• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Şəhid anasının ziyarət etdiyi qazi ilə bağlı - Rəsmi açıqlama

Ölkə

Bu gün, 15:58
Şəhid anasının ziyarət etdiyi qazi ilə bağlı - Rəsmi açıqlama

Füzuli rayonu uğrunda gedən döyüşlərdə boynundan ağır güllə yarası alan qazi Həsrət Quliyevin müalicəyə və əməliyyata ehtiyacı var. 

Liderxeber.az xəbər verir ki, bu barədə onu ziyarət edən şəhid anası Vəfa İsmayılova məlumat yayıb.

44 günlük Vətən müharibəsində şəhid olan İzzət Həmidovun anası V.İsmayılova qazinin vəziyyətinə biganə qala bilmədiyini bildirib. O, Vətən uğrunda sağlamlığını itirən şəxslərin müalicəsinin fərdi ianələrlə deyil, rəsmi qurumların və xəstəxanaların dəstəyi ilə həll olunmasının vacibliyini vurğulayıb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, həmin qazi hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alır: “1998-ci il təvəllüdlü kişi 17.11.2026-cı il tarixində saat 16:00 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Urologiya şöbəsinə planlı qaydada stasionar müalicə üçün yerləşdirilib. 

Böyrək və sidik axarı daşı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Müvafiq müalicə tədbirləri başa çatdıqdan pasiyent üzərində cərrahi müdaxilənin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, sözügedən şəxs cərrahi əməliyyat olunmaq üçün icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində özəl tibb müəssisəsinə göndərişlə təmin olunacaq”.

Qazinin maddi vəziyyəti ilə bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə də müraciət etdik. Qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov müraciətimizə cavab olaraq bildirdi ki, Sumqayıt şəhər sakini, 1998-ci il təvəllüdlü Quliyev Həsrət Həsən oğluna 2022-ci ildən müharibə ilə əlaqədar I dərəcə əlillik təyin edilib: “Ona 8800 manat birdəfəlik sığorta ödənişi edilib və hər ay pensiya və təqaüd olaraq 2362,86 manat aylıq ödəniş edilir. Həsrət Quliyevin müalicəsi üçün ardıcıl dəstək tədbirləri görülüb, "YAŞAT" Fondu tərəfindən xaricdə və ölkəmizdə müalicə, dərman xərclərinin qarşılanması, ev təmiri və s. üçün ümumilikdə 575 min manat yardım edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onu minik avtomobili, açıq və qapalı məkanda istifadə üçün 2 ədəd təkərli oturacaqla təmin edib, ötən il Sumqayıt Reabilitasiya Mərkəzində 14 gün reabilitasiya xidməti alıb.

Həsrət Quliyev 3 nəfər ailə tərkibi (özü, anası, bacısı) ilə Abşeron rayonunda yeni yaşayış kompleksindən ikiotaqlı mənzil təklif edilsə də, yaşadığı Sumqayıt şəhərində üçotaqlı mənzillə təmin edilməsini istəyib. Bununla əlaqədar növbəti mərhələdə mənzillə təminat həyata keçirildikdə ona yenə də mənzil təklif ediləcək. 

Atası vəfat edib, anası evdar qadındır və əlilliyi olan şəxsə qulluqla əlaqədar 120 manat aylıq təqaüd alır”.

Həsrət Quliyevin səhhəti və müalicəsi ilə əlaqədar “YAŞAT” Fonduna da üz tutduq. Fonddan müraciətimizə belə cavab verildi: “Birinci dərəcəli müharibə əlili Həsrət Quliyev Həsən oğlunun “YAŞAT” Fonduna məişət şəraitinin yaxşılaşdırılması, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqamətləri üzrə müraciətləri daxil olub. Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə daxil olan müraciətinə əsasən onun hesabına 2023-cü il 23 iyun tarixində 5 000 AZN vəsait köçürülüb.

Həsrət Quliyevin müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti çərçivəsində daxil olmuş müraciətlərinə əsasən onun müalicə prosesinin böyük hissəsi Türkiyə Respublikasında həyata keçirilib. Beləki, 2021-ci ilin 18 fevral tarixindən 2022-ci ilin 17 mart tarixinədək və 2022-ci ilin 7 aprel tarixindən 2023-cü ilin 13 yanvar tarixinədək şəxsin müalicəsi adıçəkilən ölkədə aparılıb və ölkə xaricində aparılan müalicələri üzrə Fondun büdcəsindən 563 674.27 AZN vəsait aidiyyəti üzrə xərclənib. 

Eyni zamanda, Həsrət Quliyevin ölkə daxilində aparılan müalicələri üzrə 1 468.04 AZN vəsait xərclənib və müxtəlif vaxtlarda daxil olan müraciətlərinə əsasən 4 038.84 AZN dəyərində dərman vasitələri ilə təmin edilib. 

Ümumilikdə, Həsrət Quliyev Həsən oğlunun Fonda daxil olan müraciətləri üzrə şəxsə 574 181.15 AZN məbləğində dəstək göstərilib. Şəxsin Fonda sonuncu müraciəti 2026-cı ilin sentyabr ayında dərman təminatı ilə bağlı olub və həmin müraciət təmin edilib. Şəxs sosial şəbəkə üzərindən yayımlanan görüntülərdə qeyd edilən məsələ ilə bağlı Fonda müraciət etməyib”. 

Qeyd edək ki, Həsrət Quliyev Füzuli istiqamətində gedən döyüşlərdə yaralı silahdaşını xilas etməyə çalışarkən boynundan ağır güllə yarası alıb və uzun müddətdir müalicə olunur. 

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

12-02-2026, 11:10

Böyrəklərdə hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

Ölkə

3-09-2026, 17:02

Tibb işçilərinin maaşlarının artırılması regionlarda həkim çatışmazlığını azaldacaq

Ölkə
Şəhid anasının ziyarət etdiyi qazi ilə bağlı - Rəsmi açıqlama
Şəhid anasının ziyarət etdiyi qazi ilə bağlı - Rəsmi açıqlama
FHN MDU-da maarifləndirmə tədbiri keçirdi - Fotolar
FHN MDU-da maarifləndirmə tədbiri keçirdi - Fotolar
Onuncu icra başçısı hakim qarşısına çıxır - Yenilənir
Onuncu icra başçısı hakim qarşısına çıxır - Yenilənir
Sabah hava necə olacaq?
Sabah hava necə olacaq?
Siyasət
Niderlandın “NetherBridge Partners” şirkəti Bakıya gəlir
Bu gün, 14:21
Niderlandın “NetherBridge Partners” şirkəti Bakıya gəlir
“Bununla rəqəmsal transformasiya siyasəti sistemli idarəetmə mərhələsinə keçdi”
Dünən, 17:17
“Bununla rəqəmsal transformasiya siyasəti sistemli idarəetmə mərhələsinə keçdi”
Prezident Litva XİN rəhbərini qəbul etdi - Fotolar
25-11-2026, 12:31
Prezident Litva XİN rəhbərini qəbul etdi - Fotolar
İmzaladığı 50-yə yaxın Fərman - Ləğv olundu
25-11-2026, 11:19
İmzaladığı 50-yə yaxın Fərman - Ləğv olundu
Baş nazirlər Bakıda görüşdü - Fotolar
24-11-2026, 15:13
Baş nazirlər Bakıda görüşdü - Fotolar
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
24-11-2026, 11:47
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
Xəbər Lenti
  • Bu gün, 15:58
    Şəhid anasının ziyarət etdiyi qazi ilə bağlı - Rəsmi açıqlama
  • Bu gün, 15:46
    FHN MDU-da maarifləndirmə tədbiri keçirdi - Fotolar
  • Bu gün, 15:13
    Onuncu icra başçısı hakim qarşısına çıxır - Yenilənir
  • Bu gün, 15:05
    Üç azərbaycanlı tələbə milli süni intellekt modeli hazırlayıb - SIBA
  • Bu gün, 14:21
    Niderlandın “NetherBridge Partners” şirkəti Bakıya gəlir
  • Bu gün, 13:57
    Sabah hava necə olacaq?
  • Bu gün, 12:30
    QHT-lərlə bağlı qanuna dəyişikliklər edilir - Siyahı
  • Bu gün, 11:11
    “Neftçi” “Zirə”yə, “İmişli” “Şəfa”ya qarşı
  • Bu gün, 11:08
    Ərdoğan Məkkə müqaviləsini təsdiqlədi
  • Bu gün, 10:46
    Rusiya Ukraynaya hərbi yük daşıyan gəmini vurdu
  • Bu gün, 09:52
    Pəncəlinin qardaşına vəzifə verildi
  • Bu gün, 09:26
    Yaş saçlarla yatmaq hansı fəsadlar verə bilər? - Həkimdən xəbərdarlıq
  • Bu gün, 09:00
    “Tanqo üçün iki nəfər lazımdır” - Trampdan sülh mesajı
  • Dünən, 17:51
    AZAL 2025-ci il üzrə illik hesabatını təqdim etdi
  • Dünən, 17:19
    Ölkəsini sammitdə özü yox, Makron təmsil edəcək
  • Dünən, 17:00
    DOST-da 5 milyonuncu vətəndaşa xidmət göstərildi - Fotolar
  • Dünən, 16:34
    “Rus bölməsinin şagirdləri “Azərbaycan tarixi”ndəki terminləri anlamaqda çətinlik çəkirdi”
  • Dünən, 16:28
    Azərbaycan Milli QHT Forumunda “İpək irsimiz – Kəlağayı” adlı tədbir keçirildi - Fotolar
  • Dünən, 15:25
    İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Səfirlikdən açıqlama
  • Dünən, 14:31
    İşğaldan azad edilmiş ərazilərdə 47 əmək yarmarkası keçirilib
  • Dünən, 13:56
    “Bakı yox, ya Gəncə, ya da başqa şəhər...” - Simonyan
  • Dünən, 12:59
    15° şaxta olacaq
  • Dünən, 12:56
    Putinin böyük mətbuat konfransı bu tarixdə keçiriləcək
  • Dünən, 12:17
    TRIPP-lə bağlı bu sazişi təsdiqlədilər
  • Dünən, 11:07
    Azərbaycanda median sürətin artım tempi son illərin ən aşağı səviyyəsinə düşüb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə