 17:43
    Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq - Özəl
  • Dünən, 15:40
    Güləşçimizdən DÇ-də gümüş medal
  • Dünən, 15:29
    Bilgəhdə sürətlə hərəkət edən avtomobil aşdı - 2 nəfər öldü
  • Dünən, 15:06
    Hakan Fidan Bakıya gəlir
  • Dünən, 14:50
    “Sabah” turnir cədvəlində yüksəldi - “İnter”, “Qalatasaray”, “Napoli”ni qabaqlayır
  • Dünən, 14:00
    Xarkovda 5 hərbçi güllələnib
  • Dünən, 13:52
    Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər olacaq
  • Dünən, 13:29
    Sabah hava necə olacaq?
  • Dünən, 13:23
    “44” sadəcə film deyil, gələcək nəsillərə ötürüləcək tarixi yaddaşdır”
  • Dünən, 12:00
    Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi
  • Dünən, 11:35
    Bakıda 14 küçə və prospekt təmirə bağlanacaq
  • Dünən, 11:09
    “Ermənistanla Azərbaycan arasında anklav və eksklavlar olmamalıdır”
  • Dünən, 10:55
    İran və Türkiyədən informasiya hücumlarını qətiyyətlə pisləyirik - Açıqlama
  • Dünən, 10:41
    Prezidentdən sərgi iştirakçılarına - Müraciət
  • Dünən, 10:28
    “Halk TV”də axtarış aparıldı, yayımı dayandırıldı
  • Dünən, 10:07
    Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edəcək
  • Dünən, 09:45
    Özünün təyin etdiyi hakim Trampın həmin qadağasını rədd etdi
  • Dünən, 09:22
    Azərbaycan UEFA reytinqində irəlilədi
  • Dünən, 09:00
    Dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi
  • Dünən, 17:15
    Qara dənizdə iki gəmiyə dron hücumu olub: 8 Azərbaycan vətəndaşı xilas edilib
  • Dünən, 16:16
    “Mən bunu problem olaraq da görmürəm” - Şeyxülislam
  • Dünən, 15:53
    Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
  • Dünən, 15:27
    Nazir gənc kursantların hərbi andiçmə mərasimində - Video
  • Dünən, 14:01
    Pakistanda qatar relsdən çıxdı - Ölənlər var
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə