• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Neftçalanın icra başçısı səyyar qəbul keçirib - FOTOLAR

Cəmiyyət

Bu gün, 18:25
Neftçalanın icra başçısı səyyar qəbul keçirib - FOTOLAR

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Şirvanlı kənd sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, dövlət müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səyyar qəbul zamanı Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi çıxış edərək kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və kənd ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri haqqında iştirakçılara ətraflı məlumat verib.

Çıxış edən natiqlər “Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu və nüfuzu daha da güclənir” mövzusunda ətraflı məlumat veriblər. Bildirilib ki, müasir beynəlxalq münasibətlər sistemində dərin geosiyasi transformasiyaların və qlobal qütbləşmənin baş verdiyi bir şəraitdə Azərbaycan Respublikası özünün müstəqil, praqmatik və milli maraqlara söykənən xarici siyasəti ilə dünya birliyində etibarlı tərəfdaş, regional sabitliyin təminatçısı və qlobal əməkdaşlıq təşəbbüslərinin müəllifi kimi mövqeyini daha da möhkəmləndirir. Prezident cənab İlham Əliyevin uzaqgörən liderliyi ilə ölkəmizin dövlət suverenliyinin və ərazi bütövlüyünün tam bərpa edilməsi Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratmaqla yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunu və diplomatik çəkisini keyfiyyətcə yeni mərhələyə yüksəldib. Azərbaycan artıq yalnız regional proseslərin iştirakçısı deyil, daha geniş Avrasiya coğrafiyasında siyasi dialoqun, iqtisadi inteqrasiyanın və təhlükəsizlik arxitekturasının formalaşdırıldığı əsas mərkəzlərdən biri kimi qəbul olunur.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, uzaqgörən və milli maraqlara əsaslanan xarici siyasət kursu nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyi və nüfuzu daha da möhkəmlənir. Prezident cənab İlham Əliyevin fəal diplomatik fəaliyyəti, beynəlxalq platformalarda irəli sürdüyü təşəbbüslər və müxtəlif dövlətlərlə qurduğu qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri Azərbaycanın regional və qlobal proseslərdə iştirak imkanlarını genişləndirir. Dövlət başçısının rəhbərliyi ilə ölkəmiz müstəqil xarici siyasət yürüdərək milli maraqlarını beynəlxalq müstəvidə ardıcıl şəkildə müdafiə edir.

Neftçala RİH-nin başçısı bildirib ki, Prezident cənab İlham Əliyevin təşəbbüsləri nəticəsində Azərbaycan enerji təhlükəsizliyi, nəqliyyat-logistika, iqtisadi tərəfdaşlıq, regional bağlantılar və beynəlxalq humanitar əməkdaşlıq sahələrində mühüm tərəfdaş kimi çıxış edir. Ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, müxtəlif dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun göstəricilərindəndir. Dövlət başçısının diplomatik fəaliyyəti Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, regional sülh və təhlükəsizlik gündəliyinin təşviqi, eləcə də ölkəmizin geosiyasi və geoiqtisadi əhəmiyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq münasibətlər sistemində müstəqil mövqeyi, fəal diplomatik fəaliyyəti və genişlənən tərəfdaşlıq əlaqələri ilə seçilən dövlət kimi çıxış edir. Ölkəmizin beynəlxalq nüfuzunun daha da artması Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasət strategiyasının davamlılığını və beynəlxalq əməkdaşlığa verdiyi töhfələri əks etdirir.

RİH-in başçısı 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının əhəmiyyətindən danışıb.

Neftçala RİH-in başçısı, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri, 2026–2030-cu illər üçün kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələrin Neftçala rayonunda yerinə yetirilməsi, kənd təsərrüfatının inkişafı və bu sahədə mövcud potensialdan səmərəli istifadə istiqamətində həyata keçirilən tədbirlər haqqında görüş iştirakçılarını məlumatlandırıb.

Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən torpaq çıxarışının alınmasına köməklik, dayanacaq təmiri, odun təminatı, işsizlik və digər sosial məsələlərlə bağlı müraciətlər edilib. Qaldırılan məsələlər hər bir müraciət ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Səyyar qəbul zamanı vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.


Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

16-09-2024, 14:12

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Ölkə

2-09-2024, 07:00

MSK ilkin nəticələri açıqladı

Ölkə

3-09-2026, 15:53

Neftçalanın icra başçısı səyyar qəbul keçirib - FOTOLAR

Ölkə

11-06-2026, 17:51

Neftçalanın icra başçısı səyyar görüş keçirib

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə
Bu ərazilərdə 15 uşaq bağçası yaradılacaq - Fotolar
Bu ərazilərdə 15 uşaq bağçası yaradılacaq - Fotolar
Şəhid anasının ziyarət etdiyi qazi ilə bağlı - Rəsmi açıqlama
Şəhid anasının ziyarət etdiyi qazi ilə bağlı - Rəsmi açıqlama
FHN MDU-da maarifləndirmə tədbiri keçirdi - Fotolar
FHN MDU-da maarifləndirmə tədbiri keçirdi - Fotolar
Onuncu icra başçısı hakim qarşısına çıxır - Yenilənir
Onuncu icra başçısı hakim qarşısına çıxır - Yenilənir
Siyasət
Prezident bu qanunu təsdiqlədi
Bu gün, 16:25
Prezident bu qanunu təsdiqlədi
Niderlandın “NetherBridge Partners” şirkəti Bakıya gəlir
Bu gün, 14:21
Niderlandın “NetherBridge Partners” şirkəti Bakıya gəlir
“Bununla rəqəmsal transformasiya siyasəti sistemli idarəetmə mərhələsinə keçdi”
25-11-2026, 17:17
“Bununla rəqəmsal transformasiya siyasəti sistemli idarəetmə mərhələsinə keçdi”
Prezident Litva XİN rəhbərini qəbul etdi - Fotolar
25-11-2026, 12:31
Prezident Litva XİN rəhbərini qəbul etdi - Fotolar
İmzaladığı 50-yə yaxın Fərman - Ləğv olundu
25-11-2026, 11:19
İmzaladığı 50-yə yaxın Fərman - Ləğv olundu
Baş nazirlər Bakıda görüşdü - Fotolar
24-11-2026, 15:13
Baş nazirlər Bakıda görüşdü - Fotolar
Xəbər Lenti
  • Bu gün, 18:25
    Neftçalanın icra başçısı səyyar qəbul keçirib - FOTOLAR
  • Bu gün, 17:23
    Bu ərazilərdə 15 uşaq bağçası yaradılacaq - Fotolar
  • Bu gün, 16:25
    Prezident bu qanunu təsdiqlədi
  • Bu gün, 15:58
    Şəhid anasının ziyarət etdiyi qazi ilə bağlı - Rəsmi açıqlama
  • Bu gün, 15:46
    FHN MDU-da maarifləndirmə tədbiri keçirdi - Fotolar
  • Bu gün, 15:13
    Onuncu icra başçısı hakim qarşısına çıxır - Yenilənir
  • Bu gün, 15:05
    Üç azərbaycanlı tələbə milli süni intellekt modeli hazırlayıb - SIBA
  • Bu gün, 14:21
    Niderlandın “NetherBridge Partners” şirkəti Bakıya gəlir
  • Bu gün, 13:57
    Sabah hava necə olacaq?
  • Bu gün, 12:30
    QHT-lərlə bağlı qanuna dəyişikliklər edilir - Siyahı
  • Bu gün, 11:11
    “Neftçi” “Zirə”yə, “İmişli” “Şəfa”ya qarşı
  • Bu gün, 11:08
    Ərdoğan Məkkə müqaviləsini təsdiqlədi
  • Bu gün, 10:46
    Rusiya Ukraynaya hərbi yük daşıyan gəmini vurdu
  • Bu gün, 09:52
    Pəncəlinin qardaşına vəzifə verildi
  • Bu gün, 09:26
    Yaş saçlarla yatmaq hansı fəsadlar verə bilər? - Həkimdən xəbərdarlıq
  • Bu gün, 09:00
    “Tanqo üçün iki nəfər lazımdır” - Trampdan sülh mesajı
  • Dünən, 17:51
    AZAL 2025-ci il üzrə illik hesabatını təqdim etdi
  • Dünən, 17:19
    Ölkəsini sammitdə özü yox, Makron təmsil edəcək
  • Dünən, 17:00
    DOST-da 5 milyonuncu vətəndaşa xidmət göstərildi - Fotolar
  • Dünən, 16:34
    “Rus bölməsinin şagirdləri “Azərbaycan tarixi”ndəki terminləri anlamaqda çətinlik çəkirdi”
  • Dünən, 16:28
    Azərbaycan Milli QHT Forumunda “İpək irsimiz – Kəlağayı” adlı tədbir keçirildi - Fotolar
  • Dünən, 15:25
    İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Səfirlikdən açıqlama
  • Dünən, 14:31
    İşğaldan azad edilmiş ərazilərdə 47 əmək yarmarkası keçirilib
  • Dünən, 13:56
    “Bakı yox, ya Gəncə, ya da başqa şəhər...” - Simonyan
  • Dünən, 12:59
    15° şaxta olacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə