• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Prezident İlham Əliyev Hulusi Akarı qəbul edib

Ölkə

29-01-2024, 14:20
Prezident İlham Əliyev Hulusi Akarı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

LiderXəbər xəbər verir ki, Hulusi Akar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.

Hulusi Akar Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” prinsipi üzrə inkişaf etdiyini və bunun bir örnək olduğunu vurğulayıb. Qonaq Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətlərinin ölkələrimiz arasında əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatmasında mühüm rol oynadığını deyib.

Hulusi Akar Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbədə Prezident, Ali Baş Komandan İlham Əliyevin müstəsna rolunu bir daha vurğulayıb.

Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsinin ilk günlərindən Rəcəb Tayyib Ərdoğanın və qardaş Türkiyənin Azərbaycana göstərdiyi mənəvi, siyasi və diplomatik dəstəyi bir daha yüksək qiymətləndirib.

Söhbət zamanı ötən il sentyabrın 19-20-də Azərbaycanın 23 saatdan da az bir müddətdə həyata keçirdiyi antiterror tədbirləri zamanı ərazimizdə qeyri-qanuni silahlı birləşmələrin mövcudluğuna və təcavüzkar separatizmə son qoyulduğu, suverenliyimizin tam bərpa olunduğu vurğulanıb.

Dövlət başçısı 44 günlük Vətən müharibəsindən sonra da Azərbaycan Silahlı Qüvvələrində yeni islahatların aparıldığını dedi, Ordumuzun döyüş qabiliyyətinin daha da gücləndiyini qeyd edib və bütün bunların ötən ilin sentyabrında keçirilmiş antiterror tədbirlərində bir daha özünü bariz şəkildə göstərdiyini bildirib.

Söhbət zamanı Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı və yeni sahələri əhatə etməsi məmnunluqla qeyd olunub, bu təşkilatın parlamentlər xətti ilə də müvafiq komitələr səviyyəsində əlaqələrin yaradılması və bu komitələrin birgə iclaslarının keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Şuşa Bəyannaməsinin əhəmiyyəti vurğulandı, Azərbaycan ilə Türkiyə arasında hərbi, müdafiə sənayesi, təhlükəsizlik, parlamentlərarası əlaqələr və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, hər iki ölkənin silahlı qüvvələri tərəfindən birgə keçirilən hərbi təlimlərin əhəmiyyəti xüsusilə qeyd edilib.

Sonda Hulusi Akar dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.


Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

8-05-2023, 10:27

Azərbaycandakı dini konfessiya rəhbərləri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı bəyanat yayıb

Ölkə

11-01-2023, 22:09

Prezident İlham Əliyev İtaliyanın müdafiə nazirini qəbul edib

Ölkə

14-11-2023, 11:36

Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib

Siyasət

11-12-2023, 09:36

Yazıçı: Heydər Əliyev hər zaman lider olub

Siyasət

2-02-2023, 21:31

Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Ölkə
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər olacaq
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər olacaq
Sabah hava necə olacaq?
Sabah hava necə olacaq?
“44” sadəcə film deyil, gələcək nəsillərə ötürüləcək tarixi yaddaşdır”
“44” sadəcə film deyil, gələcək nəsillərə ötürüləcək tarixi yaddaşdır”
Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi
Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi
Siyasət
“Ermənistanla Azərbaycan arasında anklav və eksklavlar olmamalıdır”
Bu gün, 11:09
“Ermənistanla Azərbaycan arasında anklav və eksklavlar olmamalıdır”
Prezidentdən sərgi iştirakçılarına - Müraciət
Bu gün, 10:41
Prezidentdən sərgi iştirakçılarına - Müraciət
Dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi
Bu gün, 09:00
Dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi
İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Video - Fotolar
Dünən, 17:09
İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Video - Fotolar
İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi - Foto
12-10-2026, 12:00
İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi - Foto
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına - Müraciət
10-10-2026, 12:05
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına - Müraciət
Xəbər Lenti
  • Bu gün, 14:00
    Xarkovda 5 hərbçi güllələnib
  • Bu gün, 13:52
    Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər olacaq
  • Bu gün, 13:29
    Sabah hava necə olacaq?
  • Bu gün, 13:23
    “44” sadəcə film deyil, gələcək nəsillərə ötürüləcək tarixi yaddaşdır”
  • Bu gün, 12:00
    Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi
  • Bu gün, 11:35
    Bakıda 14 küçə və prospekt təmirə bağlanacaq
  • Bu gün, 11:09
    “Ermənistanla Azərbaycan arasında anklav və eksklavlar olmamalıdır”
  • Bu gün, 10:55
    İran və Türkiyədən informasiya hücumlarını qətiyyətlə pisləyirik - Açıqlama
  • Bu gün, 10:41
    Prezidentdən sərgi iştirakçılarına - Müraciət
  • Bu gün, 10:28
    “Halk TV”də axtarış aparıldı, yayımı dayandırıldı
  • Bu gün, 10:07
    Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edəcək
  • Bu gün, 09:45
    Özünün təyin etdiyi hakim Trampın həmin qadağasını rədd etdi
  • Bu gün, 09:22
    Azərbaycan UEFA reytinqində irəlilədi
  • Bu gün, 09:00
    Dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi
  • Dünən, 17:15
    Qara dənizdə iki gəmiyə dron hücumu olub: 8 Azərbaycan vətəndaşı xilas edilib
  • Dünən, 16:16
    “Mən bunu problem olaraq da görmürəm” - Şeyxülislam
  • Dünən, 15:53
    Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
  • Dünən, 15:27
    Nazir gənc kursantların hərbi andiçmə mərasimində - Video
  • Dünən, 14:01
    Pakistanda qatar relsdən çıxdı - Ölənlər var
  • Dünən, 12:40
    Sabah 29° isti olacaq
  • Dünən, 11:50
    Azərbaycan-Laos biznes-forumu keçiriləcək - Prezident açıqladı
  • Dünən, 11:30
    Göyərtəsində azərbaycanlıların da olduğu daha bir gəmi vuruldu
  • Dünən, 11:23
    Su problemi olan bu kəndə yeni xətt çəkilir - Fotolar
  • Dünən, 10:40
    “Roşka”ya da hökm oxundu - 16 ay həbsdə qalacaq
  • Dünən, 10:28
    Restoranda pul alarkən tutulmuşdu - Məmura hökm oxundu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə