• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Aprelin 21-də 9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək

Ölkə

18-04-2024, 13:17
Aprelin 21-də 9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 21 aprel 2024-cü il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

DİM-dən LiderXəbər-ə verilən xəbərə görə, aprelin 21-də Bakı şəhərinin Xəzər, (II zona), Nizami və Pirallahı rayonlarında, Naxçıvan MR, Sumqayıt (II zona), Naftalan, Abşeron (II zona), Göygöl, Goranboy, Şəmkir (II zona), Gədəbəy, Qax, Balakən, Zaqatala, Cəlilabad (II zona), Masallı (II zona), Lerik, Bərdə, Tərtər, Yevlax, Göyçay, Ağdaş, Qobustan, Saatlı, Salyan, Xaçmaz (II zona) və Quba (II zona) rayonlarında, həmçinin tədrisi ingilis, fransız və gürcü dillərində aparılan ümumtəhsil müəssisələrinin, Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrinin (internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər) məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçiriləcək.

İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

-İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından aprelin 9-dan etibarən çap edib götürə bilirlər.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 203 imtahan binası, 3510 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 571 imtahan rəhbəri və ümumi rəhbər, 4323 nəzarətçi, 619 buraxılış rejimi əməkdaşı (mühafizə), 203 bina nümayəndəsi ayrılıb.

İmtahanda 46169 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda 17 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagirdlər də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.


Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

1-02-2024, 15:37

Buraxılış imtahanlarının keçirilmə qrafiki müəyyən olunub - CƏDVƏL

Ölkə

9-04-2024, 17:16

Aprelin 21-də buraxılış imtahanı keçiriləcək

Ölkə

28-02-2024, 15:13

Martın 3-də 52 mindən çox şagird buraxılış imtahanı verəcək

Ölkə

2-03-2023, 11:10

Martın 5-də 50 mindən artıq şagird buraxılış imtahanı verəcək

Ölkə

27-03-2024, 13:09

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaş qəbulu CƏDVƏLİ

Ölkə
Bakıda professor Ziya Səlcuqun ustad dərsi keçiriləcək
Bakıda professor Ziya Səlcuqun ustad dərsi keçiriləcək
Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək
Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək
Startaplar üçün yeni vergi güzəştləri olacaq
Startaplar üçün yeni vergi güzəştləri olacaq
Cəlilabadda 10 nəfər salatdan zəhərləndi - Yenilənib
Cəlilabadda 10 nəfər salatdan zəhərləndi - Yenilənib
Siyasət
Ombudsman haqqında qanuna dəyişiklik edilir
Bu gün, 12:50
Ombudsman haqqında qanuna dəyişiklik edilir
Həmin qanun layihəsi müzakirəyə çıxarıldı
Bu gün, 12:30
Həmin qanun layihəsi müzakirəyə çıxarıldı
Payız sessiyası başladı
Bu gün, 11:52
Payız sessiyası başladı
Prezidentdən “ADEX 2026”nın iştirakçılarına - Müraciət
Bu gün, 09:50
Prezidentdən “ADEX 2026”nın iştirakçılarına - Müraciət
Yeni icra başçısı kollektivə təqdim olundu - Fotolar
Dünən, 16:51
Yeni icra başçısı kollektivə təqdim olundu - Fotolar
Azərbaycanlılara qarşı etnik təmizləmənin BMT müstəvisində müzakirəsi - Fotolar
Dünən, 10:50
Azərbaycanlılara qarşı etnik təmizləmənin BMT müstəvisində müzakirəsi - Fotolar
Xəbər Lenti
  • Bu gün, 13:47
    Bakıda professor Ziya Səlcuqun ustad dərsi keçiriləcək
  • Bu gün, 13:36
    Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir
  • Bu gün, 12:50
    Ombudsman haqqında qanuna dəyişiklik edilir
  • Bu gün, 12:45
    Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək
  • Bu gün, 12:30
    Həmin qanun layihəsi müzakirəyə çıxarıldı
  • Bu gün, 12:00
    Startaplar üçün yeni vergi güzəştləri olacaq
  • Bu gün, 11:52
    Payız sessiyası başladı
  • Bu gün, 10:18
    Cəlilabadda 10 nəfər salatdan zəhərləndi - Yenilənib
  • Bu gün, 10:09
    “Azəriqaz” abonentləri müqavilələri SİMA ilə rəqəmsal imzalayacaq
  • Bu gün, 09:50
    Prezidentdən “ADEX 2026”nın iştirakçılarına - Müraciət
  • Bu gün, 09:09
    İraqda 12 illik dövr başa çatdı
  • Bu gün, 09:03
    Niderlandda 2 yaşlı uşaq evtanaziya edildi
  • Bu gün, 09:00
    40 oyundur uduzmurlar - İspaniya tarix yazdı
  • Dünən, 17:47
    Rusiya müdafiə xərclərini rekord səviyyəyə çatdıracaq - KİV
  • Dünən, 17:20
    “Məktəbdə fənn müəllimləri çatışmır, dərslər boş keçir” - Açıqlama
  • Dünən, 16:51
    Yeni icra başçısı kollektivə təqdim olundu - Fotolar
  • Dünən, 16:31
    Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən - “Hacı” tutuldu
  • Dünən, 16:03
    Oktyabrda hava necə olacaq?
  • Dünən, 15:13
    Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Putin qərar imzaladı
  • Dünən, 14:10
    “Roşka”nın 5 il həbsi tələb edildi
  • Dünən, 14:04
    İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
  • Dünən, 13:24
    Bu küçələrdə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
  • Dünən, 13:06
    Bu yay qeyri-çimərlik ərazilərində 59 nəfər suda boğulub
  • Dünən, 12:27
    QHT-lər arasında aqrar sahədə elmi və sosial tərəfdaşlığın inkişafına dair Memorandum imzalanıb
  • Dünən, 12:25
    Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə