• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Azərbaycandakı dini konfessiya rəhbərləri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı bəyanat yayıb

Ölkə

8-05-2023, 10:27
Azərbaycandakı dini konfessiya rəhbərləri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı bəyanat yayıb

Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə birgə bəyanat yayıb.

LiderXəbər xəbər verir ki, bəyanatda deyilir:

"Bir Olan Uca Yaradanın Adı ilə!

Biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərlərinin Məşvərət Şurasının üzvləri Azərbaycan tarixində uca məqamı, özəl yeri olan möhtərəm şəxsiyyət – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə aşağıdakıları bəyan edirik.

Müstəqil Azərbaycan dövlətinin qurucusu, xilaskarı olan Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdə rolu danılmaz, xidmətləri misilsizdir. Zənnimizcə, bu görkəmli şəxsiyyətin, ilk növbədə, uca mənəviyyat sahibi olması xüsusi əhəmiyyətə malik məqamdır. Bu mənəviyyat Ulu Öndərin illərlə Vətənə, millətə xidmətinin cövhərində olub. Xalqın çağırışı ilə müstəqil Azərbaycanda hakimiyyətə qayıdışından sonra Azərbaycan Prezidentinin andiçmə mərasimində Əsas Qanun - Konstitusiyamızla yanaşı müqəddəs Kitabımıza and içilməsi ənənəsinin əsasını qoymaqla, dini məbədləri ziyarət etməklə, dindarlara «Allahın yolunda hamımız bir olaq» xitabı ilə müdrik Heydər Əliyev dinimizə ehtiramını və xalqımızın həyatında mənəvi dəyərlərə verdiyi önəmi əyani şəkildə nümayiş etdirirdi. Müqəddəs Kəbə Evində Ulu Öndər Azərbaycan xalqı və dövlətini hifz etməsi, müstəqillyimizin əbədi olması, ərazi bütövlüyümüzün bərpası üçün Allaha dualar etmişdi. Heydər Əliyev müdrik dövlət başçısı kimi dini-mənəvi dəyərlərin millətin inkişafında, mənəvi intibahında, yüksək məqsəd və amallar uğrunda sıx birləşməsində rolunu vacib sayırdı. Şəhid Bibiheybət məscidinin bərpasından sonra Heydər minarəsindən səslənən Azan səsi Azərbaycanda dini-mənəvi dəyərlərə sədaqət və ehtiramın çarçısına çevrilmişdi.

Ümummilli Lider Heydər Əliyev ölkəmizi etnik separatçılıq, dini zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayriseçkiliyi salmaq istəyənlərin niyyətlərini puç edərək, dövlətçiliyimizi xilas etmişdi. Ulu Öndər Heydər Əliyev milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı Azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etməklə Azərbaycan dövlətçiliyinin sarsılmaz əsasını yaratmış oldu. Xalq, dövlət olaraq qazandığımız bütün qələbələr, özəlliklə, bu gün fəxrlə, qürurla yaşadığımız Böyük Zəfər Heydər Əliyev siyasətinin təntənəsidir. Qarabağ zəfəri Ulu Öndərin və onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin şah əsəridir. “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin ən böyük arzusu reallaşdı. “Qarabağ Azərbaycandır” cümləsinə nida işarəsi qoyan Prezidentimiz İlham Əliyev Şuşanın Fatehi olaraq Ulu Öndər vəsiyyətinə əməl etdi, tarixi ədaləti bərpa etdi, xalqımızın Haqq işi qələbə çaldı. Bu uğurun təməli Ulu Öndərin hakimiyyətinin ilk illərində güclü iqtisadiyyatın qurulması, ən yüksək tələblərə cavab verən ordu quruculuğu, hərbi potensialımızın artırılması istiqamətində misilsiz səylərilə qoyulmuşdu. Uzun illər ərzində Ulu Öndər Heydər Əliyevin çoxsaylı xarici səfərləri zamanı, müxtəlif beynəlxalq tədbir və platformalarda Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətində apardığı gərgin iş, misilsiz diplomatik mübarizə öz səmərəsini verdi. Azərbaycan dinc, stabil inkişaf, quruculuq mərhələsinə qədəm qoydu, beynəlxalq miqyasda ölkəmizin mənafe və maraqlarının təmini işi həyata keçirildi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”, Azərbaycan neftinin, qazının dünya bazarlarına çıxarılmasını təmin edən neft-qaz boru kəmərləri ölkəmizin dünya neft siyasətində özünəməxsus yer tutmasına imkan yaratdı. Bu gün Azərbaycanın dünyanın mühüm nəqliyyat dəhlizinə çevrilməsinin əsasları qoyuldu. Tarixi İpək Yolunun bərpası üzrə Beynəlxalq konfrans, «İslam sivilizasiyası Qafqazda» mövzusunda beynəlxalq simpozium, yüzlərlə mötəbər geosiyasi əhəmiyyətli beynəlxalq tədbirlər vasitəsilə Ulu Öndər Heydər Əliyev Azərbaycanın dünya miqyasında iqtisadi əməkdaşlıq, sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanı, tolerantlıq ünvanı olaraq tanıdılmasına böyük töhfələr vermiş oldu. Bütün konfessiyalardan olan Azərbaycan vətəndaşlarına eyni münasibət bəsləyən Heydər Əliyev həzrətləri illərin sınağından çıxmış adət və ənənələrə ehtiramla yanaşırdı, müxtəlif icmaların bayramlarında həmvətənləri ilə birgə olur, onları təbrik edirdi. 1998-ci ildə Rus Pravoslav Kilsəsinin Bakı yeparxiyası yaradıldı, Jen-Mironosits kilsəsi bərpa olundu. Bu, ölkəmizdə yaşayan pravoslav icmasının dini ehtiyaclarının qarşılanması yönündə böyük addım oldu. Azərbaycanda yaşayan yəhudi icması üçün yeni sinaqoq binası, katolik icması üçün kilsə inşa edildi. Ulu Öndərin zamanında dünyanın nüfuzlu din xadimləri tolerantlıq məkanı Azərbaycana təşrif buyurmağa başladılar. Gürcüstan, Rusiya Patriarxları Azərbaycanı dəfələrlə ziyarət etdilər. Məhz Heydər Əliyevin dəvəti ilə 2001-ci ildə Roma Katolik kilsəsinin başçısı Papa II İohan Pavel Azərbaycana təşrif buyurdu. Ulu Öndər tanınmış şəxsiyyəti ölkəmizə dəvət etməklə beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana yönəltdi, gənc, müstəqil Azərbaycan dövlətinin uğurlarını və problemlərini tanıtmaq məramını həyata keçirdi. Vatikan, habelə dünyanın digər dini mərkəzləri ilə dinlərarası, mədəniyyətlərarası əlaqələrin inkişaf etdirilməsi yolunun əsası qoyuldu.

Müxtəlif konfessiya nümayəndələri ilə bərabər dini-mənəvi harmoniya nümunəsi olan İftar süfrəsi ətrafında bir araya gələrək, Ramazan sevincini paylaşmaq ənənəsinin əsasını da məhz Heydər Əliyev həzrətləri qoymuşdu. Bununla dahi öndərimiz Azərbaycan xalqının etnik-dini monolitliyini, multikulturalizmini bariz nümayiş etdirirdi. Azərbaycan milli və bəşəri dəyərlərə ehtiramı ilə seçilən məkandır. Bu dəyərlərə ehtiram Ulu Öndərin zamanında ümümdövlət səciyyəli məsələyə çevrildi, tolerantlıq, multikulturalizm dövlət siyasəti qismində həyata keçirilməyə başladı. «Yüksək tolerantlıq yüksək mədəniyyətin təzahürüdür» deyən Ulu Öndərimiz Beynəlxalq Tolerantlıq günü ilə bağlı Azərbaycanda yaşayan müxtəlif konfessiya rəhbərlərini qəbullarında, müxtəlif tədbir və mərasimlər çərçivəsində çoxsaylı görüşlərində multikulturalizm siyasətinin bünövrəsini qoyurdu. Ulu Öndərin Vətənimizin xoşbəxt gələcəyi naminə başlatdığı bütün işlər kimi milli-mənəvi dəyərlərə sonsuz ehtiramı da bu gün layiqli şəkildə davam edir. Onun ailə ocağında bu ənənələr yaşadılır, inkişaf etdirilir. Şadıq ki, Əliyevlər ocağında iman işığı bu gün də gur yanır - möhtərəm İlham Əliyev həzrətlərinin və Mehriban xanım Əliyevanın fəaliyyətlərində biz bunun şahidi oluruq.

Ölkə həyatının bütün sahələrində təməli Heydər Əliyev tərəfindən qoyulmuş irimiqyaslı işlərin bəhrələri bu gün Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqına xidmət edir. Azərbaycan dövləti yaşadıqca Heydər Əliyev məktəbi davam edəcək, siyasi kursu davamçıları tərəfindən inkişaf etdiriləcək, adı və əziz xatirəsi Azərbaycan xalqının qəlbində daima yaşayacaqdır. Bu gün biz Ulu Öndər Heydər Əliyevin və onun ömür-gün yoldaşı Zərifə xanımın xatirələrini böyük məhəbbət, ehtiram və minnətdarlıqla yad edir, ruhlarına dualar edirik. Ulu Öndərin ruhu şad olsun!".

Qeyd edək ki, bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy, Roma Katolik Kilsəsinin Bakıdakı ordinarisi Yepiskop Vladimir Fekete, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Azərbaycandakı Alban-udi xristian dini icmasının sədri Robert Mobili və Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski imzalayıb.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

3-05-2023, 19:43

Xanlar Vəliyev: Prezidentin rəhbərliyi ilə son 20 ildə ölkəmiz daha da qüdrətlənib

Ölkə

9-03-2023, 14:04

QMİ sədri ABŞ rəsmilərini qəbul edib

Siyasət

2-02-2023, 21:31

Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Ölkə

29-03-2023, 09:35

YAP Neftçala rayon təşkilatının 30 illiyi qeyd olunub

İqtisadiyyat

5-05-2023, 11:33

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanları buraxılıb

Ölkə
Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
Temperatur 10° enəcək - Xəbərdarlıq
Temperatur 10° enəcək - Xəbərdarlıq
Neftçalada Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
Neftçalada Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi
Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi
Siyasət
“Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk”
Bu gün, 11:19
“Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk”
Kərim Vəliyev iranlı generalla görüşdü - Foto
Dünən, 17:48
Kərim Vəliyev iranlı generalla görüşdü - Foto
Azərbaycan və Gürcüstan Ali məhkəmələri arasında Memorandum imzalandı - Fotolar
Dünən, 15:25
Azərbaycan və Gürcüstan Ali məhkəmələri arasında Memorandum imzalandı - Fotolar
Ombudsman haqqında qanuna dəyişiklik edilir
Dünən, 12:50
Ombudsman haqqında qanuna dəyişiklik edilir
Həmin qanun layihəsi müzakirəyə çıxarıldı
Dünən, 12:30
Həmin qanun layihəsi müzakirəyə çıxarıldı
Payız sessiyası başladı
Dünən, 11:52
Payız sessiyası başladı
Xəbər Lenti
  • Bu gün, 17:59
    Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
  • Bu gün, 17:02
    Tbilisiyə hər gün 2 reys olacaq - Biletlər 36 manatdan başlayır...
  • Bu gün, 16:38
    “Qarabağ” “Zirə” ilə qarşılaşacaq
  • Bu gün, 16:11
    Temperatur 10° enəcək - Xəbərdarlıq
  • Bu gün, 15:21
    Bakıda üzgüçülük üzrə Dünya Kuboku başladı - Fotolar
  • Bu gün, 15:17
    Neftçalada Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
  • Bu gün, 15:17
    Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi
  • Bu gün, 14:19
    “Manatlıq” taksilərə qadağa qoyuldu - İnsanlar yollarda qaldı
  • Bu gün, 14:00
    Sabah leysan yağacaq - 02.10.2026
  • Bu gün, 13:49
    Kaliforniyada uşaq evlilikləri qadağan edildi - 32 ştatda hələ də qalır
  • Bu gün, 13:00
    Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür
  • Bu gün, 11:56
    Beynəlxalq turnirin ikinci günündə komandamız 7 medal qazandı - Fotolar
  • Bu gün, 11:19
    “Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk”
  • Bu gün, 10:24
    Prezidentdən AQEM Media Forumunun iştirakçılarına müraciət
  • Bu gün, 10:17
    İki ölümcül iynəyə tab gətirdi - Edamı bu səbəbdən baş tutmadı
  • Bu gün, 09:20
    Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
  • Bu gün, 09:00
    ABŞ-nin enerji layihələrinə 200 milyard yatıracaqla
  • Bu gün, 08:41
    Zığ şosesində yük maşını aşdı - Yenilənib
  • Dünən, 17:48
    Kərim Vəliyev iranlı generalla görüşdü - Foto
  • Dünən, 16:44
    Tbilisidə Azərbaycan bayrağı olan stend aşırdılıb - Fotolar
  • Dünən, 16:30
    20 min manatlıq limitlə bağlı yenidən dəyişiklik ediləcək - Yenilənib
  • Dünən, 15:25
    Azərbaycan və Gürcüstan Ali məhkəmələri arasında Memorandum imzalandı - Fotolar
  • Dünən, 13:47
    Bakıda professor Ziya Səlcuqun ustad dərsi keçiriləcək
  • Dünən, 13:36
    Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir
  • Dünən, 12:50
    Ombudsman haqqında qanuna dəyişiklik edilir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə